Malış avtomatı

Artıq özünümüdafiə üçün "Kalaşnikov"un "körpə"sindən istifadə etmək mümkün olacaq

12
(Yenilənib 19:39 21.08.2020)
"Malış" avtomatının kalibri 5,45 və 9 mm olacaq. O, ümumqoşun avtomatından təxminən bir kiloqram yüngüldür.

BAKI, 21 avqust — Sputnik. "Kalaşnikov" konserninin özünümüdafiə üçün kiçik ölçülü "Malış" avtomatlarının ilkin sınaqları başa çatıb və dövlət sınaqları üçün hazırlıq gedir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində konsernin Baş direktoru Dmitri Tarasov bildirib.

"Hazırda ilkin sınaqlar mərhələsi başa çatıb və dövlət sınaqlarının keçirilməsi üçün təcrübə nümunələrin hazırlanması gedir", - Tarasov bildirib.

Bir müddət əvvəl "Kalaşnikov" konserninin baş konstruktoru Sergey Urjumtsev RİA Novosti-yə müsahibəsində deyib ki, konsern "Malış" layihəsi çərçivəsində özünümüdafiə üçün kiçik həcmli avtomatlar hazırlayır. Onun sözlərinə görə, bu avtomatların kalibri 5,45 və 9 mm olacaq. "Malış" ümumqoşun avtomatından təxminən bir kiloqram yüngüldür.

12
Aleksey Navalnı, arxiv şəkli

Navalnı tam sağalıb xəstəxanadan evə buraxılıb

6
(Yenilənib 12:21 23.09.2020)
"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

BAKI, 23 sentyabr — Sputnik. Aleksey Navalnı bu gün Berlinin "Charite" klinikasından ev buraxılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Tibb Müəssisəsinin yaydığı bəyanatda bildirilir.

"Pasiyentin sağlamlığı o səviyyədə yaxşılaşıb ki, təxirəsalınmaz müalicəni dayandırmaq mümkün idi. Aleksey Navalnı "Charite"-də 32 gün müalicə alıb ki, onlardan 24 günü – reanimasiyada idi", - deyə bəyanatda bildirilir.

"Charite"-dən vurğulanıb ki, onu müalicə edən həkimlər Navalnının tam sağalması imkanını da qəbul edir. Onlara görə, hər hansı bir "ağır zəhərlənmənin ayrı-ayrı nəticələri" barədə fikir bildirmək mümkün deyil.

Navalnı avqustun 20-də təyyarədə uçarkən özünü pis hiss edib və Omskda xəstəxanaya aparılıb. Araşdırmaların nəticələrinə görə, omsklu həkimlər onun qanında şəkərin kəskin dəyişməsinə səbəb olmuş maddələr mübadiləsi pozğunluğunu əsas diaqnoz kimi göstəriblər. Bunun səbəbi hələ də aydın deyil, amma Omsk həkimlərinin dediyinə görə, onun qanında və sidiyində zəhər tapılmayıb. Bundan sonra Navalnı təyyarə ilə Almaniyaya aparılıb. Almaniya hakimiyyəti isə hərbi həkimlərə istinadən bildirib ki, Navalnı "Noviçok" zəhərləyici maddələr qrupuna aid substansiya ilə zəhərlənib.

Moskva Berlin laboratoriyasında aparılan analizlərin nəticələrinə dair daha ətraflı məlumat verilməsini xahiş edib, lakin buna cavab almayıb.

6
Əlaqədar
Aleksey Navalnı xəstəxanaya yerləşdirilib
Rusiya Berlinin Navalnı ilə bağlı vəziyyətə yanaşmasını “qeyri-konstruktiv” sayır
Navalnı nəfəs ala bildiyini deyib: "Çox xoşuma gəldi"
Milli Məclisin Sədri Sahibə Qafarova RF Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı

Azərbaycan parlamentinin spikeri: "Rusiyanın əlindən gələni əsirgəməyəcəyinə ümid edirik"

262
(Yenilənib 11:11 23.09.2020)
Sahibə Qafarova: "Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxışı zamanı Ermənistanın Dağlıq Qarabağ münaqişəsindəki qeyri-konstruktiv mövqeyi və Azərbaycanın Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat barədə danışıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, spiker deyib ki, ən yüksək səviyyədə – BMT çərçivəsində 1993-cü ildə Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə dörd qətnamə qəbul etməsinə baxmayaraq, atəşkəs rejimini daim pozan Ermənistan tərəfindən həmin qətnamələrə bugünədək məhəl qoyulmur: 

"Ermənistanın son təxribatı isə artıq Qarabağda deyil, Azərbaycan-Ermənistan dövlət sərhədində baş verdi. Belə ki, cari il iyulun 12-də Tovuz rayonu istiqamətində yaşayış məntəqələri artilleriya atəşinə tutuldu. Nəticədə azərbaycanlı hərbçilər və mülki şəxslər həlak oldu və yaralandı. Bütün bunlar beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının və 1977-ci il iyunun 8-də qəbul edilmiş Əlavə Protokolunun ciddi şəkildə pozulması deməkdir və hərbi cinayət kimi qiymətləndirilir. Həmin konvensiyaların ziddinə olaraq bu gün Ermənistan tərəfindən həyata keçirilən Suriya və Livan qaçqınlarının qanunsuz olaraq Dağlıq Qarabağ ərazisində məskunlaşdırılması xüsusi narahatlıq doğurur".

Milli Məclisin Sədri Sahibə Qafarova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri barədə danışaraq deyib: "Azərbaycan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn tanınmış norma və prinsipləri, ilk növbədə dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında həllində dinc diplomatik səylərə daim sadiq qaldığını nümayiş etdirir.

Təəssüf ki, Azərbaycan tərəfinin problemin sülh yolu ilə həlli istiqamətində bütün səyləri müxtəlif təxribatlara və hərbi ritorikaya üstünlük verən Ermənistan hakimiyyətinin qeyri-konstruktiv siyasəti nəticəsində puç olur. Məsələn, Azərbaycanın mülki obyektlərinə zərbələr endirilməsinə dair təhdidlərə necə qiymət vermək olar? Bildirmək istəyirəm ki, Azərbaycan heç vaxt başqasının torpağına iddia etməyib. Azərbaycan xalqı özünün tarixi torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcək".

"Düşünürəm ki, yalnız regional məsələlərdə deyil, qlobal gündəmdəki məsələlərin həllində də Rusiyanın mövcud rolundan danışmağa ehtiyac yoxdur. Biz ümid edirik ki, ATƏT-in Minsk qrupunun həmsədri olan və əvvəldən münaqişənin sülh yolu ilə həllinə çalışan Rusiya beynəlxalq siyasətdə öz nüfuzundan istifadə edəcək və uzun illər davam edən bu qarşıdurmaya son qoymaq üçün əlindən gələni əsirgəməyəcək"-deyə Milli Məclisin Sədri diqqətə çatdırıb.

262
Əlaqədar
Sahibə Qafarova Sergey Lavrovla görüşəcək
Spiker: "Kim faşizm uğrunda ölürsə, o, Ermənistan uğrunda ölür" ifadəsi çox təhlükəlidir"
Belarus Prezidenti Aleksandr Lukaşenko, arxiv şəkli

Lukaşenko gizli olaraq and içir

0
(Yenilənib 13:27 23.09.2020)
Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

BAKI, 23 sentyabr — Sputnik. Aleksandr Lukaşenko Belarus prezidentinin səlahiyyətlərinin icrasına başlayıb. Sputnik Belarus xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutur.

Qeyd olunur ki, mərasimdə yüzlərlə insan – məmurlar, parlamentarilər, KİV rəhbərləri, mədəniyyət və idman nümayəndələri, digər rəsmilər iştirak edir.

Belə ki, Konstitusiyaya əl basan seçilmiş ölkə rəhbəri Belarus dilində and içib. Bundan sonra Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidiya Yermoşina ona prezident vəsiqəsini təqdim edib.

Qeyd edək ki, Belarusda bir aydan artıq müddətdir ki, 9 avqust prezident seçkilərinin rəsmi nəticələrinə etiraz olaraq kütləvi aksiyalar keçirilir. Rəsmi nəticələrə görə, Aleksandr Lukaşenko seçkilərdə səslərin 80%-ni toplayıb. Lukaşenko özü iddia edir ki, baş verənlərin arxasında Qərb dayanır.

 

0