Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin: vəziyyət sabitləşir, amma qərarı ehtiyatla verməliyik

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент РФ Владимир Путин на церемонии открытия Ржевского мемориала Советскому солдату, фото из архива
Президент РФ Владимир Путин на церемонии открытия Ржевского мемориала Советскому солдату, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Putin vurğulayıb ki, hələlik Rusiyanın bütün regionlarında COVID-19-un yeni yoluxmaların azalmasına dair davamlılığa nail olunmayıb

BAKI, 29 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ölkədə epidemioloji vəziyyətə dair iclas zamanı bildirib ki, koronavirusla bağlı vəziyyət sakitləşir. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Putin eyni zamanda qeyd edib ki, vəziyyət hələ də istənilən istiqamətdə dəyişə bilər. O, vurğulayıb ki, hələlik Rusiyanın bütün regionlarında COVID-19-un yeni yoluxmaların azalmasına dair davamlılığa nail olunmayıb, lakin ümumilikdə ölkədə vəziyyət sabitləşib.

Prezident pandemiya fonunda Səhiyyə Nazirliyinin gücünü saxlamağa və inkişaf etdirməyə çağırıb.

O, qeyd edib ki, xəstələrin sayında təkrar artımın qarşısını almaq üçün koronavirusla bağlı məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı qərarla ehtiyatla verilməlidir.

Xəbər lenti
0