Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

O gün yetişir! Rusiyada ilk koronavirus peyvəndi qeydiyyatdan keçəcək

© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File PhotoВакцина от коронавируса, фото из архива
Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə nazirinin müavini qeyd edib ki, əhalidə immunitet formalaşanda mütəxəssislər bu preparatın effektivliyini qiymətləndirə biləcəklər.

BAKI, 7 avqust — Sputnik. Rusiyada koronavirusa qarşı peyvəndin qeydiyyatı avqustun 12-də baş tutacaq və bu preparat peyvəndləmənin ilkin mərhələsində birinci olaraq tibb işçilərinə və yaşlı sakinlərə veriləcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirinin müavini Oleq Qridnev bildirib.

"Qamaleya Mərkəzində hazırlanmış peyvəndin qeydiyyatı avqustun 12-də baş tutacaq. Hazırda son, üçüncü mərhələ gedir. Onun sınaqları çox vacibdir. Vaksinin təhlükəsiz olmasının zəruriliyini başa düşməliyik. Birinci olaraq tibb işçiləri və yaşlı insanlar peyvənd olunacaq", — Qridnev Ufa şəhərində onkologiya mərkəzinin korpusunun açılışı zamanı jurnalistlərə deyib.

O qeyd edib ki, əhalidə immunitet formalaşanda mütəxəssislər bu preparatın effektivliyini qiymətləndirə biləcəklər.

Koronavirus peyvəndinin hazırlanması

Bir qədər əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko ölkədə kütləvi peyvəndləmənin başlanmasını oktyabra planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, bütün xərclər dövlət büdcəsindən ödəniləcək.

Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış peyvəndin klinik sınaqları iyunun 18-də Seçenov Universitetində başlayıb.

Медик показывает лекарство от COVİD-19, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Vəssalam! Koronavirusun dərmanına patent aldılar

38 könüllünün iştirakı ilə tədqiqat zamanı onun təhlükəsizliyi təsdiqlənib. Bildirilib ki, sınağın bütün iştirakçılarında infeksiyaya qarşı immunitet formalaşıb.

Mərkəzin direktoru Aleksandr Gintsburq bildirib ki, koronavirus peyvəndi hər kəsə uyğun olmayacaq. Onun sözlərinə görə, istənilən preparat kəskinləşməyə səbəb ola bilər, buna görə də xroniki xəstəlikləri olan insanlar mütəxəssislərlə məsləhətləşməlidir.

"Vektor" mərkəzi də öz preparatını hazırlayır. Müəssisənin Baş direktoru Rinat Maksyutov bir qədər əvvəl deyib ki, vaksinin istehsala buraxılması noyabra planlaşdırılır.

Xəbər lenti
0