Журналист ВГТРК Александр Рогаткин

"Beslan" filminin rejissoru: Yeni tarixdə bundan dəhşətli heç olmayıb

1082
(Yenilənib 07:10 03.09.2020)
Roqatkinin sözlərinə görə, həmin dövrdə Beslandakı məktəbin iki kərpic qalınlığı olan divarı dağıdaraq belə dağıntı yarada biləcək nə odsaçan, nə də qumbaraatan olmayıb.

BAKI, 3 sentyabr — Sputnik. Sentaybrın 3-də "Rossiya 1" telekanalında "Beslan" araşdırma filminin premyerası olacaq. Film 2004-cü ildə Beslan şəhərindəki 1 saylı məktəbdə faciəvi girov götürmə hadisəsinə həsr olunub. Mif və şayiələrin ifşa edilməsi, şahidlərin xatirələri və materiallar üzərində iş barədə RİA Novosti-yə filmin rejissoru Aleksandr Roqatkin danışıb.

- Aleksandr, tamaşaçılara anons verin, sizin sənəndli filminizdən onlar yeni nə öyrənəcəklər?

- Bu yeni əhvalat deyil. 16 ildir ki, o cəmiyyəti hissələrə bölüb. Bizim yeni tariximizdə daha dəhşətli və qorxulu heç nə olmayıb, ona görə də əlbəttə, bu bütün jurnalistlərin diqqətini cəlb edəcək. Lakin iş ondadır ki, son zamanlar çox insanlar bu faciə ilə spekulyasiya edirlər. Çoxlu sayda alternativ nəzəriyyə və hekayə, əfsanə və şayiə irəli sürülür. Yeri gəlmişkən, onların əsasında o illərdə "Rodina" fraksiyasından deputat və parlament komissiyasının (Terror aktının araşdırılması üzrə -red.) üzvü olmuş Yuri Savelyevin hesabatı durur. O rəsmi hesabatı imzalamaq istəməyib və özünün alternativ yeddi fəsildən ibarət hesabatını dərc edib. Bu hesabatında iddia edib ki, terrorçularda heç bir əldəqayırma partlayıcı qurğu olmayıb, zalı xüsusi təyinatlılar odsaçanlardan atəşə tutublar, bu da çoxlu sayda girovun həlak olmasına səbəb olub. Guya terrorçuları buraxmaq istəməyərək hamısını öldürmək qərarına gəliblər. Məhz bu ideyanı bizim liberal müxalif KİV-lər, Qərb bütün bu illər ərzində yayır.

- Lakin onu dəfələrlə təkzib ediblər...

- Prokurorluq bu versiyanı yoxlayıb. Və hətta qumbaraatan istehsal edən "Bazalt" EİB-ə onu yoxlamaq tapşırılıb. Moskva ətrafındakı poliqonda həmin idman zalının divarının eyni kərpicdən, eyni suvaqdan modelini tikiblər. Ora məktəbdə olduğu kimi qızdırıcı batareyaları düzüblər, divarın qalınlığı da elə oradakı kimi iki kərpic olub. Və ona qumbaraatandan, odsaçandan, pulemyotdan atəş açmağa başlayıblar. "Bazalt"ın ekspertləri belə bir nəticəyə gəliblər ki, həmin dövrdə, 2004-cü ildə iki kərpic qalınlığı olan divarı dağıdaraq belə dağıntı yarada biləcək nə odsaçan, nə də qumbaraatan olmayıb. Digər eksperimentdə isə divarın qarşısında üstündə əldəqayırma partladıcı qurğu olan stul qoydular. Onda da oxşar nəticə alındı. Buna baxmayaraq, həm "Novaya qazeta"nın, həm "Exo Moskvı"nın, həm də "Radio Svoboda"nın çoxsaylı jurnalist araşdırmaları məhz Savelyevin bu hesabatına əsaslanır. İldən ilə onlar heç nəyə əsaslanmayan bu mifi təkrar edirlər.

Biz bir çox miflər barədə, o cümlədən, hamının ( "İçkeriya prezidenti" Aslan) Masxadovu gözlədiyi barədə mifdən danışmağa cəhd etdik. Guya onu içəriyə buraxmamaq, ondan qəhrəman düzəltməmək üçün xüsusi təyinatlılar bu əməliyyata başlayıblar.

Yenə də Savelyev iddia edir ki, uşaqlar qaçanda terrorçular girovlara atəş açmayıblar. Hansısa şəkilləri göstərirlər, deyirlər, baxın, həyət boşdur, heç kim yoxdur. Lakin bunlar çox qəribədir, çünki çoxlu sayda başqa şəkillər, şahidlərin ifadələri var. Onun istinad etdiyi fotoqraf isə belə deyir: "Uşaqlar, kim deyir ki, terrorçular girovlara atəş açmayıblar, yalan deyir". Bir də bu filmdə çoxlu sayda insan hekayəsi, faciəsi var. Onların bütün bu illər ərzində bununla necə yaşadıqlarından, yeni ailə qurduqlarından, uşaq dünyaya gətirdiklərindən danışılır.

- Çəkiliş prosesi barədə danışın: əsas çətinliklər nədən ibarət idi?

- Prinsip etibarilə, heç nədə çətinlik yox idi. Şahid də çoxdur, keçmiş girovlar da çoxdur. Lakin kimsə imtina edir, kimsə yada salmaq istəmir, kimsə əksinə, məmnuniyyətlə təfərrütları bölüşür. Biz iyulda çəkməyə başladıq, sentyabrın 3-dək filmi çatdıra bildik. Böyük format alındı. Hamının münasibəti müsbətdir. "Beslan anaları" komitəsi də bizə şərhlər verib, lakin onlar professor Savelyevin alternativ nəzər nöqtəsini bölüşürlər. Ən azından, suallarımızın çoxuna cavab ala bildik.

- Davamını planlaşdırırsınız? Kitab yazacaqsınız?

- Bilmirəm. Hələlik o barədə fikirləşməmişəm.

1082

Bakı Yaroslavlı birbaşa aviareys birləşdirə bilər

8
(Yenilənib 22:00 21.09.2020)
Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Sputnik, Lev Rıjkov

BAKI, 21 sentyabr — Sputnik. Bakı və Yaroslavlı birbaşa aviareys birləşdirə bilər. Rusiya vilayətinin hökuməti azərbaycanlı biznesmenlərin yeni istiqaməti işləmək ideyasını dəstəkləyib

Birbaşa aviaəlaqə yaratmaq təşəbbüsü Rusiyanın Yaroslavl vilayəti və Azərbaycan Respublikasının rəsmilərinin, eləcə də sahibkarların iştirakı ilə keçirilən ticarət-iqtisadi əməkdaşlığın perspektivlərinə həsr olunmuş videokonfrans zamanı səsləndirilib.

"Turizm sektorunun təmsilçiləri Azərbaycanla Yaroslavl arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər. Azərbaycan nümayəndələri tərəfindən səsləndirilmiş təkliflərdən biri Yaroslavl ("Tunoşna") və Bakının hava limanları arasında birbaşa aviareysin açılmasından ibarət idi", - Yaroslavl vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət Departamentinin mətbuat xidmətindən Sputnik-ə bildiriblər.

Təklif Yaroslavl vilayət hökumətinin sədr müavini Maksim Avdeyev tərəfindən dəstəklənib. Departamentdə qeyd ediblər ki, təşəbbüslər dərindən işlənilməlidir, lakin iki şəhər arasında aviaəlaqə qurmaq ideyası qarşılıqlı maraq doğurub.

"Tunoşna" hava limanı beynəlxalq statusa malikdir. Hazırda bu hava limanı aşağıdakı istiqamətdə reyslər həyata keçirir: Soçi, Sankt-Peterburq, Kazan, Simferopol, Krasnodar, Moskva ("Aeroflot"un transfer reysi). "Tunoşna"da hava limanının buraxılış imkanını artırmaq məqsədi ilə aerovağzal binasınının genişləndirilməsi üzrə işlər aparılır. Həmçinin süni örtüklü uçuz-enmə zolağının, təyyarələrin dayanacağının rekonstruksiyasını həyata keçirmək planlaşdırılır. Hazırda hava limanı Boeing 757-200, Airbus A319, Airbus A320, Boeing 767-300 təyyarələrini qəbul etmək imkanına malikdir. Bu tip təyyarələr "Azərbaycan hava yolları"nın (AZAL) donanmasının əsasını təşkil edirlər.

"Yaroslavl hava limanında gömrük və sərhəd yoxlamasını həyat keçirmək üçün imkan var", - Vilayət Regional inkişaf və xarici iqtisadi fəaliyyət departamentinin mətbuat xidmətindən bildirilib.

8
Əlaqədar
"Aeroflot" Bakıya uçuşlara başlayır
Təbii qaz

2020-ci il olduğu kimi: qaz qiymətlərini qasırğalar ekstremist qruplar təyin edir

6
(Yenilənib 19:07 21.09.2020)
Təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

BAKI, 21 sentyabr — Sputnik, Aleksandr Sobko. Qaz bazarı tədricən bərpa olunur: Avropada və Asiya-Sakit Okean Regionunda qazın birja qiymətləri min kubmetrə görə müvafiq olaraq 130 və 150 dollar təşkil edir.

Qiymət artımının səbəbləri həm tələb, həm də təkliflə bağlıdır. Cari ilin səkkiz ayı ərzində maye təbii qazın (MTQ) ümumi idxalı cəmi 1,3 faiz olsa da, bir il əvvəlki dövrlə müqayisədə daha yüksək olub. Hindistan və Çin iyulda və avqustda MTQ idxalının kəskin artırıb.

Sadə hesablama etsək, hazırda maye təbii qaza olan qlobal tələbat ötən ilin səviyyəsindədir, boru kəməri qazına olan tələbat isə aşağıdır. Bu, Rusiyanın Avropaya ixracından da görünür. Çin də Orta Asiyadan qaz idxalını aşağı salıb. Bu arada MTQ bazarında istehsal artıb, çünki, tikilməkdə olan zavodlar artıq işə salınıb (əsasən, ABŞ-da).

Əsasən təkliflə bağlı problemlər qiymətləri sabitləşdirməyə kömək edir: Avstraliyadakı "Prelude" üzən maye təbii qaz platforması hələ də işləmir (texniki problemlərə görə). Elə Avstraliyanın özündə "Gorgon LNG" layihəsinin xətlərindən biri dayandırılıb.

Kotirovkaların bərpası hələ ki sabit görünmür, amma bəzi proqnozlara görə, istilik mövsümündə Asiyada spot qiymətləri min kubmetrə görə hətta 200 dollardan artıq ola bilər. Bu rəqəmlər bütün istehsalçılar üçün uzunmüddətli münasib qiymətlərə uyğundur. Doğrudur, bir əmma var: belə bir qiymət səviyyəsi yalnız qış üçün deyil, orta illik olmalıdır.

Amma il mürəkkəbdir, atipikdir, ona görə də uzunmüddətli perspektivlər çıxarmaq olmaz. Hamını perspektivlər maraqlandırır. Ən maraqlısı isə bundan ibarətdir ki, iyirmi il ərzində ilk dəfə olaraq yeni MTQ zavodlarının tikintisi ilə bağlı heç bir yeni sərmayə qoyuluşu qərarı qəbul edilməyib. Bu ilin yekununa dair proqnozlara görə, maksimum iki sərmayə qərarı qəbul ediləcək. Xatırladaq ki, ötən il rekord sayda sərmayə qərarı qəbul edilib – bu isə öz növbəsində üçillik sakitlikdən sonra baş verib.

Bu, niyə belə olur? Cavab sadə və aydındır: bütün neft-qaz şirkətlərinin gəlirlərində çox itkilər olub, ona görə də öz sərmayə proqramlarını ixtisar edirlər. Cavabın bir hissəsi də MTQ bazarının son illərdə paradoksal şəkildə inkişaf etməsindədir. Bir tərəfdən biz qazın cari dövrdə həddən artıq çox olduğunu, eləcə də gələcəkdə kəskin rəqabəti (Qətər, ABŞ, Rusiya, Şərqi Afrika arasında) görürük. Bunların heç biri qiymətləri artırmır və yeni layihələrə sərmayə qoymaq üçün bazara kifayət qədər siqnal göndərmir. Eyni zamanda, bazar perspektivli hesab olunur (qaza tələbat həmişə, hətta "yaşıl senarilərdə" belə artacaq).

Bazarın inkişaf lokomotivlərindən biri də neftdən uzaqlaşıb perspektivli maye təbii qaza keçməyə başlamış transmilli neft-qaz şirkətlərinin iştirakı olub. Neftin bahalı olduğu vaxtlarda neft-qaz şirkətləri ümumi gəlir zənbilindən perspektivli maye qaza yatırımlar edə bilirdilər. Neft kotirovkalarının düşməsindən sonra isə bu, transmilli neft-qaz şirkətlərini maraqlandırmır. Üstəlik, onlardan bəziləri əsəbiləşir və investisiya planlarının kəskin "yaşıllaşmasını" elan edirlər. Öz növbəsində, neftə sadiq qalmaq istəyən neft nəhənglərinin də vəziyyəti ağırdır. Bu, çətin maddi vəziyyətdə olan "ExxonMobil" şirkətinin timsalında da görünür.

Bu şirkətin planlarında iki əsas MTQ layihəsi – ABŞ-da "Golden Pass LNG" ("Qatar Petroleum" ilə birlikdə) və Mozambikdə "Rovuma LNG" var idi. Hər ikisi indi təxirə salınıb – Amerikadakı zavod ən azı bir il, Mozambikdəki zavod isə 2023-cü ilə qədər. Papua-Yeni Qvineyada fəaliyyət göstərən MTQ zavodunu genişləndirmək planlarını da ən yaxşı vaxtlara saxlayıblar.

Amerikanın digər zavodları da, təbii ki, yeni qərarlar qəbul etməyə tələsmir. Şərqi Afrikada isə bütövlükdə durğunluq əmələ gəlib. Xatırladaq ki, bu bölgənin (Mozambik, Tanzaniya) şelfi yeni perspektivli mədən mərkəzlərindən biri kimi qəbul edilir. "ExxonMobil" layihəsinin təxirə salındığı haqqında artıq məlumat verilib. "Mozambique LNG" ("Total" şirkətinin nəzarəti altında) zavoduna isə regionda fəaliyyət göstərən ekstremist qruplar mütəmadi olaraq maneə yaradır ki, bu da onun vaxtında tikintisi məsələsini sual altına qoyur. Tanzaniyada zavod planları haqqında isə son zamanlar ümumiyyətlə xatırlamırlar.

Bütün bunlardan belə bir nəticə çıxarmaq olar: ortamüddətli perspektivdə təklifin azalmasını görəcəyik. Belə olardı – Qətərin bir neçə yeni zavod üzrə planları olmasaydı. Sərmayə qoyuluşu barədə hələ ki rəsmi qərar yoxdur, lakin ilkin işlər fəal şəkildə aparılır.

Nəhayət, qeyri-müəyyənliklər yaradan daha bir amil: qiymətləndirmə mexanizmləri. Spot bazarının inkişafına baxmayaraq, son vaxtlara qədər MTQ qiymətinin neftin qiymətinə bağlılığı MTQ istehsalçılarına xərcləri qarşılamaq imkanını verirdi. Bununla yanaşı, neftin bahalığı və MTQ bazarında artan rəqabət fonunda son illər yeni müqavilələrdə bu bağlılıq əmsalı tədricən aşağı düşüb. İndi neft ucuzlaşıb, alıcıların isə köhnə, yüksək əmsallara qayıtmaq istəyəcəkləri inandırıcı deyil. Alıcıları spot qiymətləri ilə qaz daha çox maraqlandırır, üstəlik, Qətərin uzunmüddətli müqavilələrinin tədricən bitməsi ilə bu ölkənin maye qazı birjaya daxil olacaq.

Onu da xatırladaq ki, inkişaf etməkdə olan Asiya-Sakit Okean Regionu ölkələri qazın böyük həcmlərini "həzm etməyə" qadirdirlər – lakin yalnız aşağı qiymətlərdə, min kubmetrə maksimum 200 dollar səviyyəsində olan qazı.

Bütün bu amillər bazarda qeyri-müəyyənliyə və bəzi paradoksal inkişafa gətirib çıxarır. Ümumiyyətlə təbii qaz və xüsusilə də MTQ çox perspektivli yanacaq olaraq qalır. Lakin yüksək rəqabətli bazarda tələbat yalnız kifayət qədər aşağı qiymətlər sayəsində artacaq.

6
Fransada epidemioloji vəziyyət

Azərbaycanda vaksin müzakirələri: Koronavirusla gələcək mübarizəyə necə hazırlaşırıq?!

2
(Yenilənib 21:56 21.09.2020)
COVID–19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub.

İbrahim Həşimov, Sputnik Azərbaycan

BAKI, 21 sentyabr — Sputnik.COVID – 19 vaksini ilk növbədə risk qrupunda olanlara vurulacaq. Dövlət xətti ilə gətirilən bu vaksinlərin pulsuz olması nəzərdə tutulub. Hazırda 30 vaksindən cəmi 6-sı 3-cü, yəni sonuncu klinik fazada sınaqlardan keçirilir. Tədqiqatlar davam etdiyindən vaksinlərin effektivliyi və təhlükəsizliyi haqqında hələ fikir söyləmək mümkün deyil.

TƏBİB İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, xeyli müddətdir ki, hansı vaksinin alınacağı, onun kimlərə vurulması ilə bağlı müzakirələr aparılır. Bununla bağlı olaraq bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən işçi qrupu da yaradılıb. Əsas müzakirələr isə daha effektiv olan vaksinin, həmçinin vurulan insalara əlavə təsiri olmayan vaksinin seçilməsi ətrafında gedir:

"İngiltərə-İsveç firması var. Artıq onların vaksinləri cəlbedicidir və çoxsaylı təkliflər oldu. Bu vaksinlər cəlbedici görsənir. Bundan başqa, bildiyiniz kimi Rusiya da "Sputnik V" vaksini hazırlayır, sınaqlar davam edir. Çin firmaları tərəfindən bir neçə vaksin təklif olunub. Daha sonra ABŞ şirkətləri tərəfindən də vaksinlər təklif olunur".

Akif Qurbanovun sözlərinə görə, peyvəndin ilk növbədə risk qrupunda olan insalara vurulması nəzərdə tutulub. Bura əsasən yaşı 65-dən yuxarı olan insanlar və xroniki xəstəliyi olanlar aiddir. Bununla da ölkədəki əhalinin 20 faizinin vaksinasiyası planlaşdırılır:

"Xroniki ağciyər xəstəlikləri, o cümlədən bronxial astma, xroniki ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, metobolik sindromu olan, şəkərli diabeti olan şəxslər. Bunların hamısı elə qrupdur ki, bunlarda koronavirus infeksiyasından fəsadlaşmalar daha çox olur. Bir də ki, çoxsaylı təmaslarda işləyən şəxslər risk qrupuna daxil edilir. Məsələn, həkimlər, müəllimlər və s." – deyə Akif Qurbanov bildirib.

Peyvəndlərin ilin sonuna kimi hazır olacağı və gələn ildən insanlara vurulacağı gözlənir. Dövlət xətti ilə gətirilən bu vaksinlərin ödənişsiz olması nəzərdə tutulub. Özəl firmalar da vaksinləri alaraq ölkəyə gətirə bilər ki, bunun ödənişli olmasına dövlət qarışmır.

2
Teqlər:
vaksin, peyvənd, Rusiya, İsveç, İngiltərə, Koronavirus, COVID-19
Əlaqədar
ABŞ-dan Rusiyaya daha bir zərbə: vaksin yaradan institutu da qara siyahıya saldılar
Belarus vaksin sınağına başlayır – Hələlik Rusiya vaksininin
AstraZeneca təkrarən vaksin sınaqlarını keçirəcək
“Vaksin ehtirasları” – Mənfəət riski üstələsə, təsdiqləyəcəklər
Azərbaycanlı alim COVID-19 üçün vaksin hazırladı