Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lukaşenko ilə Mişustinin görüşündə gözlənilməz təklif

© Sputnik Viktor Tolochko / Mediabanka keçidПремьер-министр Белоруссии Роман Головченко, фото из архива
Премьер-министр Белоруссии Роман Головченко, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aleksandr Lukaşenko ilə görüşən Rusiyanın Baş Naziri Mixail Mişustin belaruslu həmkarı ilə bağlı xəbəri prezidentə çatdırıb

BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın Baş naziri Mixail Mişustin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlar zamanı bəyan edib ki, respublikanın Baş naziri Roman Qolovçenko COVID-19-a qarşı Rusiya istehsalı olan vaksini sınaqdan keçirməyə qərar verib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

O qeyd edib ki, Belarus Rusiyanın COVID-19-a qarşı vaksinini tədarük edəcəyi ilk ölkə olacaq: "Mən çox şadam ki, Roman Aleksandroviç Qolovçenko bu gün vaksin vurdurmaq qərarı verib. Əminəm ki, hər şey yaxşı olacaq".

Xatırladaq ki, avqustun 11-i Rusiya Prezidenti Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Xəbər lenti
0