Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərb COVID-19 vaksinini hazırlamaq yarışında uduzur

© AP Photo / Sakchai LalitВакцина от коронавирус, фото из архива
Вакцина от коронавирус, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Qərb dövlətləri Rusiyanın COVID-19-a qarşı peyvənd hazırlayacağına, farmakoloji cəhətdən inkişaf etmiş ölkələrlə bəhsə girə biləcəyinə inanmır.

İrina Alksnis, RİA Novosti

BAKI, 22 iyul — Sputnik. Rusiya Müdafiə Nazirinin birinci müavini Ruslan Tsalikov bildirib ki, milli COVID-19 peyvəndi hazırdır — klinik sınaqların nəticələri iştirak edən bütün könüllülərdə immun cavabın yarandığını göstərdi. Doğrudur, Seçenov Universitetinin Dərman vasitələrinin klinik öyrənilməsi Mərkəzində dərman testinin effektivliyini yoxlamaq üçün növbəti mərhələdə nələrin olacağı dəqiqləşdirilir.

Вакцина от коронавируса, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Vaksin gəlir! Rusiya Müdafiə Nazirliyi kliniki sınaqları yekunlaşdırıb

Ümumilikdə isə Rusiyada COVID-19-a qarşı 14 platformada təxminən əlliyədək peyvənd üzərində iş gedir. Bu prosesin liderləri Qamalei adına epidemiologiya və mikrobiologiya ETİ, "Rospotrebnadzor"un "Vector" Mərkəzi və Federal Tibbi-biologiya Agentliyinin Vaksin və Zərdab İnstitutu hesab olunur.

Səhiyyə naziri Mixail Muraşkonun sözlərinə görə, ilk milli koronavirus peyvəndinin qeydiyyatı avqust ayında gözlənilir.

Bu, çox tezdir.

Adi vəziyyətdə, peyvəndin və hər hansı bir dərman preparatının yaradılması illərlə çəkir. Mövcud tədqiqat protokolları olduqca sərtdir, çünki yaradılan məhsul insanların sağlamlığı üçün həm effektivliyini, həm də təhlükəsizliyini sübut etməlidir.

Lakin koronavirusla bağlı yaranmış vəziyyət qəbul edilmiş prosedurlara onların intensivləşdirilməsi istiqamətində əhəmiyyətli dərəcədə yenidən baxmağa məcbur edib. Beləliklə, aprel ayında ingilis alimləri bildiriblər ki, onların məqsədi sentyabr ayına qədər dərmanı əldə etməkdir.

Vaksinlərin hazırlanmasına həqiqətən böyük qüvvələr və vasitələr yönəldilir. Məsələn, Donald Tramp administrasiyası həm Amerika, həm də Avropa əczaçılıq şirkətlərinə iki milyard dollardan çox vəsait ayırıb. Belə səxavətli maliyyələşdirmənin şərti, əlbəttə, işlərin Birləşmiş Ştatların xeyrinə aparılmasıdır.

Faktiki olaraq, dünyada koronavirusun peyvəndinin yaradılması üzrə yarış başlayıb. Bu yarışın həm maliyyə, həm də siyasi tərəfləri var.

Продажа газет, фото из архива - Sputnik Azərbaycan
Xəbərlərə qarşı təbliğat: Qərb mediası niyə öz mövqeyini itirir

Pulla hər şey sadədir: kim dünya bazarında peyvəndi satmağa başlayırsa, o, hamıdan çox qazanacaq. Məhz buna görə də aparılan tədqiqatlara yalnız dövlət və akademik strukturlar deyil, həm də əczaçılıq şirkətləri fəal şəkildə qoşulur — onlar üçün bu, potensial qızıl mədənidir.

Siyasətlə, daha doğrusu, böyük siyasətlə, hər şey bir qədər mürəkkəbdir. Əsas məqam ondan ibarətdir ki, vaksinin işlənib-hazırlanması ilə bağlı hazırkı tarix fövqəldövlətin inkişafının və onun imkanlarının göstəricisi kimi nəzərdən keçirilir. Farmasevtik preparatın yaradılması (daha sürətli) üçün təkcə pul ayırmaq üçün kifayət deyil. Bunun üçün akademik mərkəzlər və elmi kadrlar, özü də müvafiq peşəkarlıq səviyyəsi lazımdır. Həmçinin, prosesi maksimum səmərəli şəkildə təşkil etməyə və meydana çıxan problemləri operativ şəkildə həll etməyə qadir strukturlar olmalıdır.

Belə yanaşmada acı, heç kimə lazım olmayan həqiqət də var. Lakin son həftələr Qərbdə Rusiyaya münasibətdə açıq-aşkar gözlənilməz dönüş yarandı.

İlk başdan vaksinin hazırlanmasında üç ölkə lider hesab edilməyə başlayıb: ABŞ, Böyük Britaniya və hamıdan əvvəl işə başlamış Çin.

Rusiyanın ünvanına isə daha çox təkəbbürlü intonasiya səslənirdi: ruslar orada, əlbəttə ki, nəsə edirlər, amma onların farmakoloji cəhətdən inkişaf etmiş ölkələrlə bəhsə girə biləcəyinə inanmaq çətindir.

"The Wall Street Journal" isə yerli yanaşmanı "vaksin millətçiliyi" adlandırıb. Bu ifadədə o nəzərdə tutulur ki, bizim ölkə preparatın hazırlanmasında öz resurslarına tam stavka edib və hətta bəyan etməyə cəsarət edib ki, onun prioriteti ilk olaraq rusiyalıların peyvənd edilməsi, sonra isə başqa məsələlərin həll olunmasıdır.

Протесты в США - Sputnik Azərbaycan
TƏHLİL
Amerika seçim qarşısında: irqçilik və ya anarxiya

"Burada pis olan nədir?" sualına cavab ayrıca izahat tələb edir. Məsələ bayağı riyakarlıqdadır. Əlbəttə ki, hər bir dövlət əvvəl öz maraqlarını, sonra isə bəşəriyyətin qalan hissəsinin maraqlarını önə çəkir. Amma bu barədə açıq və birbaşa danışmaq mütərəqqi ölçülərdə hiddət doğurur ki, Rusiyanın istənilən addımı pis qəbul olunur.

İstənilən halda, son bir ay ərzində COVID-19 vaksininin yaradılması üzrə yerli səylərlə bağlı Qərbin mövqeyində ciddi dəyişiklik baş verib və dünya növbəti dəfə "Kremlin cinayətləri"ndən xəbər tutub.

Əvvəlcə, Rusiya hakerlərin köməyi ilə üç ölkədən - Böyük Britaniya, ABŞ və Kanadadan apardıqları işlər barədə məlumat almaq cəhdlərində ittiham olunub. Dünən isə tamamilə təəccüblü başqa bir hadisə baş verdi: "Bloomberg" agentliyi xəbər verdi ki, eksperimental vaksin aprel ayından etibarən Moskvanın ixtiyarındadır, amma onu yalnız Rusiya elitasının nümayəndələri gizli şəkildə alırlar.

Əgər bu ittihamlarda buğda dənəsi boyda sağlam nəsə axtarmağa çalışsaq, Qərbin yenidən Rusiyanın mümkünsüz sayıla biləcəyi şeyi etməsindən ehtiyat etməsi ən sadə izahatdır: koronavirus peyvəndi hazırlayan liderlər qrupuna daxil olmaq.

Çin hələ iyun ayının sonlarında orduda istifadə etmək üçün eksperimental vaksinlərindən birini təsdiqlədi. İndi Rusiya nikbinlik yaradan nəticələr haqqında raport verir.

Amma Qərbin özünün uğurları o qədər də aydın deyil.

Встреча спецборта с масками и медицинским оборудованием из Хайнаня  - Sputnik Azərbaycan
TƏHLİL
Humanitar yardım dünyanın siyasi düzənini dağıdır

KİV-in məlumatına görə, ABŞ-ın əczaçılıq şirkətləri yayın sonuna qədər vaksin istehsalına başlamağı planlaşdırırlar. Rəsmi status və baş verənlərin təfərrüatları üçün yalnız bu informasiyalar kifayət etmir.

Britaniyalılara gəlincə, dünən onlar Oksford peyvəndinin növbəti nəticəsi haqda da məlumat veriblər. Rəsmi ritorikaya görə, onlar heç də istədikləri kimi müsbət nəticə verməyiblər. Koronavirus peyvəndi üzrə Dövlət işçi qrupunun sədri Keyt Bingem çox da böyük ümidlərə qapılmamağa çağırıb: "Fakt odur ki, biz heç vaxt peyvəndi əldə etməyəcəyik, əgər əldə etsək, bu, infeksiyanın qarşısını alan peyvənd deyil, simptomların kəskinləşməsini azaldan peyvənd ola bilər."

Burada bədxahlıq yersizdir. Söhbət bəşəriyyətin maraqlarından gedir, alimlərin həyati vacib işi və mümkün uğursuzluqları ilə bağlı yaraların üzünü qoparmaq, ən axırıncı işdir.

Yaxşı olardı ki, bunu Qərbin özü də başa düşsün.

Xəbər lenti
0