Rusiya FTX-nın əməkdaşı

Rusiyada növbəti əməliyyat - Terror aktının qarşısı alınıb

5
(Yenilənib 11:30 07.08.2020)
Hadisə yerində silah, yaraqlılar və partlayıcı qurğular tapılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar arasında xəsarət alan yoxdur.

BAKI, 7 avqust — Sputnik. Rusiyada hüquq mühafizə orqanları terror aktı planlaşdırılan iki yaraqlını məhv edib. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, anti-terror əməliyyatı İnquşetiya Respublikasında keçirilib.

Türk əsgərləri Afrin bölgəsində
© REUTERS / Khalil Ashawi

Əməliyyat zamanı daha bir nəfər isə saxlanılıb.

Ötən gün hüquq mühafizə orqanlarına yaraqlıların Nazran şəhərində və Maqlobek rayonunun Saqopşi kəndində şəxsi evlərdən birində gizlənikləri barədə məlumat daxil olub. Güc strukturları bu evlərə bitişik evləri də mühasirəyə alıb. Yaraqlılara silahı yerə qoymaq və hökumətə təslim olmaq təklif olunub.

"Buna cavab olaraq onlar hüquq mühafizə orqanları əməkdaşları atəş açıblar. Qısa atışma zamanı iki cinayətkar zərərsizləşdirilib, bir nəfər saxlanılıb", - deyə Rusiya Anti-Terror Komitəsinin yaydığı məlumatda bildirilir.

Hadisə yerində silah, yaraqlılar və partlayıcı qurğular tapılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları və vətəndaşlar arasında xəsarət alan yoxdur.

5
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə

Paşinyan Putinə niyə “yox” demişdi: erməni nazirin versiyası

25
Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb

BAKI, 29 noyabr - Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə oktyabrda, Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanmasından əvvəlki  telefon danışığının detallarını açılayıb.

Sputnik Azərbaycan bildirir ki, Paşinyan Putinlə “baş tutmayan” sövdələşmənin özünə məxsus versiyasını Facebook-da yazıb.

O qeyd edib ki, oktyabrın 19-da Qarabağdakı separatçıların rəhbəri Araik Arutyunyan zəng edərək müharibənin dayandırılmasının vaciblyini vurğulayıb. Bundan sonra Paşinyan Putinə zəng edib. O isə öz növbəsində bunun Rusiyanın təklifləri əsasında gerçəkləşdiriməsini təklif edib.

“Yəni status məsələsini bir tərəfə qoymaq, rayonları Azərbaycana qaytarmaq, rusiyalı sülhməramlıları yerləşdirmək. Mən dedim ki, sülhməramlıları Dağlıq Qarabağın əvvəlki “sərhədləri” və Laçın dəhlizi boyunca yerləşdirmək lazımdır. O razı oldu, danışdıq ki, məsləhətləşmədən sonra mən bir də zəng edəcəm”, - Paşinyan yazıb.

Onun sözlərinə görə, sabahı gün Putin ona yenidən zəng edib və Azərbaycan Prezidenti İlham Əliyevin müharibəni dayandırmağa razı olduğunu, ancaq sülhməramlıların Dağlıq Qarabağın “sərhədləri” boyu yox, mövcud təmas xətti boyu yerləşdirilməsini tələb edib, çünki Bakı Hadrut və Talışdan geri çəkilməyəcəyini bəyan edib.

“Erməni tərəfi azərbaycanlıların Şuşaya qaytarılması məsuliyyətini də boynuna götürməliydi. Beləliklə, sülh alınmadı, çünki mən dedim ki, Hadrut məsələsində razılaşsam da, Şuşanın Azərbaycana təhvil verilməsini mümkün hesab eləmirəm”, - yazan erməni nazir qeyd edib ki, Putin bu qərara təəccüblənib.

“Mən öz fikirlərimi deyəndə Putin dedi ki, bu, məntiqlidir və bəzi detallardan xəbərsizdir”, - Paşinyan yazıb. Onun fikrincə, Yerevan Şuşanı təhvil versəymiş, Bakı yeni şərt – Qırmızı Bazar – Şuşa yolunu nəzarətə götürməyi – irəli sürəcəkmiş.

Bir qədər öncə Rusiya Prezidenti bildirmişdi ki, oktyabrda danışıqlar zamanı Əliyevi məcburi köçkünləri Şuşaya qaytarmaq şərtilə Dağlıq Qarabağda müharibəni dayandırmağa razı sala bilib, ancaq Paşinyan bunun əleyhinə çıxıb. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu şərtin onun ölkəsinə və Qarabağa təhlükə olduğunu deyib. Putin ermənilərin niyə bunda təhlükə gördüyünü anlamadığını deyib və beləliklə danışıqlar iflasa uğrayıb.

25
Teqlər:
telefon danışığı, Vladimir Putin, Nikol Paşinyan, Ermənistan, Rusiya, Azərbaycan, Qarabağ
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Emiliya Həmidova, arxiv şəkli

Avropanın ən gözəl qızı azərbaycanlı seçildi

75
(Yenilənib 19:58 29.11.2020)
Qalibləri sms səsvermə və münsiflər heyətinin qiymətləndirilməsi ilə seçiblər. Mükafatlandırma mərasimi Vegas City Hall-da keçirilib, ötən illərin iştirakçıları da mərasimə qatılıblar

BAKI, 29 noyabr – Sputnik, Kəmalə Əliyeva. Azərbaycanlı model Emiliya Həmidova beynəlxalq Miss Universe-2020 (“Miss Kainat”) gözəllik yarışının qaliblərindən olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, Moskvada keçirilən müsabiqədə Həmidova “Miss Avropa” seçilib.  

Layihədə müxtəlif ölkələrdən qızlar iştirak ediblər. Qalibləri sms səsvermə və münsiflər heyətinin qiymətləndirilməsi ilə seçiblər. Mükafatlandırma mərasimi Vegas City Hall-da keçirilib, ötən illərin iştirakçıları da mərasimə qatılıblar.

Həmidova Bakıda doğulub-böyüyüb. Kiçik yaşlarından özü pul qazanmaq həvəsində olub və buna nail olub. 14 yaşından etibarən Həmidova model biznesində işləməyə başlayıb, bir çox layihələrdə iştirak edib. O, Moskva Dövlət Mədəniyyət İnstitutunun aktyorluq fakültəsinin dördüncü kursunda təhsil alır. Model biznesində fəaliyyəti ilə yanaşı, həmçinin Rusiya serial və filmlərində də çəkilir.

75
Teqlər:
Emiliya Həmidova, gözəl, münsif, sms, Moskva, Miss Avropa, Miss Universe, azərbaycanlı, model
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

0
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

0
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona