Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Lavrov risklərdən danışdı - II Dünya müharibəsi dövründən çoxdur

20
(Yenilənib 12:33 01.09.2020)
Bu risklərə hər il xeyli sayda insan ölümünə səbəb olan terrorizm, narkocinayət, kütləvi qırğın silahlarının yayılması riskləri daxildir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 1 sentyabr — Sputnik. Hazırda dünyada II Dünya müharibəsi dövründəkindən də çox risk var. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı bildirib.

"Bu gün dünyada vəziyyət, təbii ki, İkinci Dünya müharibəsinin gedişi zamanı formalaşan qanlı vəziyyət kimi olmasa da, risklərin sayı kifayət qədər çoxdur və bu risklər kifayət qədər ciddidir", - deyə Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, bu risklərə hər il xeyli sayda insan ölümünə səbəb olan terrorizm, narkocinayət, kütləvi qırğın silahlarını yayılması riskləri daxildir.

20
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib

8
Təhlükəsizlik Şurasının iclasında həmçinin strateji sabitlik və silahlara nəzarət məsələlərinə dair fikir mübadiləsi aparılıb.

BAKI, 22 yanvar — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik məsələlərini müzakirə edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Prezident Vladimir Putinin iclasda Təhlükəsizlik Şurasının daimi üzvləri ilə strateji sabitlik, eləcə də ölkə daxili problemləri müzakirə etdiyini qeyd edib.

"İclasda Rusiyanın sosial-iqtisadi inkişafına dair gündəmdə duran məsələlər müzakirə olunub. Strateji sabitlik və silahlanma üzərində nəzarət məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb", - deyə Kremlin nümayəndəsi bildirib. 

8
Teqlər:
Vladimir Putin, Putin

“Rus dili olimpiadasına bu qədər şagirdin qatıldığı başqa ölkə tanımıram” İrek Zinnurov

25
(Yenilənib 17:01 22.01.2021)
Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – yeni rəhbəri İrek Zinnurov artıq öz işinə başlayıb. Pandemiya müddətində mərkəzin əsas fəaliyyət hədəfləri barədə – videomuzda.

Su polosu üzrə ikiqat olimpiya çempionu, Dövlət Dumasının Tatarıstandan seçilmiş sabiq deputatı İrek Zinnurov Bakıdakı Rusiya Məlumat və Mədəniyyət Mərkəzinin (“Rossotrudniçestvo”) – rəhbəri təyin olunub. O artıq öz işinə başlayıb: gənclər təşkilatları, universitet rektorları və dövlət departamentləri ilə fəal şəkildə görüşlər keçirir. Yeni rəhbər, ilk növbədə, ölkələr arasında mədəniyyət, idman və bölgələrarası əməkdaşlıq sahəsində əlaqələrin inkişafına diqqət yetirəcək.

"Həmvətənlərimlə görüşdüm və onların “Rossotrudniçestvo” ilə bağlı şikayətlərini dinlədim. İndi bu problemə başqa baxış bucağından yanaşmaq istəyirəm. Biz bəzən axşam saatlarında, hətta lazım gələrsə, şənbə-bazar günlərində, başqa sözlə, həmvətənlərimizə əlverişli olan vaxtda da işləyəcəyik ki, onlar bir-biri ilə rahat görüşüb ünsiyyətdə ola bilsinlər. Mədəniyyət, təhsil, elm sahəsində görülən işləri davam etdirmək niyyətindəyik”, – deyə Zinnurov Sputnik Azərbaycan-a müsahibəsində bildirib.

Yeni rəhbərin sözlərinə görə, o, Azərbaycanın bütün qurumları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

25
Штаб-квартира Министерства обороны США, фото из архива

Tarixdə ilk dəfə qaradərili general Pentaqonun rəhbəri təyin edilib

0
(Yenilənib 20:58 22.01.2021)
İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

BAKI, 22 yanvar - Sputnik. ABŞ Senatı bu gün istefada olan dörd ulduzlu general Lloyd Ostinin ölkənin müdafiə naziri vəzifəsinə namizədliyini təsdiq edib.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, Pentaqon rəhbərləri arasında ilk afroamerikalı olan Ostin tezliklə müvafiq and içəcək.

İraq, Əfqanıstan kimi qaynar bölgələrdə xidmət etmiş Ostin 2013-ci ildə ABŞ Mərkəzi Komandanlığının rəhbəri təyin olunub.

O, 2016-cı ildə ordudan istefa verərək sonradan Nümayəndələr Palatası və Senatın üzvü olub.

0
Teqlər:
Pentaqon, ABŞ