Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Yeni qalmaqal: Avstriya rusiyalı diplomata “azadsan” dedi

© AFP 2023 / ALEX HALADAПолицейские у здания посольства России в Вене, фото из архива
Полицейские у здания посольства России в Вене, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Diplomat sentyabrın 1-dək Avstriyanı tərk etməlidir. Norveç də avqustun 19-da rusiyalı diplomatı öz ərazisindən qovub.

BAKI, 24 avqust — Sputnik. Avstriya hakimiyyəti Rusiya diplomatının ölkədən çıxarılması qərarını verib. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

Чиновники, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Bratislava ilə Moskva arasında diplomatik qalmaqal

Vyanada hesab edirlər ki, diplomatın işi diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına ziddir.

"Kronen Zeitung" qəzetinin məlumatına görə, rusiyalı diplomat Avstriya vətəndaşının iştirakı ilə "sənaye casusluğu" ilə məşğul olub. Qəzet bildirib ki, diplomat sentyabrın 1-dək Avstriyanı tərk etməlidir. Rusiya səfirliyi məlumata dair hələ ki münasibət bildirməyib.

Norveç də avqustun 19-da rusiyalı diplomatı öz ərazisindən çıxarıb. Bu, Moskvanın xeyrinə casusluqla bağlı cinayət işinin başlamasından sonra yaranmış qalmaqal fonunda baş verib.

Bir müddət əvvəl Norveç mediası "Moskvanın xeyrinə casusluq etməkdə şübhəli bilinən" yerli sakininin saxlanılması barədə də məlumat yayıb. Lakin saxlanılan şəxs özünü təqsirkar hesab etmir və həbsdən azad edilməyini tələb edir.

Xəbər lenti
0