Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putini özünün müəllimi adlandırdı: "Hər an məsləhətləşə biləcəyin bir insandır"

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Ona görə də mənim üçün müəllimlik mənə yaxın adamlardır, məni həm peşədə, həm də şəxsi həyatda əhatə edən insanlardır", - Mişustin əlavə edib

BAKI, 7 sentyabr — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin ölkə Prezidenti Vladimir Putini özünün müəllimi adlandırıb və qeyd edib ki, Putin hər an məsləhətləşə biləcəyi bir insandır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, Mişustin bunu "Rusiyanın Liderləri" menecerlər müsabiqəsində çıxış edərkən bildirib.

"Bu gün Rusiyanın prezidenti mənim üçün müəllimdir. Tam səmimi deyirəm. O, gündə 24 saat məsləhətləşə biləcəyin, etibar edə biləcəyin bir insandır", - Mişustin deyib.

Baş nazir qeyd edib ki, "müəllimlə bəlkə də tez-tez məsləhətləşmək gərək olmasın, lakin o, mütləq yanınızda olacaq və sizi dəstəkləyəcək".

"Ona görə də mənim üçün müəllimlik mənə yaxın adamlardır, məni həm peşədə, həm də şəxsi həyatda əhatə edən insanlardır", - Mişustin əlavə edib.

O, həmçinin ilk müəllimlərinin valideynləri, sonra isə məktəbdə təlimçilərinin olduğunu deyib.

 

Xəbər lenti
0