Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

COVID-19 vaksini vurulanları evə buraxdılar

© AP Photo / Sakchai LalitВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə uyğun olaraq "EpiVakKorona" vaksininin klinik tədqiqatları beynəlxalq reyestrdə qeydə alınıb

BAKI, 3 sentyabr — Sputnik. Rusiyanın "Vektor" Mərkəzi tərəfindən hazırlanmış ikinci COVID-19 peyvəndinin klinik sınaqlarının birinci mərhələsinin bütün iştirakçıları iki dəfə peyvənd edilib və xəstəxanadan buraxılıblar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onlar özlərini yaxşı hiss edirlər.

"Birinci mərhələnin bütün iştirakçıları iki dəfə peyvənd olunub və stasionarı tərk ediblər. Bütün könüllülər özlərini yaxşı hiss edirlər, vəziyyətlərindən şikayət etmirlər", - məlumatda bildirilir.

Klinik araşdırmanın ikinci mərhələsi tədqiqat protokoluna uyğun olaraq davam etdirilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tələblərinə uyğun olaraq "EpiVakKorona" vaksininin klinik tədqiqatları beynəlxalq reyestrdə qeydə alınıb.

Rusiyanın COVID-19 əleyhinə birinci vaksini Qamaleya Mərkəzində yaradılıb və "Sputnik V" adını alıb.

Xəbər lenti
0