Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Məşhur rusiyalı bloger azərbaycanlı vəkili niyə məhkəməyə verib?

© Photo : Instagram / olgaleibmanОльга Лейбман, фото из архива
Ольга Лейбман, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dəbdəbəli həyat tərzi ilə tanınan bir iş qadını özünün sosial media hesabında başına gələn əhvalatı bölüşüb.

BAKI, 24 avqust — Sputnik. Tanınmış rusiyalı bloger Olqa Leybman azərbaycanlı vəkil Elman Paşayevdən şikayətçidir. Sputnik Azərbaycan xəbər verir ki, dəbdəbəli həyat tərzi ilə tanınan qadın özünün sosial media hesabında "başına gələn" əhvalatı bölüşüb.

Актёр Михаил Ефремов, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Məşhur aktyorun səhhəti məhkəmə zalında pisləşdi

Olqa bildirib ki, ABŞ-da yaşayan rəfiqəsinin vəkilə ehtiyacı olub. Olqa da öz növbəsində həmin vaxt dostluq etdiyi Elman Paşayevi məsləhət görüb. Blogerin sözlərinə görə, rəfiqəsi Paşayevin istədiyi məbləği - 170 min dolları onun vasitəsilə vəkilə göndərib. Nəticədə nə iş həll olunub, nə də pul geri qaytarılıb.

Elman Paşayev Olqadan heç bir pul almadığını bildirib.

Bloger bu məsələ ilə bağlı məhkəməyə müraciət etdiyini, əlində pulu verməsi ilə bağlı sübutlar olduğunu deyib.

Qeyd edək ki, Olqa Leybman iş adamıdır. Özünü daşınmaz əmlak biznesindən kinomotaqrafiyaya qədər müxtəlif sahələrdə sınayıb. Hazırda sağlam həyat tərzi və dietaları ilə bağlı bloger kimi məşhurdur.

Olqa Leybman hazırda 3-cü əri olan Kiril Yakovlevlə yaşayır. Kiril xüsusi xidmət orqanının əməkdaşıdır. Olqanın ilk həyat yoldaşı Dinamo Futbol Klubunun oyunçusu, ikinci həyat yoldaşı isə amerikalı iş adamı olub. Olqa həm də Moskvanın ən lüks səmti olan Rublyovkadakı dəbdəbəli villası ilə məşhurdur. Xanım iş adamı həm də bahalı maşınların həvəskarıdır.

Bundan başqa, Olqa Leybmanın azərbaycanlı dostları az deyil və xanım iş adamı bir neçə dəfə Azərbaycanı ziyarət edib. O, "Instagram" sosial şəbəkəsindəki səhifəsində bu barədə yazıb. Səhifəsindəki "hekayə" bölümündə istifadəçilərin suallarını cavablandıraraq, Azərbaycanda bir müddət yaşadığı barədə də yazıb.

Xəbər lenti
0