Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada partlayış törətmək istəyən terrorçunu öldürdülər, qardaşı xəbərləyib - VİDEO

© Photo : Federal Security Service of Russian Federation / Mediabanka keçidСотрудники ФСБ РФ, фото из архива
Сотрудники ФСБ РФ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, Ximki şəhərində atılmış qarajlardan birində aşkarlanıb. Terrorçu hüquq mühafizə orqanları əməkdaşlarına atəş açıb, cavab atəşi ilə zərərsizləşdirilib

BAKI, 27 iyul — Sputnik. Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə Moskvada terror aktı planlaşdıran terror təşkilatının fəaliyyətini dayandırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.

"Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Daxili İşlər Nazirliyi və İstintaq Komitəsi ilə birgə Moskvada insanların çox olduğu yerlərdən birində terror aktı törətməyi planlaşdıran terrorçunun fəaliyyətinin qarşısını alıb", - deyə məlumatda qeyd olunub.

Terrorçunun özü saxlanılma zamanı məhv edilib. O, Ximki şəhərində atılmış qarajlardan birində aşkarlanıb. Terrorçu hüquq mühafizə orqanları əməkdaşlarına atəş açıb, cavab atəşi ilə zərərsizləşdirilib.

Hadisə yerinə baxış zamanı AKS-74U avtomatı, üç dolu maqazin, iki F-1 qumbarası və bir ədəd RQD qumbarası aşkarlanıb.

Məhv edilmiş terrorçunun qardaşı bildirib ki, onun Suriyada olan terror təşkilatı ilə əlaqələri olmasından şübhələnib. İki həftə əvvəl qardaşı itkin düşəndə isə dərhal bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Xəbər lenti
0