Aİ və G7 ölkələrinin bayraqları, arxiv şəkli

Almaniya Rusiyanın "Böyük Yeddiliy"ə qaytarılmasına qarşı çıxdı

1276
(Yenilənib 13:41 27.07.2020)
Maas ABŞ Prezidenti Donald Trampın G7-yə dörd ölkəni – Rusiya, Hindistan, Koreya Respublikası və Avstraliyanı dəvət etmək fikri ilə razılaşmayıb

BAKI, 27 iyul — Sputnik. Almaniya Rusiyanın "Böyük Yeddilik" formatına qaytarılmasının əleyhinədir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Hayko Maas "Rheinische Post" nəşrinə müsahibəsində bildirib.

Diplomat vurğulayıb ki, Moskvanın qurumdan çıxarılmasına səbəb Rusiyanın Krımı ilhaq etməsi, həmçinin Ukraynadakı vəziyyətdir.

"Hələlik bu məsələ öz həllini tapmayıb, mən Rusiyanın dəvət olunması üçün imkan görmürəm", - deyə Maas qeyd edib.

XİN rəhbəri, həmçinin ABŞ Prezidenti Donald Trampın G7-yə dörd ölkəni – Rusiya, Hindistan, Koreya Respublikası və Avstraliyanı dəvət etmək fikri ilə razılaşmayıb. Maas qeyd edib ki, Berlini qane edən format məhz 7 və 20 ölkədən ibarət olan formatdır.

1276
 Türkiyə sülhməqamlıları, arxiv şəkli

Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair anlaşma imzalandı

26
(Yenilənib 12:11 01.12.2020)
"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir"

BAKI, 1 dekabr — Sputnik. Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılmasına dair texniki detallarla bağlı müzakirələr başa çatıb və tərəflər arasında anlaşma imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib.

"Türkiyə-Rusiya Ortaq Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa zamanda fəaliyyətə başlaması üçün lazımi işlər gedir", - deyə məlumatda qeyd olunub.

Həmçinin qeyd olunur ki, noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu Azərbaycan və Ermənistan arasında atəşkəsi müşahidə etmək və nəzarət üçün video konfrans formatında anlaşma memorandumu imzalayıb.

26
Teqlər:
anlaşma, Rusiya, Türkiyə, Qarabağ

Sülhməramlı kontingent üçün növbəti maddi-texniki təminat vasitələri gətirilib - VİDEO

19
(Yenilənib 21:01 30.11.2020)
Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı kontingenti üçün noyabrın 30-da növbəti maddi-texniki təminat vasitələri ölkəmizə gətirilib.
Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, dəmir yolu ilə gətirilən yük müəyyən olunmuş marşrut üzrə təyinat məntəqəsinə çatdırılıb

19
Teqlər:
dəmiryolu, Rusiya, Azərbaycan, sülhməramlılar
Rusiya sülhməramlıları Laçında, arxiv şəkli

Prezident Laçın dəhlizi ilə bağlı maraqlı təfərrüatları açıqlayıb

0
"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır".

BAKI, 1 dekabr — Sputnik. Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Noyabrın 10-da imzalanmış birgə Bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib. Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib.

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində üçtərəfli Bəyanatla bağlı bəzi təfərrüatlardan danışarkən bildirib.

"Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur. Ona görə mən bunu tamamilə qəbuledilməz təklif kimi hesab etdim və öz fikrimi bildirdim. Ondan sonra ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulurdu. Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. Beş kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir", - deyə dövlətimizin başçısı bildirib.

Prezident qeyd edib ki, 30 ilə yaxın aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunurdu: "Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bunun nəticəsində Laçın rayonunda çox ciddi məskunlaşma siyasəti aparılırdı. Orada minlərlə, bəzi məlumatlara görə, bəlkə də 10 minə yaxın insan yaşayırdı. Belə bir fikir həmişə var idi ki, Laçın rayonu hansısa formada Ermənistana qalmalıdır".

0
Teqlər:
Prezident İlham Əliyev, xalqa müraciət, dəhliz, Laçının azad olunması