Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada bir gündə yüzdən çox adam koronavirusdan öldü

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidВрач скорой медицинской помощи возле больницы для пациентов с подозрением на коронавирус в Коммунарке.
Врач скорой медицинской помощи возле больницы для пациентов с подозрением на коронавирус в Коммунарке. - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

BAKI, 28 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 5395 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 150 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 823515-ə çatıb. Rusiyada pandemiya yayılandan 13504 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8888 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 612217-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 16,4 milyonu keçib, 654 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0