Tibb işçidi dərman göstərir, arxiv şəkli

Vəssalam! Koronavirusun dərmanına patent aldılar

961
(Yenilənib 23:40 06.08.2020)
Dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər

BAKI, 6 avqust — Sputnik. Rusiya Federal Tibbi-Bioloji Agentliyi (FTBA) koronavirusu dəf etməyə və ya fəsadlarını aradan qaldırmağa kömək edən dərmana patent alıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, dərmanın adı “Leytragin”dir (Лейтрагин).

"Rusiya FTBA COVID-19-a qarşı preparatı patentləşdirdi. Bu praktik tibbə daxil olan, delta-opioid reseptorlarının dünyada ilk və hələlik yeganə aqonistidir", - agentliyin məlumatında deyilir. 

FTBA-nın biotibbi texnologiyalar elmi mərkəzinin alimləri müəyyən ediblər ki, ilkin adı "dalargin" olan dərman toxumaların sağalması və regenerasiyası proseslərində aktiv iştirak edir. Bundan başqa, bu sinfə daxil olan maddə immun cavabının təşkilində də aktiv rol oynayaraq koronavirus infeksiyası olan xəstədə ağır respirator və ümumi sistem pozulmalarına gətirib çıxaran "sitokin hücumunun" - iltihab yaradan maddələrin təsiri azalda, yaxud da onu dəf edə bilir. 

Qeyd edək ki, dünyanın bir çox ölkəsində koronavirusun müalicəsində bir sıra dərmanlar sınaqdan keçirilsə də, əksər əczaçılıq şirkətləri və elmi-tibbi qurumlar diqqətlərini vaksinin hazırlanmasına yönəldiblər. Məsələn, avqustun 2-də Rusiyanın “Vektor” dövlət elmi mərkəzi koronavirus əleyhinə peyvəndin noyabrda istehsalını planlaşdırdığını bəyan edib. Mərkəzin rəhbəri Rinat Maksyutov “Rossiya-1” telekanalına müsahibəsində deyib ki, ilin sonuna, gələn ilin əvvəlinə, ən azı, risk qrupundan olunanların vaksinasiya olunmasından, sonra isə kütləvi peyvənddən danışmaq olar.
Avqustun 1-də Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, rusiyalılar üçün koronavirus əleyhinə vaksin pulsuz olacaq.

961
Teqlər:
Rusiya, dərman, dünya, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla (482)
Əlaqədar
Cihazlar, geyim, dərman, qida... - Hər şey onların təminatından başlayır
Dövlət hesabına dərman alan xəstələr saatlarla xəstəxana qarşısında gözləyirlər - Deputat
COVID-19-dan sağalanlara iki vitamin məsləhət gördülər
Koronavirusu spreylə dayandıracaqlar
Koronavirusla mübarizədə yeni preparat tapıldı – 90 faiz effektivlik göstərib
Ev şəraitində müalicə alanlar, tövsiyəyə əməl edin
Vladimir Putin və Emmanuel Makron

Makron Putinə zəng edib: Qarabağda gedən hərbi əməliyyatlar pislənib

26
(Yenilənib 01:57 01.10.2020)
Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər.

BAKI, 1 oktyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Sputnik Azərbaycan Kremlin mətbuat xidmətinə istinadla xəbər verir ki, söhbət zamanı dövlət başçıları Dağlıq Qarabağda, həmçinin Belarus Respublikasında yaranan son vəziyyəti müzakirə ediblər.

Telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub. Hər iki prezident Dağlıq Qarabağ münaqişə bölgəsində vəziyyətin kəskin hal almasını pisləyiblər. Onlar davam edən hərbi əməliyyatlardan narahatlıq keçirdiklərini ifadə ediblər.

26
Teqlər:
hərbi əməliyyatlar, Dağlıq Qarabağ bölgəsi, Dağlıq Qarabağ problemi, Dağlıq Qarabağ, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron
Ceyhun Bayramov və Sergey Lavrov, arxiv şəkli

Ceyhun Bayramovla Sergey Lavrov danışdılar

43
(Yenilənib 23:57 30.09.2020)
Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib.

BAKI, 30 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Sputnik Azərbaycan-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bu gün baş tutan telefon söhbətində Rusiya Xarici İşlər naziri Sergey Lavrov bölgədə baş verən gərginlik ilə bağlı narahatlığını ifadə edib və atəşkəsə nail olunmasının vacibliyini bildirib. O, gərginliyin aradan qaldırılması üçün Rusiyanın həm milli qismdə, həm də Minsk Qrupunun digər həmsədr ölkələri ilə birgə vasitəçilik səylərini təklif edib.

Nazir Ceyhun Bayramov, öz növbəsində bölgədə baş verən gərginliyin əsas səbəbkarının Ermənistan tərəfi olduğunu qeyd edib. Nazir, cari ilin 27 sentyabr tarixindən etibarən Azərbaycan Ordusunun təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə qarşı yeni təcavüz aktına cavab olaraq özünü müdafiə hüququ çərçivəsində və mülki əhalini müdafiə etmək məqsədilə əks-həmlələr həyata keçirdiyini vurğulayıb.

Nazir Ceyhun Bayramov Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin beynəlxalq hüququn fundamental norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğunu və Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırıb.

43
Teqlər:
Ceyhun Bayramov, Azərbaycan xarici işlər nazirliyi, Rusiya xarici işlər naziri Sergey Lavrov