Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Təsdiqləndi, Lukaşenko Moskvaya gedəcək

16
(Yenilənib 15:15 11.09.2020)
Putinin mətbuat katibi Dmitri Peskov həmçinin qeyd edib ki, səfər zamanı heç bir sənədin imzalanması gözlənilmir

BAKI, 11 sentyabr — Sputnik. Belarus Prezidenti Aleksandr Lukaşenko gələn həftə Rusiya paytaxtı Moskvaya səfər edəcək. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bəli, Lukaşenkonun səfəri doğurdan da sentyabrın 14-ü baş tutacaq. O, Prezident Putinlə görüşəcək", - deyə Peskov qeyd edib.

Putinin mətbuat katibi həmçinin qeyd edib ki, səfər zamanı heç bir sənədin imzalanması gözlənilmir.

16
Teqlər:
səfər, Belarus, Rusiya, Vladimir Putin, Aleksandr Lukaşenko
Əlaqədar
Belarusa qarşı sanksiyalar niyə qəbul edilməyib - Lepexin səbəbi açıqladı
Hakimiyyəti heç kimə verməyəcəyəm – Lukaşenko
Lukaşenkonu son anda bunlar xilas edib - Üstü açıldı
Lukaşenko internetdə yayılan məşhur görüntülərindən danışdı
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusa yoluxanların sayı 1,5 milyonu ötüb

13
(Yenilənib 13:26 25.10.2020)
Ən çox gündəlik yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər. Son sutka ərzində ölkə üzrə 229 nəfərin koronavirusdan öldüyü bildirilib.

BAKI, 5 oktyabr - Sputnik. Rusiyada son sutka ərzində 84 bölgədə daha 16 710 nəfər COVID-19-a yoluxub. Onlardan 4 456 nəfərdə heç bir koronavirus simptomu yoxdur.

Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadla verdiyi məlumata əsasən, bununla Rusiyada koronavirusa yoluxanların sayı 1 513 877 nəfərə çatıb.

Ən çox koronavirusa yoluxma Moskvada qeydə alınıb - 4 455 nəfər.

Son sutka ərzində 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə Rusiyada koronavirusdan ölənlərin sayı 26 050 nəfərə çatıb.

13
Neft tankeri

"Palmali"yə məxsus tankerdə partlayışın səbəbi bilinmir

54
(Yenilənib 08:53 25.10.2020)
Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş.

BAKI, 25 oktyabr - Sputnik. Azov dənizində Rusiya bayrağı altında üzən və qəzaya uğrayan “General Həzi Aslanov” neft tankeri batırılmayacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, artıq tankerə su dolmur və onun batması gözlənilmir. "Merkuri" gəmisi tankeri Kerç limanına doğru çəkir.

Xatırladaq ki, qəza dünən axşam saatlarında baş verib. Belə ki, gəmidə partlayış olub. Hadisə zamanı gəmidə 13 heyət üzvü var imiş. Onlardan 10 nəfəri xilas edilib. Üç nəfər isə partlayış dalğasından dənizə düşüb. Onların axtarışına ətrafdakı gəmilər və helikopter cəlb olunub.

Hadisə vaxtı tankerdə yük olmayıb.

Qeyd edək ki, tanker Kerçdəki "Qafqaz" limanından Rostov-Don marşrutu üzrə hərəkət edirmiş.

Tankerin sahibi Türkiyənin Palmali Shipping Agency şirkətidir, gəmi 2005-ci ildə Türkiyədə tikilib, lakin Rusiya bayrağı altında üzürmüş. Qeydiyyat limanı Taqanroqdur.

54

Ermənistan dinc sakinlərimizi yenidən atəşə tutub

0
Ermənistan silahlı qüvvələri atəşkəs rejimi olmasına baxmayaraq, Tərtər və Ağdam rayonlarının mülki əhalisini atəşə tutmaqda davam edirlər.

BAKI, 26 oktyabr - Sputnik. Ağdam rayonunun kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur.

Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Oktyabrın 26-da saat 08.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri növbəti dəfə əldə olunmuş razılaşmanı kobud surətdə pozub.

Xatırladaq ki, ABŞ Dövlət Departamentinin dünən yaydığı məlumata əsasən, Dağlıq Qarabağda humanitar atəşkəs oktyabrın 26-da Bakı vaxtı ilə saat 08:00-da başlamalı idi.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə