Şimal axını-2 qaz kəmərinin tikintisi, arxiv şəkli

ABŞ Rusiya layihəsinin tərəfdarlarını qorxutdu

14
(Yenilənib 19:47 28.07.2020)
Diplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıbDiplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıb

BAKI, 28 iyul — Sputnik. Birləşmiş Ştatlar rəhbərliyi Avropada "Şimal Axını-2"nin tərəfdarlarını qorxudaraq, bəyan edib ki, Rusiya bu layihənin köməkliyi ilə Avropanın qazdan asılılığını gücləndirəcək və bundan istifadə edəcək. Sputnik Azərbaycan "Deutsche Welle"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Almaniyadakı səfirliyinin nümayəndəsi bildirib.

Diplomat şirkətləri layihənin tikintisində iştirak etməkdən çəkinməyə çağırıb. Onun sözlərinə görə, hələ ki ABŞ "Şimal axını-2"yə qarşı yeni sanksiyalar tətbiq etmir, lakin layihədə iştirak etmək şirkətlər üçün müəyyən risklər anlamına gəlir.

Xatırladaq ki, rəsmi Vaşinqton "Şimal axını-2" qaz boru kəmərinə qarşı yeni maneələr törədəcəyi təqdirdə Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacağını bildirmişdi. 1220 kilometr uzunluğundakı "Şimal axını-2" qaz boru kəməri Baltik dənizindən keçməklə Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etmək gücünə malik olacaq. Rusiyanın enerji nəhəngi "Qazprom" bəyan edib ki, "Şimal axını-2" layihəsi 2020-ci ilin sonunadək başa çatdırılacaq.

14
Əlaqədar
Qaz və İsrail: Avropa Rusiyanın daha bir əvəzedicisini necə tapdı?!
Avropa və Amerika Rusiyadan ötrü döyüşə girir
Merkel əsəbləşdi - ABŞ-ın sanksiyaları hüquqa ziddir
Senat Rusiyanı qıcıqlandıran addımını atdı: sanksiyaları layihəyə saldı
Tramp ABŞ-ı NATO-dan çıxarmaq istəyib - "Şimal Axını-2"-yə görə
Türkiyə bayrağı

Rəsmi Moskva Türkiyənin Qarabağ danışıqlarında iştirakı barədə

34
(Yenilənib 18:42 27.10.2020)
"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir"

BAKI, 27 oktyabr — Sputnik. Türkiyənin Dağlıq Qarabağ üzrə danışıqlarda iştirak etməsi məsələsində yalnız qarşı-qarşıya gələn tərəflərin – Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu məsələdə yalnız qarşı-qarşıya gələn tərəflərin – yəni Azərbaycan və Ermənistanın mövqeyi önəmlidir. Çünki yalnız bu ölkələr bu və ya digər ölkənin nizamlanma prosesində iştirakına razılıq verə və ya onların iştirakını istəyə bilər", - deyə Peskov jurnalistin "Kremldə Türkiyənin Ermənistan-Azərbaycan danışıqlarının növbəti raunduna cəlb edilməli olduğunu düşünürlərmi?" sualına cavab olaraq bildirib.

 

34
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Ceyhun Bayramov: "Azərbaycanın səfərbərlik potensialı kifayət edir"
Prezidentin köməkçisi: "İran, Rusiya və Türkiyənin iştirakı ilə Minsk qrupuna paralel..."
İlham Əliyev: "İşğalçı siyasətdən imtina etsələr, barışıq mümkündür"
İranın xüsusi elçisi Qarabağa görə Bakı, Moskva, Yerevan və Ankaraya səfər edəcək
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu, arxiv şəkli

Sergey Şoyqu: "İttifaq dövlətinin NATO ölkələri ilə sərhədindəki vəziyyət qeyri-stabildir"

48
RF Müdafiə nazirinin sözlərinə görə, Şimali Atlantika İttifaqı hərbi infrastrukturunu təkmilləşdirir və İttifaq dövlətinin sərhədləri yaxınlığında maddi-texniki vasitələr, silah, hərbi texnika ehtiyatı yığır.

BAKI, 27 oktyabr — Sputnik. İttifaq dövlətinin NATO ölkələri ilə sərhədindəki vəziyyət qeyri-stabil olaraq olaraq qalır və təhlükəsizliyinin təmin edilməsi Rusiya Müdafiə Nazirliyinin prioritet məsələsidir. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu Rusiya və Belarusun müdafiə nazirliklərinin birgə kollegiya iclasında deyib.

"Bölgədəki mövcud hərbi-siyasi vəziyyət, habelə beynəlxalq terrorizmdən irəli gələn yeni çağırışlar və təhdidlər kontekstində Rusiya Müdafiə Nazirliyi İttifaq Dövlətinin hərbi təhlükəsizliyini təmin etməyi özünün prioritet vəzifələrindən biri hesab edir ", – deyə videogörüş formatında təbirə qatılan Şoyqu bildirib.

Müdafiə nazirinin sözlərinə görə, Şimali Atlantika İttifaqı hərbi infrastrukturunu təkmilləşdirir və İttifaq dövlətinin sərhədləri yaxınlığında maddi-texniki vasitələr, silah, hərbi texnika ehtiyatı yığır. Şoyqu onu da qeyd edib ki, hazırda ABŞ-ın raketdən müdafiə seqmenti möhkəmləndirilir.

Nazir pandemiyaya baxmayaraq, NATO-nun hərbi təlimlərinin intensivliyinin azalmadığını da qeyd edib.

48
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi

XİN: Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil

0
"Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır"

BAKI, 27 oktyabr - Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonunun atəşə tutulması barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, məlumatda bildirilir ki, 27 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

“Bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir. İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq”, - deyə məlumatda qeyd olunub.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Hikmət Hacıyev: "Bərdəyə "Smerç"dən kasetli bomba atılıb"
Bərdədə erməni təxribatından ölənlərdən biri 7 yaşlı uşaqdır
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində ölənlərin sayı artdı
Bərdə atəşə tutuldu, ölənlər var - YENİLƏNİB - FOTO
Atəşkəs Tərtərə dinclik gətirmədi: Rayon dağıntılar içində qalıb – VİDEO