Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyalı alimlər 1700 il əvvəl ölmüş kişinin üzünə baxıb

© AFP 2023 / Mahmoud Zayyat Археологические раскопки, фото из архива
Археологические раскопки, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin şəxsin siması yatan adam kimi sakit olub. Onun kəlləsində isə 7 santimetr diametrində dəlik olub.

BAKI, 17 iyul — Sputnik. Rusiyalı alimlər kompüter tomoqrafiyası ilə 1700 il əvvəl dünyasını dəyişmiş kişinin üzünə baxa biliblər.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, adamlar mumiyanı 1902-ci ildə Xakasiyadakı Oglaxtinski məzarlığında tapıblar.

I minillikdə yaşamış şəxsin üzü gipsdən maska ilə bağlı olub. Alimlər belə qərara gəliblər ki, dəriyə zərər vermədən onu çıxarmaq mümkün deyil.

Bu səbəbdən də cəsəd uzun illər araşdırmadan kənar qalıb. Ancaq son illər distant şəkildə dərini görmək imkanı yaranıb.

Skan etmək mütəxəssislərə 3 qatı görməyə imkan yaradıb. Bu zaman maska, üz və kəlləni müşahidə etmək mümkün olub.

Araşdırmaçılar müəyyən ediblər ki, ölən şəxsin 20-30 yaşı olub. Şabalıdı saçları olan şəxs sağ olarkən saçlarını hörürmüş.

Həmin şəxsin siması yatan adam kimi sakit olub. Onun kəlləsində 7 sm diametrində dəlik olub.

Alimlər belə qərara gəlib ki, bu yara izi deyil. Dəfn mərasimi zamanı keçirilən ayinlərin nəticəsidir. Ölən şəxsin beyni çıxarılmış ola bilər.

Ancaq onun sol gözündən qulağına qədər çapıq olub. Bu isə hələ araşdırılmayıb. Ola bilsin ki, həmin şəxs ayin zamanı deyil, döyüş zamanı yaralanıb.

Xəbər lenti
0