Tibbi işçilər koronavirusla bağlı yeni vaksini yoxlayırlar

İlk koronavirus peyvəndini yaradan həkimləri “satın almaq” istəyirlər

1484
(Yenilənib 23:25 16.08.2020)
Dünyada ilk koronavirus vaksinini yaradan alimləri xaricilər öz tərəflərinə çəkmək istəyirlər. Ancaq mərkəz rəhbəri bunu mümkün olmayacağını söyləyir

BAKI, 16 avqust — Sputnik. Qamaleya mərkəzində çalışan, dünyada ilk koronavirus əleyhinə vaksinin yaradıcıları olan həkimləri başqa ölkələr öz tərəflərinə çəkməyə çalışırlar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu mərkəzin rəhbəri Aleksandr Ginsburq deyib.

“Cəhd eləyirlər, amma onlarda heç nə alınmayacaq”, - Ginsburq “Rossiya-1”in efirində söyləyib.

Onun sözlərinə görə, mərkəzin əməkdaşları orada son on il ərzində birlikdə çalışırlar.

“Alimlərin bu cür heyətinə istənilən Amerika və Avropa universiteti həsəd aparar”, - Ginsburq əlavə edib.

Avqustun 11-də Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

1484
Teqlər:
alim, həkim, vaksin, Rusiya, Koronavirus, COVID-19
Əlaqədar
Çin də prosesə qoşulur - sınağı birgə keçirəcəklər
Tanınmış həkim koronavirusa qarşı tədbirləri ələ saldı: elə bil şamandırlar
Rusiyada koronavirus peyvəndinin istehsalı başladı
TƏBİB rəsmisi COVID-19-a qarşı peyvənd barədə
Nazirlik həkimlərin niyə COVID-19-a qarşı vaksini vurdurmaq istəməməsini şərh edib

Tu-160 raket daşıyıcısının havada yanacaqdoldurma prosesi - maraqlı video

23
(Yenilənib 11:09 15.01.2021)
Uzaq mənzilli aviasiya pilotları təyyarələrini 6000 metrdən artıq yüksəklikdə və saatda təxminən 600 kilometr sürətlə İl-78 hava tankerinə yaxınlaşdırıb.

Ümumiyyətlə, uçuş hazırlığının bu ən mürəkkəb elementini yerinə yetirmək üçün yalnız təcrübəli pilotlara icazə verilir, lakin bu dəfə manevrlərdə gənc zabitlər də iştirak edib. Təlimlərə ümumilikdə beş Tu-160 və Il-78 təyyarəsi cəlb olunub.

23
Ermitaj muzeyinə mənzərə, arxiv şəkli

Dünyaca məşhur muzey saxtakarlıqda ittiham olunur

22
(Yenilənib 00:26 17.01.2021)
Kolleksiyaçı Rujnikov Ermitaj muzeyindəki bir çox eksponatın orijinal olmadığını bildirib. Üstəlik, onun fikrincə, ötən ilin noyabrından davam edən sərgidə də məşhur əsərlərin kobud, saxta versiyaları nümayiş olunur.

BAKI, 17 yanvar — Sputnik. Dünyanın ən məşhur və böyük muzeyi olan Ermitaj muzeyi "Faberge - İmperator Məhkəməsinin zərgərləri" sərgisində saxtakarlığa yol verməkdə günahlandırılır.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, muzeyin direktoru Mixail Piotrovskiyə ünvanlanan saxtakarlıqla bağlı iddialar kolleksiyaçı Andrey Rujnikovun açıq məktubunda bildirilib. O qeyd edib ki, Ermitaj, Pavlovsk və Peterhof kolleksiyalarına aid olan həqiqi eksponatlarla yanaşı nümayiş etdirilən əsgərin siqaret yandırdığı heykəlcik Savitskinin Fersman Muzeyindəki heykəlinin kobud bənzəridir.

Bundan başqa, kolleksiyaçı muzeydəki bir çox eksponatın orijinal olmadığını bildirib. Onun sözlərinə görə, sadalanan əsərlər XX əsrə yox, XXI əsrə aiddir. O, eyni zamanda, ekspozisiyada iştirak edən saxtakarların siyahısını xeyli uzada biləcəyini qeyd edib.

İddialar əsasında hazırda Ermitajda araşdırmalara başlanılıb. Sərgi ötən il noyabrın 25-də başlayıb və bu il martın 14-dək davam edəcək.

22
Teqlər:
saxtakarlıq, Ermitaj, muzey

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

0
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0