Koronavirus vaksini, arxiv şəkli

Az qaldı - Rusiya virus əleyhinə daha bir vaksinin sınaqlarına başlayır

27
Peyvənd, Rusiyada istehsal edilən ilk inaktiv edilmiş polimelit peyvəndinə yaxın bir texnologiya ilə hazırlanıb.

BAKI, 25 iyul — Sputnik. Rusiya Elmlər Akademiyası M.P. Çumakov adına İmmunobioloji Hazırlıqların Tədqiqatı və İnkişafı üzrə Federal Tədqiqat Mərkəzi koronavirusa qarşı bir peyvəndin preklinik sınaqlarını başa çatdırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun klinik sınaqları 2020-ci ilin avqustunda başlayacaq. Bu barədə mərkəzin baş direktoru Aydar İşmuxametov məlumat verib.

Peyvənd, Rusiyada istehsal edilən ilk inaktiv edilmiş polimelit peyvəndinə yaxın bir texnologiya ilə hazırlanıb.  O özünü viral infeksiyaların qarşısını almaq üçün ən təsirli və təhlükəsiz bir yol olaraq göstərib.

"Testlərdə yalnız kiçik gəmiricilər deyil, həm də peyvəndlərə reaksiyası insana mümkün qədər yaxın olan primatlar da iştirak edib" - deyə o bildirib.

Peyvənd bu sınaqlardan uğurla keçdiyi üçün gələcəkdə 100-dən çox könüllüdə sınaqdan keçiriləcək.

Bir müddət əvvəl isə, “Vektor” Mərkəzi könüllülərə qarşı COVID-19 əleyhinə bir peyvəndin klinik sınaqlarının başladığını elan etmişdi. Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, ilk peyvəndin 2020-ci ilin avqust ayında qeydiyyata alınması planlaşdırılır.

27
Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko, arxiv şəkli

Matvienko Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməməyə çağırıb

140
(Yenilənib 17:11 28.09.2020)
Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko "bütün məsul dünya güclərini" Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdən çəkinməyə çağırıb.

BAKI, 28 sentyabr — Sputnik. Rusiya Federasiya Şurasının spikeri Valentina Matvienko "bütün məsul dünya güclərini" Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etməkdən çəkinməyə çağırıb. Bu barədə Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir.

"Bütün məsul dünya güclərini münaqişəyə hər hansı bir formada müdaxilədən çəkinməyə çağırırıq", - deyə Matvienko qeyd edib.

O vurğulayıb ki, hərbi əməliyyatlar dayandırılmalı və tərəflər ATƏT-in Minsk qrupu formatında danışıqlar prosesinə qayıtmalıdır.

Matviyenko Rusiyanın parlament yolu da daxil olmaqla, münaqişənin sülh yolu ilə həll edilməsi üçün mümkün olan hər cür yardımı edəcəyini vurğulayıb.

140
Teqlər:
Ermənistan, Qarabağ, Valentina Matviyenko
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Peskov: Vladimir Putinlə İlham Əliyevin söhbəti lazım gəldikdə baş tutacaq

48
(Yenilənib 16:12 28.09.2020)
"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov bildirib.

BAKI, 28 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında söhbət lazım gəldikdə baş tutacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla bazar günü telefon danışığı keçirib.

"Lazım gələrsə, əlbəttə ki, keçiriləcək. Amma bir daha təkrar etmək istəyirəm ki, hərbi əməliyyatların bərpasından sonrakı ilk saatlardan nazir Lavrov həm Bakıdakı, həm də Yerevandakı həmkarları ilə daima əlaqə saxlayıb", – Peskov jurnalistlərə açıqlamasında bildirib.

48
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

0
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

0