Lex Kaçinski

Moskva Kaçinski ilə bağlı Polşaya rədd cavabı verdi

15
(Yenilənib 12:50 17.09.2020)
Polşa Milli Prokurorluğu sabiq Prezident Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğraması zamanı Smolensk-Severnı aerodromunda işləmiş dispetçerlərin müvəqqəti həbs edilməsi barədə Varşava dairə məhkəməsinə ərizə verib.

BAKI, 17 sentyabr — Sputnik. Polşa Milli Prokurorluğunun istintaq qrupu 2010-cu ildə Polşa Prezidenti Lex Kaçinskini daşıyan təyyarənin qəzaya uğraması zamanı Smolensk-Severnı aerodromunda işləmiş dispetçerlərin müvəqqəti həbs edilməsi barədə Varşava dairə məhkəməsinə ərizə verib.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, müvafiq məlumatı qurumun mətbuat katibi Eva Byalik yayıb.

Ərizə dispetçerlərin beynəlxalq həbs orderinin verilməsi üçün ilk addımdır. Məhkəmə müvafiq qərarı verərsə, hüquq-mühafizə orqanları dispetçerləri həbs etmək üçün addımlar ata bilər.

Bu arada Rusiya Federasiya Şurasının beynəlxalq komitə sədrinin müavini Andrey Klimov RİA Novosti ilə müsahibəsində bildirib ki, Moskva təyyarənin qəzaya uğraması zamanı Smolensk aerodromunda işləmiş aviasiya dispetçerlərini Varşavaya verməyəcək:

“Bu, Rusiya Konstitusiyası ilə qadağandır. Polşa “işi bununla da bağlamalıdır”.

Lex Kaçinskinin ölümü

Polşa lideri Lex Kaçinskini daşıyan Tu-154 təyyarəsi 2010-cu il aprelin 10-da Smolensk-Severnı aerodromunda eniş zamanı qəzaya uğrayıb. Kaçinski də daxil olmaqla 96 nəfər həlak olub.

Varşavanın Pilsudksi meydanında Lex Kaçinskinin xatirəsinə yürüş, 17 aprel 2010-cu il
© AFP 2020 / DIMITAR DILKOFF

Rusiyanın İstintaq Komitəsi faciənin ekipaj səhvinin və çətin meteoroloji şəraitlərin də daxil olduğu bir çox faktorlar səbəbindən baş verdiyini müəyyən edib. Beləliklə, 11 metr yüksəklikdə təyyarə ağaca çırpılıb, bundan sonra onun qanadının bir hissəsi qopub və layner fırlanmağa başlayıb. Bir neçə saniyə sonra təyyarə çevrilmiş vəziyyətdə yerə düşüb.

Polşanın aviasiya qəzalarının araşdırılması üzrə komissiyası ekipajın səhvə yol verdiyini etiraf etsə də, dispetçerlər tərəfindən uçuşun aeronaviqasiya təminatının az olduğunu və aeroportun texniki cəhətdən zəif təmin olduğunu qeyd edib. 2018-ci ildə bu qərar ləğv edilib və təkrar araşdırma başlayıb.

15
Teqlər:
Rusiya, Lex Kaçinski, Polşa, Moskva
Əlaqədar
Müdhiş təyyarə qəzası barədə gözlənilməz xəbər ortaya çıxdı
Müdhiş təyyarə qəzasından 7 il sonra...
Müdhiş təyyarə qəzasından səkkiz il keçir...
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli

Rusiya daha dörd ölkə ilə hava əlaqəsini bərpa edəcək

26
(Yenilənib 23:34 18.09.2020)
Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya sentyabrın 21-dən etibarən daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti yanında Koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.

Qərargah bəyan edib ki, uçuşların dövriliyi həftədə bir dəfə olmaqla həyata keçiriləcək.

26
Teqlər:
Rusiya, təyyarə, Cənubi Koreya, Belarus, Qırğızıstan, Qazaxıstan
Stolun üstündə noutbuk, arxiv şəkli

Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib

101
(Yenilənib 20:06 18.09.2020)
Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

101

Prezident: Çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi

22
Prezident: "Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi"

BAKI, 19 sentyabr — Sputnik. “Azərbaycan o ölkədir ki, ilk dəfə sənaye üsulu ilə neft XIX əsrin ortalarında Azərbaycanda hasil edilibdir. XX əsrin ortalarında tarixdə ilk dəfə dəniz yataqlarından neft Azərbaycanda hasil edilibdir. Ancaq əgər biz tarixə baxsaq görərik ki, o vaxt Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi”.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 19-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı deyib: "Əgər biz o vaxt müstəqil ölkə olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik. Düzdür, o vaxt zəngin neft maqnatları əldə etdikləri gəlirlərin bir hissəsini xeyriyyəçiliyə sərf edirdilər, xüsusilə Hacı Zeynalabdin Tağıyev, Muxtarov, Əsədullayev.

Mənim babam Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdu, kasıb ailədə və oxumaq istəyirdi. Ancaq oxumaq üçün pulu yox idi. O vaxt o, Hacı Zeynalabdin Tağıyevə məktub ünvanlamışdı və xahiş etmişdi ki, ona maddi kömək göstərsin. O, həkim olmaq istəyirdi. Təbii ki, Tağıyev onu tanımırdı, ancaq bir vətənpərvər insan kimi, xeyirxah insan kimi ona pul göndərdi və o pul hesabına Əziz Əliyev Sankt-Peterburq Hərbi Tibb Akademiyasına daxil oldu, orada oxudu, gözəl həkim, görkəmli dövlət xadimi oldu.

O vaxt Bakının neft maqnatları arasında ermənilər də kifayət qədər çox idi. Onlar da Azərbaycanda qazanılan pulları bir çox hallarda Azərbaycan xalqının maraqlarına zidd işlərə yönəldirdilər. Beləliklə, çar Rusiyası dövründə Azərbaycan xalqının neftdən gəliri sıfır səviyyəsində idi.

Əgər 1920-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini əldən verməsəydi, hesab edirəm ki, yenə də ən zəngin ölkələrin birinə çevrilərdi. Çünki o vaxt da Azərbaycanda çıxarılan neft dünya neft bazarında əksəriyyət təşkil edirdi. Ancaq 20-ci ildə müstəqillik əldən getdi və Azərbaycan nefti yenə də Azərbaycan xalqına kömək etmirdi. O vaxt – xüsusilə müharibə illərində neft mədənlərində işləyən insanlar çox ağır şəraitdə yaşayırdılar, gecə-gündüz çalışırdılar. Bir rəqəmi gətirə bilərəm ki, müharibə zamanı Azərbaycanda rekord səviyyədə neft hasil edilmişdir – 23 milyon ton.

İkinci Dünya müharibəsində sovet ordusunun Qələbəsində Azərbaycan neftçilərinin xüsusi müstəsna əməyi vardır. Çünki o vaxt Sovet İttifaqının yanacağı 80 faiz Azərbaycan tərəfindən təmin edilirdi, sürtgü yağları 90 faiz Azərbaycan tərəfindən təmin edilirdi. Azərbaycanda hərbi texnika istehsal olunurdu və bu müharibədə 300 mindən çox Azərbaycan nümayəndəsi həlak oldu. Ancaq, görün, Sovet İttifaqı dağılanda biz hansı vəziyyətlə üzləşmişdik: dağılmış neft infrastrukturu. Bu gün mənə edilən təqdimatda göstərilir ki, “Neft daşları”na yeni həyat veriləcək. Çünki “Abşeron” yatağı “Neft daşları” ilə bağlı olacaq. Amma “Neft daşları” hansı vəziyyətdə idi o vaxt? Mən xatırlayıram, “Neft daşları”na ilk dəfə Prezident kimi 2004-cü ildə gedəndə ağır vəziyyət idi. Bütün platformalar çürümüşdü, dağılmışdı. Burada işləmək böyük çətinlik, böyük təhlükə yaradırdı. Neft hasilatı aşağı düşmüşdü, faktiki olaraq qaz hasilatı ölkəmizin tələbatını ödəmirdi. Bakının yarısı qazsız qalmışdı, o ki qaldı rayonlara, orada ümumiyyətlə, qaz deyilən şey yox idi”.

22