Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada bir gündə 119 nəfər koronavirusdan öldü

2
(Yenilənib 13:41 07.08.2020)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 7 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5241 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 119 nəfər ölüb.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 877135-ə çatıb. Rusiyada pandemiya yayılandan 14725 nəfər COVID-19-dan vəfat edib. Ümumilikdə Rusiyada bu virusdan sağalanların sayı 683592-yə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 19 milyonu keçib, 714 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

2
Mövzu:
Dünyanı cənginə almış bəla (478)
Azimut aviaşirkətinin təyyarəsi, arxiv şəkli

Rusiya daha dörd ölkə ilə hava əlaqəsini bərpa edəcək

26
(Yenilənib 23:34 18.09.2020)
Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

BAKI, 18 sentyabr — Sputnik. Rusiya sentyabrın 21-dən etibarən daha 4 ölkə ilə hava nəqliyyatını bərpa edəcək.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabineti yanında Koronavirusun yayılmasına qarşı mübarizə üzrə Operativ Qərargah məlumat yayıb.

Məlumata əsasən Rusiya sentyabrın 21-dən Qazaxıstan, Qırğızıstan və Belarus, sentyabrın 27-dən isə Cənubi Koreya ilə hava nəqliyyatını bərpa edəcək.

Rusiya koronavirus pandemiyasına görə martın 18-dən hava sərhədini bağlamışdı. Avqustun 1-dən etibarən isə bir sıra ölkələrlə hava nəqliyyatını bərpa edib. Həmin ölkələr sırasında Türkiyə, Böyük Britaniya və Tanzaniya da yer alıb.

Qərargah bəyan edib ki, uçuşların dövriliyi həftədə bir dəfə olmaqla həyata keçiriləcək.

26
Teqlər:
Rusiya, təyyarə, Cənubi Koreya, Belarus, Qırğızıstan, Qazaxıstan
Stolun üstündə noutbuk, arxiv şəkli

Xəbər saytlarını necə oxutmaq olar?! - "SputnikPro" bunu izah edib

101
(Yenilənib 20:06 18.09.2020)
Layihənin iyirminci yubiley vebinarı xəbər saytlarının axtarış trafikinin yaxşılaşdırılmasına, SEO redaktorlarının və texniki mütəxəssislərin nəyi bilməli olduğuna həsr olunub.

BAKI, 18 sentyabr — Sputnik. Bütün redaksiyalar materiallarının məzmununa və keyfiyyətinə çox vaxt ayırır, lakin bu, aysberqin yalnız bir hissəsidir. İstənilən hər hansı bir materialın istifadəçisi də olmalıdır. Və materialın istifadəçiyə tez çatması arzu olunandır. Bu barədə "SputnikPro" maariflənmə layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 18-də sayca iyirminci yubiley "Xəbər Saytının Redaksiya SEO Optimallaşdırılması" adlı vebinarda "Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski spiker kimi çıxış edib.

Руководитель Центра интернет-технологий МИА Россия сегодня Алексей Филипповский
© Sputnik / Murad Orujov
"Rossiya Seqodnya" media qrupunun i̇nternet texnologiyaları mərkəzinin rəhbəri Aleksey Filippovski

Aleksey karyerasına Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətində (VQTRK) başlayıb: "Vesti" televiziya proqramının beynəlxalq şöbəsinin redaktoru, sonra isə rəisi olub. O, 2016-cı ildən "Rossiya Seqodnya" media qrupunda işləyir, əvvəlcə Runetdə bir nömrəli xəbər resursu olan (gündə təxminən 4,5 milyon unikal ziyarətçi) Ria.ru saytının SMM istiqamətinə nəzarət edib, sonra isə onun istehsal komandasına rəhbərlik edib. 2018-ci ildə Alekseyin rəhbərliyi altında sayt yenidən işə salınıb: indi bu resurs özü ziyarətçiyə uyğunlaşır və müxtəlif süjetləri eyni zamanda izləməyə imkan verir. Aleksey Filippovski Moskva Dövlət Universitetinin tələbələri üçün "Rəqəmsal Jurnalistika" kursunun mühazirələrini də oxuyur.

Filippovski vebinarda məqalələrin axtarışa necə daha tez düşməsi və axtarış trafikinin çox olması üçün məqalələri necə yazmaq, redaktorların və texniki mütəxəssislərin SEO haqqında nəyi xatırlamalı olduğu haqqında danışıb.

Ekspertin sözlərinə görə, məsələn, "Google"a düşmək üçün aşağıdakı addımlar atılmalıdır:

1. Saytı "Google News"a əlavə etmək ("Google"a yeni materialınız olduğu haqqında məlumat verirsiniz və o da materialı emal edir);

2. Texniki tələblərə cavab vermək (fotoşəkil, başlıqlar və s. üzrə tələblər);

3. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın (jurnalistlər istifadəçini aldatmağa yönəlmiş başlıqlar yazmağa meyllidirlər, lakin başlıq nə qədər mürəkkəbdirsə, robot üçün onu xüsusi bir hadisəyə aid etmək o qədər çətin olur);

4. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

5. Xəbəri sayta operativ çıxarmaq (kim xəbəri daha sürətli dərc etsə, onun daha yüksək reytinqi olacaq).

Məqsəd "Yandex"ə düşməkdirsə, Aleksey Filippovski aşağıdakıları tövsiyə edir:

1. Materialı "Yandex.Novosti"yə göndərmək (texniki tələblərə uyğun materialların RSS-ni hazırlamaq) - məlumatı digərlərindən tez vermək lazımdır;

2. Başlıqları sadələşdirmək və spesifik sözlərdən istifadə etməmək ki, axtarış sistemi xəbərin hansı hadisəyə aid olduğunu tez bir zamanda anlasın;

3. Sitat səviyyəsinin yüksək olması – bunun üçün tez-tez eksklüzivlər dərc edilməlidir;

4. Xəbəri sayta operativ çıxarmaq.

Mütəxəssis yeni xəbərləri ana səhifəyə çıxarmağı (axtarış botu əsas səhifədən başlayaraq sayta daxil olur, keçidlər nə qədər az olsa səhifələr o qədər tez axtarışa düşəcək), əlavə bölmələri, teqləri yaratmağı (xəbərləri və aktual materialları indeksləşdirən axtarış botu məhz belə səhifələrə tez-tez baş çəkir və bu məqalələrin axtarışa daha tez düşməsinə kömək edir) məsləhət görür.

Məqalələr üçün teqləri düzgün seçmək vacibdir: məna baxımından oxşar çox sayda teq qoymamaq və qeyri-populyar axtarışlar altında teq yaratmamaq, bota hələ indeksləşdirilməmiş səhifələri (məsələn, "Tövsiyə olunan" və ya "Mövzu üzrə materiallar" bloklarında) göstərmək.

Ekspert həmçinin saytda səhifələrin yüklənməsini sürətləndirməyi, səhvləri təmizləməyi və yaxşı keyfiyyətdə fotoşəkil yerləşdirməyi tövsiyə edib.

"SputnikPro" jurnalistlər, ali təhsil müəssisələrinin tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media qurumlarının mütəxəssisləri üçün Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosu tərəfindən hazırlanmış layihədir və xarici həmkarlarla təcrübə mübadiləsi, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafı məqsədini daşıyır. Layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib.

"SputnikPro"un əyani seminarları Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə, Estoniya kimi ölkələrdə keçirilib. Pandemiyanın başlaması ilə layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən iştirakçılar üçün açıq olan "SputnikPro"nun onlayn mövsümünə start verib. Mütəxəssislər vebinar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur və bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

Layihə ilə bağlı daha ətraflı "Facebook" səhifəsində öyrənə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

101
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Federasiya Şurasını toplayır

0
(Yenilənib 18:09 19.09.2020)
Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

BAKI, 19 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin sentyabrın 23-ü Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Federasiya Şurasının reqlament komitəsinin rəhbəri Vyaçeslav Timçenko bildirib:

"Prezident sentyabrın 23-ü Kremldə Federasiya Şurasının tam heyəti ilə görüş keçirəcək."

Daha əvvəl xəbər verilirdi ki, həftənin sonuna qədər (sentyabrın 20-dək) Putin BMT Baş Assambleyasının sessiyası üçün çıxışını yazacaq.

0
Teqlər:
Kreml, Rusiya, Federasiya Şurası, Rusiya prezidenti Vladimir Putin, Vladimir Putin