Rusiyada təcili yardım avtomobilində tibb işçisi, arxiv şəkli

Koronavirus qurban tələb edir! Rusiya bir gündə 169 nəfəri itirdi

5
(Yenilənib 12:49 29.07.2020)
Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb.

BAKI, 29 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 5475 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 169 nəfər ölüb.

Koronavirus vaksini, arxiv şəkli
© REUTERS / REUTERS / Dado Ruvic / Illustration / File Photo

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 828990-a çatıb. Rusiyada pandemiya yayılandan 13673 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8116 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 620330-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,7 milyonu keçib, 660 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

5
Mövzu:
Dünyanı cənginə almış bəla (482)

Rusiya XİN-i Qarabağ münaqişəsi ilə bağlı çağırış etdi

44
"Həm xarici, həm də daxili olmaqla bütün oyunçuları həmçinin ritorika baxımından maksimum təmkin göstərməyə çağırırıq", - Rudenko jurnalistlərə deyib.

BAKI, 28 sentyabr — Sputnik. Rusiya hamını Qarabağdakı münaqişə ətrafında ritorikada diqqətli olmağa çağırır.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

"Həm xarici, həm də daxili olmaqla bütün oyunçuları həmçinin ritorika baxımından maksimum təmkin göstərməyə çağırırıq. Dərhal atəşkəsə nail olmaq və danışıqlar masasına qayıtmaq üçün indi mümkün qədər səliqəli və diqqətli olmaq vacibdir", - Rudenko jurnalistlərə deyib.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

44
Глава Администрации президента РФ Сергей Нарышкин

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Ermənistan-Azərbaycan münaqişəsindən danışdı

52
"Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – Narışkin bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası təəssüf doğurur, bunu yalnız siyasi-diplomatik yolla həll etmək olar.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin Direktoru Sergey Narışkin bazar ertəsi jurnalistlərə verdiyi açıqlamada deyib.

"Ermənistan və Azərbaycan arasında münaqişənin eskalasiyası şübhəsiz ki, təəssüf doğurur. Təəssüflər olsun ki, qurbanlar var, tərəflər ağır silahlar da tətbiq edirlər. Biz görürük ki, bu məsələni yalnız siyasi-diplomatik metodlardan istifadə yolu ilə həll etmək mümkündür və Rusiya hər şəkildə sülhə nail olmağa çalışacaq", – o bildirib.

52

MN: "Ermənistan ordusu ərzaq qıtlığı dərman ləvazimatları çatışmazlığı ilə üzləşib"

0
Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir", - nazirlik sözçüsü vurğulayıb.

BAKI, 28 sentyabr — Sputnik. "Aparılan ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda, dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə etmişik".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

"Dərman və tibbi ləvazimat çatışmazlığı düşmənin döyüşlərdə verdiyi çoxsaylı itkilərlə əlaqədardır.

Yaralılar və meyitlərin təxliyyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir", - nazirlik sözçüsü vurğulayıb.

0