Moskva küçələrinin birində təcili yardım maşını

Gənc idmançı yarış zamanı öldü

24
(Yenilənib 14:34 05.09.2020)
Ona ilkin yardım göstərilib, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın paytaxtı Moskvada keçirilən velosiped yarışı zamanı faciə baş verib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Qran-Pridə iştirak edən yerli idmançı Pavel Sveşnikov dünyasını dəyişib. 22 yaşlı velosipedçi huşunu itirərək yıxılıb. Ona ilkin yardım göstərilib dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, idmançının qəfildən ürəyi dayanıb.

Qeyd edək ki, Moskva Qran-Prisi bu gün bitməli idi, lakin Rusiya Velosiped İdmanı Federasiyası son yarış gününü ləğv etmək qərarına gəlib. Səhər saatlarında Qran-Prinin iştirakçıları velosiped yoluna gələrək bir dəqiqəlik sükutla Sveşnikovun xatirəsini ehtiramla yad ediblər.

Məlumat üçün bildirək ki, Sveşnikov 2018-ci ildə trek üzrə Rusiya çempionatında gümüş medal qazanıb.O, velosipedçilər nəslinin davamçısı sayılırdı. Pavelin əmisi Mixail Sveşnikov dünya rekordçusu, əmisi oğlu Kirill isə Avropa çempionu olub.

24
 Dövlət Dumasının Sədri Vyaçeslav Volodin

Rusiya Dumasının sədri Azərbaycana gələcək

13
(Yenilənib 18:27 23.09.2020)
Səfər çərçivəsində yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşma imzalanacaq.

BAKI, 23 sentyabr — Sputnik. Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana rəsmi səfərə gələcək. Sputnik Azərbaycan

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Azərbaycana səfər edəcək. Bu barədə RF Dövlət Dumasının mətbuat xidməti məlumat yayıb.

Cərşənbə günü Moskvada Azərbaycan parlamentinin nümayəndə heyətinin rusiyalı deputatlarla görüşü baş tutub. Tərəflər parlamentlərarası əməkdaşlığı, beynəlxalq parlamentlərarası qurumlarda qarşılıqlı fəaliyyəti və milli qanunvericiliklərin uyğunlaşdırılmasını müzakirə ediblər.

Görüş zamanı Milli Məclisin sədri Sahibə Qafarova Volodini Azərbaycana səfərə dəvət edib. Səfərin tarixi hələ məlum deyil.

"Mütləq həmkarlarımla gələcəyik. Həm də bizdə yüksək səviyyəli parlamentlərarası komissiyanın yaradılması barədə razılaşmanın hazırlığı faktiki olaraq yekun mərhələdədir. Saziş imzalandıqdan sonra biz sadəcə xalqlarımız, ölkələrimiz arasında münasibətlərin inkişafını müzakirə etməyəcəyik, həm də bizim parlamentarilərimizi parlament müstəvisi çərçivəsində əsas problemlərin həllində birləşdirəcək komissiyanın gündəliyi çərçivəsində konkret məsələlərin həlli ilə məşğul ola biləcəyik", - Dövlət Dumasının spikeri deyib.

Volodinin Azərbaycana səfəri zamanı tərəflər RF Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında əməkdaşlıq barədə saziş imzalamağı planlaşdırırlar. Sənədlə məşğul olmaq üçün daimi fəaliyyət göstərən yüksək səviyyəli komissiyanın təsis olunması nəzərdə tutulur.

Azərbaycan parlamentinin nümayəndə heyəti sentyabrın 21-dən 23-dək Moskvada səfərdədir. Milli Məclisin sədri Sahibə Qafarova artıq RF Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və RF xarici işlər naziri Sergey Lavrovla görüşüb.

13
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır"
Rusiya Dövlət Dumasının komitə sədri: "Dağlıq Qarabağ Azərbaycan ərazisidir"
Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Dövlət Dumasının sədri: "Paşinyanın fikirləri sülh prosesinə kömək etmir"

8
(Yenilənib 17:47 23.09.2020)
Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

BAKI, 23 sentyabr — Sputnik. Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb.

  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
  • Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb
    © Photo : Milli Majlis
1 / 3
© Photo : Milli Majlis
Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşüb

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycan nümayəndə heyətini Rusiya Dövlət Dumasında görməkdən məmnunluğunu bildirən Vyaçeslav Volodin iki ölkə arasında qarşılıqlı səfərlərin əhəmiyyətindən danışıb.

Bildirib ki, Rusiya və Azərbaycan strateji tərəfdaş olan ölkələrdir və hazırda iki ölkənin parlamentləri arasında əməkdaşlıq haqqında Saziş sənədi üzərində iş gedir. Rusiya təkcə parlamentlər səviyyəsində deyil, həyatın digər sahələrində də Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır.

Səmimi qəbul üçün təşəkkürünü bildirən Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib ki, məlum pandemiya səbəbindən Rusiyaya nəzərdə tutulan bu səfər gec həyata keçirilib: "Ümidvaram ki, bizim qarşılıqlı səfərlərimiz bundan sonra da davam edəcək. Bizim birlikdə müzakirə etməli olduğumuz çox məsələlər var".

Qeyd olunub ki, qarşılıqlı münasibətlərin inkişafında dövlət başçıları İlham Əiyevin və Vladimir Putinin qarşılıqlı etibara əsaslanan münasibətləri və mütəmadi görüşləri böyük rol oynayıb.

Spiker Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Rusiya parlamentlərinin rolunu qeyd edərək bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının əhəmiyyətini vurğulayıb. Bildirib ki, ölkələrimiz beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir: "Bildiyiniz kimi, Rusiyanın bu quruma qayıtması məsələsinin müzakirə olunduğu Avropa Şurası Parlament Assambleyasının ötənilki iyun sessiyasında Azərbaycan nümayəndə heyəti bütövlükdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasına səs verib.

Milli Məclis və Federal Məclis arasında daimi ikitərəfli parlamentlərarası komissiyanın mövcudluğu təqdirəlayiqdir".

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov
© Photo : Ministry of Foreign Affairs of the Russian Federation

Sahibə Qafarova bildirib ki, bizim ölkəmiz çoxmillətli və çox konfessiyalı olmaqla, zəngin mədəni və mənəvi irsə və multikulturalizm sahəsində böyük təcrübəyə sahibdir: "Buna görə də ölkəmiz hər zaman digər xalqlara və dinlərə, dünya mədəniyyətlərinin müxtəlifliyinə qarşı tolerantlıq nümayiş etdirib. Bu baxımdan Cənubi Qafqazda ən çox etnik rusun Azərbaycanda yaşaması tamamilə təbiidir".

Qeyd olunub ki, ölkələrimiz arasında 200-dən çox ikitərəfli hökumətlərarası, dövlətlərarası və idarələrarası sənədləri özündə birləşdirən güclü bir hüquqi baza yaradılıb. Bu da iki ölkənin bütün sahələrdə uğurlu əməkdaşlığını şərtləndirir.

Sonra görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın Qərb bölgəsində - Tovuz rayonu ilə sərhəddə baş vermis silahlı toqquşmalar barədə danışıldı. Vyaçeslav Volodin bildirdi ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Ermənistanın Baş naziri N.Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri haqlı narahatlıq doğurur və sülh prossesinə kömək etmir.

Söhbətdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda Milli Məclisin Sədri Sahibə Qafarova həmkarını ona uyğun bir vaxtda Azərbaycana rəsmi səfərə dəvət edib.

8
Teqlər:
Ermənistanın baş naziri Nikol Paşinyan, Sahibə Qafarova, Rusiya Federasiyası Dövlət Duması, Rusiya Dövlət Duması, Vyaçeslav Volodin
Əlaqədar
Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"
Sahibə Qafarova Sergey Lavrova: "Paşinyanın açıqlamaları bütün səyləri puç edir"
Spiker: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür" ifadəsi çox təhlükəlidir"

Maska ara məsafəsiz olmaz: Karantindən sonra Şəki bazarında vəziyyət yerdədir

3
(Yenilənib 19:23 23.09.2020)
Şəki şəhərindəki mərkəzi bazar dördgünlük karantindən sonra yenidən açılıb. Satışın necə getdiyini və təyin edilən qaydalara riayət edilib-edilmədiyini videomuzda izləyin.

Dünəndən Şəkinin mərkəzi bazarı alıcılar üçün açılıb. Ötən həftə onun ərazisində on üç nəfər COVID-19 infeksiyasına tutulmuşdu. Nazirlər Kabineti yanında Operativ Qərargah 18 sentyabrdan etibarən bazarın tamamilə bağlanması ilə bağlı qərar qəbul edib. Bazarın lokdaunu dörd gün davam edib və tam dezinfeksiya işlərindən sonra bazar yenidən alıcı və satıcılara öz qapısını açıb.

İndi burada ən əsas aksesuar maskadır – həm alıcı, həm satıcılar üçün. Piştaxta üzərində spirt, girişdə isə əhalinin hərarətini ölçən polis və sanitar xidməti durub. Alıcılar da bu cür tədbirləri alqışlayır və özlərini təhlükəsizlik hiss etdiklərini deyir. Əsası odur ki, vəziyyəti nəzarət altında saxlamağa davam etsinlər.

3