Rusiya Müdafiə naziri Sergey Şoyqu

Şoyqu hansı ölkələrin bioloji silah yaratdığını açıqlayıb

26
O əlavə edib ki, iclasda iştirak edən nazirlər həmçinin koronavirusun yayılmasının nəticələrinin aradan qaldırılması təcrübəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

BAKI, 4 sentyabr — Sputnik. Rusiya Müdafiə naziri Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Müstəqil Dövlətlər Birliyi (MDB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatına (KTMT) üzv olmayan ölkələrin bioloji silah yaratdığını elan edib və bu təhdidlərlə bağlı qərarların verilməsinin vacibliyini qeyd edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.

"Qeyri-regional ölkələrin hərbi-bioloji fəaliyyət də daxil olmaqla, bioloji təhlükə təhdidlərinə qarşı cavab vermə potensialı yaratmaq və qarşılıqlı yardımın göstərilməsi ilə bağlı mümkün tədbirləri müzakirə etdik", - deyə Şoyqu qeyd edib.

O əlavə edib ki, iclasda iştirak edən nazirlər həmçinin koronavirusun yayılmasının nəticələrinin aradan qaldırılması təcrübəsi ilə bağlı fikir mübadiləsi aparıblar.

26
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli

Rusiya daha dörd ölkə ilə hava əlaqəsini bərpa edəcək

26
(Yenilənib 23:34 18.09.2020)
Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya sentyabrın 21-dən etibarən daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti yanında Koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.

Qərargah bəyan edib ki, uçuşların dövriliyi həftədə bir dəfə olmaqla həyata keçiriləcək.

26
Teqlər:
Rusiya, təyyarə, Cənubi Koreya, Belarus, Qırğızıstan, Qazaxıstan
Stolun üstündə noutbuk, arxiv şəkli

Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib

101
(Yenilənib 20:06 18.09.2020)
Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

101
DYP avtomobili

Lənkəranda piyada vurulması ilə nəticələnən qəza hadisəsi baş verib

0
(Yenilənib 16:01 19.09.2020)
Bu gün baş verən dəhşətli avtomobil qəzası Lənkəranın uzunömürlülərindən birinin həlak olması ilə nəticələnib.

Rahim Muradov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. Lənkəran- Boradigah avtomobil yolunun Lənkəran rayonunun Viravul kəndi ərazisindən keçən hissəsində insident baş verib.

Belə ki, Lənkəran rayonu Separadi kənd sakini 1987-ci il təvəllüdlü Hünər Ərəstun oğlu Rzayev idarə etdiyi 42-BR-872 Dövlət qeydiyyat nömrə nişanlı "VAZ-2104" markalı minik avtomobili ilə yolu keçmək istəyərkən 1930-cu il təvəllədlü Fərman Feyzi oglu Qurbanovu vurub. Ağır bədən xəsarətləri alan F.Qurbanovu hadisəni törədən H.Rzayev avtomobili ilə dərhal Lənkəran Mərkəzi Xəstəxanasına çatdırıb.

  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • Qəza törətmiş avtomobili
    © Sputnik / Rahim Murad
  • DYP avtomobili
    © Sputnik / Rahim Murad
1 / 3
© Sputnik / Rahim Murad
Qəza törətmiş avtomobili

Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən F.Qurbanobun həyatını xilas etmək mümkün olmayıb. Qəza hadisəsi araşdırılır.

0