Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirusdan ölənlərin sayı 11 mini keçdi

6
Rusiyada pandemiya yayılandan 11017 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7752 nəfər olub.

BAKI, 10 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6635 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 174 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 713936-a çatıb. Rusiyada pandemiya yayılandan 11017 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7752 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 489068-ya çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12,2 milyonu keçib, 554 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Həbib Nurməhəmmədov, arxiv şəkli

Həbib Nurməhəmmədov öz liqasını yaratdı

378
(Yenilənib 22:28 14.08.2020)
Həbibin yeni açdığı liqa - MMA Global-ın ilk turniri oktyabr və ya noyabr aylarında Floridada keçiriləcək.

BAKI, 14 avqust — Sputnik. Qarışıq döyüş çempionatının (UFC) çempionu Həbib Nurməhəmmədov qarışıq döyüş sənəti liqasının açılışını elan edib.

"Biz öz liqamızı açdıq — MMA Global. Döyüşlər pandemiya dövrünə uyğun bir yerdə keçiriləcək. Oktyabr və ya noyabr aylarında ilk turnir olacaq. Turnir Floridada keçiriləcək", - deyə Nurməhəmmədov Moskvada keçirilən mətbuat konfransında bildirib.

Peşəkar karyerasında heç bir məğlubiyyətə uğramayan rusiyalı idmançı 28 yarışda iştirak edib. UFC-də son döyüşünü isə Nurməhəmmədov sentyabr ayında UFC 242 turnirində keçirib. O zaman çempion amerikalı Dastin Porye üzərində vaxtından əvvəl qələbə qazanıb.

Daha əvvəl isə Həbib siyasi karyera qurmasının mümkün olduğunu deyib.

378
Əlaqədar
Həbib Nurməhəmmədova ağır itki üz verdi
Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür
Nurməhəmmədova meydan oxuyurdu, ağzını dağıtdılar – Sözün birbaşa mənasında - VİDEO
Həbibdən Konora: “Sən möhtəşəm döyüşçüsən”
Həbibin qələbə fotosunun müəllifi koronavirusdan öldü - FOTO
ABŞ Prezidenti Donald Tramp, arxiv şəkli

Rusiyanın koronavirus vaksininə ən vacib reaksiya

166
(Yenilənib 22:28 14.08.2020)
Avqustun 11-də Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib

BAKI, 14 avqust — Sputnik. ABŞ Prezidenti Donald Tramp ümid edir ki, Rusiyada qeydiyyata alınan koronavirus əleyhinə vaksin işə yarayacaq.

“Biz onun haqda elə də çox bilmirik. Ümid edirik ki, işə yarayacaq. Onlar bəzi tədqiqatları yığışdırıblar. Hesab edirik ki, prosesdən keçmək çox vacibdir”, - Tramp mətbuat konfransında bildirib.

O əlavə edib ki, öz növbəsində ABŞ da vaksin hazırlanmasında “xeyli irəliləyib”.

Avqustun 11-də Prezident Vladimir Putin Rusiya Federasiyasında koronavirusdan ilk peyvəndin qeydiyyatını elan edib. Prezident deyib ki, onun qızlarından biri peyvəndi öz üzərində sınaqdan keçirib. Rusiyanın koronavirusa qarşı hazırladığı yeni peyvənd "Sputnik V" adını alıb.

Bu, 1957-ci ildə Yerin ilk süni peykinin buraxılması ilə bağlıdır.

""Sputnik-1" bütün dünyada kosmik tədqiqatları fəallaşdırıb. COVID-19-dan yeni Rusiya peyvəndi dünya ictimaiyyəti üçün necə deyərlər, "Sputnik anı" yaradıb", – deyə adın izahında bildirilir.

RF Səhiyyə naziri Mixail Muraşko bildirib ki, peyvəndi ilk olaraq tibb işçiləri və müəllimlər alacaqlar. Onun sözlərinə görə, Qamaleya adına Mərkəzin hazırladığı klinik tədqiqatların nəticələrinə əsasən, yüksək effektivlik və təhlükəsizlik, immunlaşmanın ciddi fəsadları heç kimdə qeydə alınmayıb. Nazir əlavə edib ki, vaksin daha altı peyvəndin əsaslandığı məlum platformada yaradılıb.

O, vaksinin bundan sonra da minlərlə insanın iştirakı ilə klinik sınaqdan keçəcəyini vurğulayıb. Muraşko bildirib ki, vaksinin iki meydançada - Rusiya Səhiyyə Nazirliyinin Qamaleya adına Mərkəzində və "Binnofarm" şirkətində - buraxılmasına başlanacaq.

Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikova deyib ki, həkimlərin koronavirusa qarşı peyvəndlənməsinin avqust və ya sentyabr ayının sonlarında başlaya biləcəyini gözləyir.

166
Teqlər:
Donald Tramp, vaksin, Rusiya, ABŞ, Koronavirus, COVID-19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
"Misli görünməmiş əməkdaşlığa" "meymun" cavabı - dünya gözləyir, rəsmilərsə düşünürlər
ABŞ koronavirus istehsalına başlayıb – peyvənd olanlara vurulacaq
Yenə yüksəlir: Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxub
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Bakı məktəblərin birində, arxiv şəkli

Məktəblərin açılması ilə bağlı suallar hələ açıq qalır

0
(Yenilənib 12:15 15.08.2020)
Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir.

BAKI, 15 avqust — Sputnik. "Son günlər rəqəmlərdə azalmalar qeydə alınsa da, bəzi günlər üzrə rəqəmlərdə artım qeydə alınıb. Bu da insanların aktivliyi ilə əlaqədardır". Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.

O təhsillə bağlı məsələyə də toxunub: "Təhsil müəssisələrinin açılması məsələsi müzakirə olunur. Bu gün Təhsil Nazirliyiin nəzdində fəaliyyət göstərən institutlar tərəfindən digər ölkələrin təcrübələri öyrənilir. Bütün təhsil müəssisələri üzrə ayrılıqda müvafiq qərar qəbul edilməlidir. Bu gün qonşu ölkələrdə də məsələ ciddi müzakirə olunur. Hətta həmin ölkəərdə təhsilin növbəti aylarda açılması da müzakirə edilir".

0