Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putinə "bağlanmaq" istəyənlərə bəd xəbər

607
(Yenilənib 13:04 09.09.2020)
Prezidentə vətəndaşlarla əks-əlaqə yaratmağa imkan verən birbaşa xəttin elementlərinin 2020-ci ilin dekabrında Rusiya Prezidentinin böyük Mətbuat konfransının formatına əlavə olunması gözlənilir

BAKI, 9 sentyabr — Sputnik. Ənənəvi formatda "Putinlə birbaşa bağlantı" 2020-ci ildə baş tutmayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O izah edib ki, koronavirus pandemiyası ilə bağlı prezident artıq bir neçə aydır ki, birbaşa xətt həyata keçirir. Peskovun sözlərinə görə, məhz buna görə bu formatda birbaşa bağlantını keçirmək artıq olardı.

Prezidentə vətəndaşlarla əks-əlaqə yaratmağa imkan verən birbaşa xəttin elementlərinin 2020-ci ilin dekabrında Rusiya Prezidentinin böyük Mətbuat konfransının formatına əlavə olunması gözlənilir.

Qeyd edək ki, sonuncu dəfə Putin 2019-cu ilin iyununda rusiyalılarla birbaşa bağlantı formatında danışıb.

607
Əlaqədar
Putini özünün müəllimi adlandırdı: "Hər an məsləhətləşə biləcəyin bir insandır"
Lukaşenko ilə Mişustinin görüşündə gözlənilməz təklif
Vladimir Putinin çıxışı BMT-də göstəriləcək
Putinin cavabsız zəngi Trampı özündən çıxarıb
"Distant təhsil metodu real, ənənəvi təhsili əvəzləyə bilməz"
Qarabağda Rusiya sülhməramlıları , arxiv şəkli

Rusiya Qarabağla bağlı Türkiyə ilə təmaslarını davam etdirir

16
(Yenilənib 16:34 27.11.2020)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova iki ölkə arasındaki müxtəlif istiqamətdə qarşılıqlı əlaqələrin həyata keçirildiyini bildirib

BAKI, 27 noyabr — Sputnik. Rusiya Federasiyası Qarabağ münaqişəsinin nizamlanması məsələsi ilə bağlı Türkiyə ilə təmasdadır. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı xəbərə görə, bu barədə cümə günü keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.

"Türkiyə ilə qarşılıqlı əlaqələrmizə gəlincə, bu, müxtəlif istiqamətlərdə gedir. Bura həm siyasi və diplomatik, həm də hərbçilərimiz arasındakı təmaslar aiddir. Əlbəttə ki, əsas gedişat bölgədəki vəziyyəti müntəzəm olaraq müzakirə edən dövlət başçıları tərəfindən müəyyənləşdirilir", - deyə Zaxarova bildirib.

Xatırldaqaq ki, noyabrın 10-da Rusiya, Azərbaycan və Ermənistan liderləri Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması barədə birgə bəyanat imzalayıblar. Həmin bəyanata görə, erməni işğalı altında olan rayonlar Azərbaycanın nəzarətinə keçir, tərəflər əsirlərin mübadiləsini aparır, təmas xətti və Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizi boyunca Rusiya sülhmərmalıları yerləşdirilir.

 

16
Teqlər:
diplomatiya, hərbçilər, sülhməramlılar, "Qarabağ, Azərbaycan, Türkiyə, Rusiya
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Vladimir Putin, arxiv şəkli

Putin Təhlükəsizlik Şurasını Əliyevlə olan telefon danışığı barədə məlumatlandırıb

21
(Yenilənib 16:15 27.11.2020)
Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb.

BAKI, 27 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə kiberməkanda cinayətkarlıq mübarizə məsələlərini, Dağlıq Qarabağda vəziyyəti, Qarabağda Rusiya sülhməramlıları və humanitar missiyanın fəaliyyətini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu kontekstdə Prezident iclas iştirakçılarını Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışıqları barədə məlumatlandırıb", - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu Azərbaycana qaytarılıb. Dekabrın 1-də Laçın rayonunun Azərbaycana qaytarılması nəzərdə tutulur. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

21
Kitab oxuyan tələbə, arxiv şəkli

Diplomların tanınmasında yenilik

0
(Yenilənib 18:50 27.11.2020)
Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək

BAKI, 27 noyabr — Sputnik. Təhsildə Keyfiyyət Təminatı Agentliyi bu ilin noyabr ayından etibarən tanınma (nostrifikasiya) üzrə müraciət edən vətəndaşlara müraciətinin statusundan asılı olaraq müvafiq arayışları elektron qaydada əldə etmək imkanı yaradır. Təhsil Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, aparılan təkmilləşdirmə işləri nəticəsində artıq vətəndaşların sözügedən arayışları elektron sistem vasitəsilə əldə etmələri mümkündür. Belə ki, vətəndaşlar şəxsi kabinetlərinə daxil olaraq e-ərizə bölməsini seçməklə, generasiya olunmuş elektron arayışları PDF formatda əldə edə bilərlər:

Sənədlərə baxılmasına dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız onların sənədləri icraata götürüldükdən sonra əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcək.

Müsahibəyə dəvət olunmaya dair e-arayış – vətəndaşlar bu arayış növünü yalnız müsahibəyə dəvət olunduqları halda sistem vasitəsi ilə əldə edə və əlaqəli müəssisəyə təqdim edə bilərlər. Əks halda, arayışın əldə olunması üçün müvafiq bölmə aktivləşdirilməyəcəkdir.

Qeyd edək ki, bundan öncə vətəndaşlar yuxarıda göstərilən hər iki arayış növünü imzalı və möhürlü kağız daşıyıcıda əldə etmək üçün rəsmi şəkildə Agentliyə müraciət etməli olurdu.

0
Teqlər:
sənəd, yenilik, Azərbaycan, tanınma, diplom