Biotech LTD's peyvəndi

Qərb niyə peyvənd yarışında uduzur

17
(Yenilənib 19:02 11.09.2020)
ABŞ-da peyvənd axtarışı – koronavirusla bağlı olan hər şey kimi – çox dərindən siyasiləşdirilib. Elə “AstraZeneca” şirkətinin peyvəndi Donald Trampın rəqibi Co Baydenin qapısına vurulmuş bir qol olacaqdı

BAKI, 11 sentyabr — Sputnik, Viktor Maraxovski. Qlobal peyvənd yarışı sürətlə finişə doğru irəliləyir və yol boyunca siyasi hadisələrə, fəlakətlərə və qalmaqallara səbəb olur. Test iştirakçılarından birinin onurğa beyninin iltihabına görə yarış liderlərindən biri – "AstraZeneca" öz peyvəndini yarışdan çıxarıb (yaxud müvəqqəti olaraq pit-stopa göndərib).

Yayın bütün qalan hissəsini vaksininin "sürətlənmiş şəkildə, sınaqların III fazasının bitməsindən əvvəl qeydiyyata alınması" ilə bağlı Rusiyanı mediada "ifşa" etməklə məşğul olan Böyük Britaniya və ABŞ özləri indi vaksini sürətlənmiş şəkildə təsdiqləməyə hazırlaşır.

Amma Rusiyanın yolu ilə getmək Qərb mediasına Rusiyanı “ifşa etməyə” və hətta bu ifşaları qızışdırmağa mane olmur.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / Dado Ruvic / Illustration / File Photo

Məsələn, CNN qarşımıza "Putinin peyvəndi təhsil işçiləri arasında müqavimətlə rastlaşıb" cümləsini çıxarır: öz səhhətindən narahat olan kiçik bir müəllim həmkarlar i̇ttifaqı pedaqoqlara peyvəndlənməmək çağırışı ilə onlayn petisiya açıb. Həmkarlar ittifaqının rəhbəri deyir: "Birincisi, hamıya yaxşı məlumdur ki, Rusiya peyvəndlərinin keyfiyyəti xarici peyvəndlərdən daha aşağıdır. İkincisi, o, çox tez yaradılıb. Doğrudur, hələ müəllimlərdən heç biri zorakı peyvəndləmədən şikayətlənməyib, amma Rusiya hakimiyyətindən hər şeyi gözləmək olar".

Və ya, məsələn, “Bloomberg” agentliyi yazır ki, Amerikada hansısa bir universitetin alimləri “Rusiya vaksininin sınaqlarının nəticələrindən şübhələnirlər, çünki “The Lancet” jurnalında testlərə dair nəşr olunmuş hesabatda tədqiqat iştirakçılarının orqanizmlərində anticisimlərin oxşar səviyyələri şübhə yaradır”. Birbaşa saxtakarlıqdan danışılmır, amma "bunlar Olimpiadanı saxtalaşdıran həmin ruslardır" kimi bir xatırlatmaya aktiv şəkildə eyham vurulur.

Düşünmək lazım deyil ki, Qərb ölkələrinin fonunda Rusiyanın koronavirusa qarşı amansız uğurlu qarşıdurması yalnız "bizdə (Rusiyada – red.) səhiyyə öldürür, Avropada/İsraildə/ABŞ-da müalicə olunmaq lazımdır" kimi düşüncənin mühafizəçilərini şoka salıb. Qərb də şoka düşüb, özü də CNN-lər və blumberqlər aylarla "mütəxəssislər şübhə edirlər", "həkimlər inanmırlar", "Rusiyada hesab edirlər ki, Putin hakimiyyəti statistikanı saxtalaşdırır" kimi eyni fikirləri yayıblar. Yeri gəlmişkən, Qərb mediasında Çin peyvəndi ilə bağlı indi eyni mövqedən çıxış edirlər: "şübhə edirlər-hesab edirlər-gizlədirlər".

Bütün bu həngamənin yeganə bir cəhəti var ki, onu da insanlar tam dərk etmirlər.

Məsələ ondadır ki, ABŞ-da peyvənd axtarışı – koronavirusla bağlı olan hər şey kimi – çox dərindən siyasiləşdirilib. Elə “AstraZeneca” şirkətinin “dayandırılmış” peyvəndi – Donald Trampın "peyvənd ümidlərindən biri” – onun rəqibi Co Baydenin qapısına vurulmuş bir qol olacaqdı.

Bununla yanaşı, demokratların media qurumları guya vaksin araşdırmalarını tələsdirən və amerikalıların sağlamlığını təhlükə altına atan Trampa qarşı artıq Rusiya peyvəndinə qarşı aparılan eyni sxem üzrə kampaniyaya başlayıb.

Yeri gəlmişkən, bu anti-Tramp kampaniyasının (daha doğrusu, anti-Tramp, anti-Rusiya və anti-Çin kampaniyalarının birlikdə) əsl bir vəhşi effekti var: amerikalıların üçdə ikisi artıq təsdiqlənmiş vaksin yaradılandan dərhal sonra peyvənd olunmayacaqlarını bildiriblər.

Əslində, Trampın üzərində qələbə qazanmaq üçün onun rəqibləri, gördüyümüz kimi, soydaşlarını peyvənd əleyhdarlarına çevirməyə, yəni onlarda ümumiyyətlə vaksinlərə qarşı inamsızlıq yaratmağa hazırdırlar.

İndi isə bir məzəli nəticə.

Qərb ölkələrində Rusiyanın istənilən uğurunun prinsipial, reflektor səviyyədə rədd edilməsinin səbəbləri göz qabağındadır. Özünü istənilən bir sahədə pioner kimi, ətraf ölkələri isə qədirbilən və ya nankor vəhşilər kimi göstərmək adəti hər halda öz izini qoyub. Ondan asanlıqla qurtulmaq mümkün deyil.

Məhz buna görə də hər bir Rusiya "sputnik"-i, istər Yerin ilk süni peyki olan "Sputnik 1", istərsə də ilk koronavirus peyvəndi "Sputnik V"  bu insanları şoka və təşvişə salır.

Yeri gəlmişkən, peyklərdən sonra kosmonavtların vaxtı çatır. Bəziləri Qaqarini, digərləri isə kamikadze meymunları kosmosa göndərirlər.

17
Əlaqədar
Yeni üsulu Azərbaycan həkimləri effektiv saymadılar - Uşaqların gərək qanı yoxlansın
Qırxa qədər ölkə Rusiyanın vaksininə maraq göstərir
Qripə qarşı vaksinlər gəlir - Peyvəndlənək, ya yox?
"Sputnik V" peyvəndi mülki dövriyyəyə buraxılıb
On minlərlə insan necə peyvənd ediləcək: Detallar açıqlandı
Svetlana Svetliçnaya, arxiv şəkli

Sovet kinosunun seks-simvolu sayılan aktrisa xəstəxanaya yerləşdirilib

31
RSFSR əməkdar artisti insult keçirib. Kəskin baş ağrıları ilə təcili xəstəxanaya aparılan 80 yaşlı aktrisanın vəziyyətinin orta-ağır olduğu deyilir.

BAKI, 26 noyabr — Sputnik. Məşhur Sovet və Rusiya teatr və kino aktrisası Svetlana Svetliçnaya xəstəxanaya yerləşdirilib.

Sputnik Azərbaycan xəbər verir ki, RSFSR əməkdar artisti insult keçirib. Kəskin baş ağrıları ilə təcili xəstəxanaya aparılan 80 yaşlı aktrisanın vəziyyətinin orta-ağır olduğu deyilir.

​Qeyd edək ki, Svetlana Svetliçnaya 1940-cı il mayın 15-də hərbçi ailəsində doğulub. Atasının hərbi xidmətinə görə tez-tez yaşadıqları məkanı dəyişən ailədə Svetlanadan başqa iki övlad da böyüyüb.

Svetlana Svetliçnaya 1963-cü ildə Teatr İnstitutunu bitirib. Kinoda ilk işi 1960-cı ildə Mixail Kalikin "Beşik" filmində olub. Daha sonra "Laylay" bədii filmində rol alan aktrisaya şöhrət gətirən film isə "Brilyant əl" filmi olub. Həmin bədii filmdə ifa etdiyi Anna Sergeyevna obrazı ilə məşhurlaşan aktrisanı Sovet kinosunun seks-simvolu adlandırıblar.

1973-cü ildə "Baharın 17 anı" filmində Qabi obrazını ifa edib. Aktrisanın sənət yolunda bu obrazın da xüsusi yeri var.

1974-cü ildə RSFSR Əməkdar artisti adına layiq görülən aktrisaya nədənsə Rusiyanın Xalq artisti Fəxri adı təqdim edilməyib.

Svetlana Svetliçnaya 2015-ci ilin aprelində Qatçinada keçirilən "Ədəbiyyat və kino" XXI Rusiya kinofestivalında "Kinematoqrafa sədaqətə görə" mükafatına layiq görülüb.

31
Teqlər:
xəstəxana, insult, seks-simvol, SSRİ, aktrisa
Rusiyada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital, arxiv şəkli

Rusiyada bir gündə 500-dən çox adam koronavirusdan öldü

10
(Yenilənib 15:15 25.11.2020)
Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

BAKI, 25 noyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 23 675 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 507 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 2162503-ə çatıb. Rusiyada pandemiya yayılandan 37538 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1660419-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 59,8 milyonu keçib, 1,41 milyondan çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

10
Teqlər:
ÜST, korona virusu, Koronavirus, epidemiya, COVID-19, Rusiya
 Azərbaycan hərbçiləri, arxiv şəkli

Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsi bəlli oldu

0
(Yenilənib 14:43 26.11.2020)
"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı" adının təsis edilməsi haqqında" qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanun layihəsinə görə, "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

"Vətən Müharibəsi Qəhrəmanı" fəxri adı Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmənin qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycanın dövlət sərhədlərinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsi Qəhrəmanı" adının xüsusi fərqlənmə nişanı - "Vətən Müharibəsi Qəhrəmanı" Azərbaycan Respublikasının medalıdır.

"Vətən Müharibəsi Qəhrəmanı" medalının təsviri qanunla müəyyən olunur. "Vətən Müharibəsi Qəhrəmanı" medalı döşün sol tərəfinə, digər orden və medallardan yuxarıda taxılır.

"Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxsə aşağıdakılar təqdim edilir:

- "Vətən Müharibəsi Qəhrəmanı" medalı;

- "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.

"Vətən Müharibəsi Qəhrəmanı" eyni şəxsə bir dəfə verilir. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edirlər. "Vətən Müharibəsi Qəhrəmanı" adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilir.

Qanuna layihəsi müzakirələrdən sonra üçüncü oxunuşda qəbul edilib.

0
Teqlər:
Milli Məclis, medal, Azərbaycan