Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev

Medvedev: "Məgər nüvə silahlarının uçuş hədəflərini kimsə dəyişib?"

115
(Yenilənib 14:02 09.07.2020)
"Əgər belədirsə, biz də öz silahımızı lazımı səviyyədə saxlamağa borcluyuq. O gərək kəskin, dəqiq və müasir olsun" - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini

BAKI, 9 iyul — Sputnik. Rusiya pandemiya dövründə NATO-nu Rusiya Federasiyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) təmas xətti boyu hər hansı bir addımlardan çəkinməyə çağırdı, lakin təlimlər yenə də davam etdirildi. Moskva buna reaksiya verməli, öz silahını lazımi səviyyədə saxlamalıdır: o "kəskin, dəqiq və müasir olmalıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedev bildirib.

"İstənilən ölkə kimi bizim daxili problemlərimiz kifayət qədərdir. Xarici problemlər də kifayət qədərdir. Sovet İttifaqı dağılandan bəri baş verənlərə baxın. Biz ki 90-ci illərdə NATO ölkələri ilə aktiv şəkildə tərəfdaşlıq əlaqələri qurmağa cəhd edirdik. Hətta müəyyən vaxtda Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmaq barədə danışıqlar da aparırdıq. Lakin bizə dedilər: siz orada lazım deyilsiniz, çünki bizim öz prioritetlərimiz var, siz uyğun deyilsiniz, siz olmalı olduğunuz kimi deyilsiniz və s.", - deyə Medvedev "Komsomolskaya Pravda"ya müsahibəsində deyib.

Medvedyev vurğulayıb ki, "əgər biz bu təşkilata üzv deyiliksə, bu təşkilat hərbi blokdursa, onda biz anlamalıyıq ki, bu hərbi blokun qoşunları prinsipcə bizim ölkəyə də qarşı daxil olmaqla, hərbi əməliyyatlarda iştirak etməyə hazırlaşır. Mən strateji nüvə silahı başlıqlarının istiqamətlənməsi barədə danışmıram. Məgər orada uçuş hədəflərini kimsə dəyişib? Xeyr. Əgər belədirsə, biz də öz silahımızı lazımı səviyyədə saxlamağa borcluyuq. O gərək kəskin, dəqiq və müasir olsun. Ona görə də belə növ addımlara effektiv cavab vermək üçün yeni növ silahlar meydana gəlir. Götürək elə pandemiyanı. Biz müxtəlif kanallarla əlaqə saxladıq və dedik: Gəlin indi NATO və Rusiya Federasiyası, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təmas xəttində lazımsız addımlardan çəkinək. Yox, təlimlər keçirirlər, böyük sayda qoşunlar hərəkətə gətirilir. Təbii ki, biz buna reaksiya verməliyik".

Medvedyevin sözlərinə görə, bu, daxili problemləri maskalamak cəhdləri deyil, "sadəcə obyektiv zərurətdir".

115
Əlaqədar
Dostluq ayrı, iş ayrı - NATO Rusiya-Ukrayna müharibəsinə qarışmayacaq
Rusiya gəmisi görüntüləndi, Suriyaya yeni tanklar aparır
Casus oyunları? Rusiyanın strateji obyektindən NATO-nun "köməkçisi" çıxdı
"Nifaq üçbucağı"nın yeni balası: Rusiya hətta kosmosdakıları vuracaq
Hərbi ekspert NATO-dakı insidenti şərh edib: "Hər şey öz axarına buraxılıb"
BVF

BVF dünyanı xilas etməyin yolunu tapıb: Rusiyanı yoxsulluqla təhdid edir

31
(Yenilənib 23:48 19.10.2020)
Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir

BAKI, 19 oktyabr — Sputnik. İvan Danilov. Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbərliyinin bəyanatlarından belə məlum olur ki, bu nəhəng beynəlxalq maliyyə təşkilatı 1944-cü ilə qayıtmaq niyyətindədir, ya da ən azı COVID-19 pandemiyasını bəhanə gətirərək 1944-cü ili təkrarlamaq istəyir. BVF rəhbərlərinin sözlərindən belə çıxır ki, təşkilat epidemiyanın iqtisadi və humanitar sahədəki nəticələrinin aradan qaldırılması üçün dünyaya yardım etməyə çalışır. Əslində isə onların bu sözlərinin arxasında tamamilə başqa məqsədlər dayanır. İnkişaf etməkdə olan ölkələrdə nüfuzu xeyli aşağı düşmüş bu iri maliyyə təşkilatının liderləri öz insanpərvər niyyətlərinə yalnız dünyadan xəbərsiz sadəlövh adamları inandıra bilərlər. Çünki bu Vaşinqton mərkəzli quruma borclu olan dövlətlərdə sosial proqramların dayandırıldığı və "iqtisadi dirçəlişdə BVF-nin tələblərini yerinə yetirmək" adı altında dövlət təşkilatlarının qəpik-quruşa satışa çıxarıldığı artıq çoxlarına sirr deyil.

Amerikalı rəqiblərimizin haqqını yeməməliyik: G7-nin elit-neomüstəmləkə klubu xaricindəki ölkələrin BVF-də nəzarəti ələ keçirmək cəhdləri qərar qəbuletmə prosesində Çinin (və ya hətta Rusiyanın) təsirinin artırılması istiqamətində müəyyən irəliləyiş olmasına baxmayaraq, hələlik uğurla nəticələnməyib.

Ümulikdə isə inkişaf etməkdə olan ölkələrin baş kreditoru (əslində isə "Planetin baş Şeyloku") hələ də qətiyyən ədalətli olmayan "qloballaşma" versiyasının təbliğinə yönəlib.

Əgər COVID-19 pandemiyası başladığı vaxt Qərb mediası və mütəxəssisləri qloballaşmanın bu versiyasının gələcək taleyi üçün narahat olurdularsa, indi "qlobal Şeylok" daha bir Bretton Vuds konfransına (BVF – məhz 1944-cü ildə keçirilən bu konfransda təsis edilib) ehtiyac olduğunu bildirir. Başqa sözlə, mövcud qloballaşma sxemi epidemiyanın əsas qurbanına çevrilib və necə deyərlər, hələ onun meyiti soyumamış iri maliyyə qurumları başqa bır qloballaşma metoduna ehtiyac olduğunu dünyaya car çəkir.

Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru Kristalina Georgiyeva Andorranın Fonda üzv olması ilə üst-üstə düşən rəsmi müraciətində tarixi anın gəlib çatdığını bildirir:

"Andorranı 190-cı üzvümüz kimi qarşılayacağımız anı səbirsizliklə gözlədiyimiz vaxt BVF-nin gördüyü iş bəşəriyyətin qardaşlıq və bərabərlik prinsipləri üzərində qurulan əməkdaşlıq və həmrəylik dəyərlərinin bir sübutudur. Bu gün biz yeni bir "Bretton Vuds anı" ilə qarşı-qarşıya qalmışıq. Pandemiya artıq bir milyondan çox insanın həyatına son qoyub. Bu il dünya iqtisadiyyatının 4,4 faiz geriləməsinə səbəb olan iqtisadi fəlakət gələn il bütün dünyada istehsalın 11 trilyon dollar azalması ilə nəticələnəcək. Və yenə bizim qarşımızda iki böyük məsələ dayanır: bu günün böhranı ilə mübarizə apararaq daha yaxşı gələcək qurmaq".

Baxın görün indi BVF nə təklif edir:

"Biz daha çox borc şəffaflığına və kreditorların koordinasiyasının yaxşılaşdırılmasına nail olmalıyıq. G20 ölkələrinin "Suveren Borcların Həlli üçün Ümumi Çərçivə" mövzusundakı müzakirələri və özəl sektor da daxil olmaqla suveren borc idarəçiliyi üçün daha yaxşı quruluş çağırışları bizi ruhlandırır. Üzv ölkələrimizlə birlikdə biz onların siyasətini dəstəkləyirik".

Buradakı "borc şəffaflığı" ifadəsinin əslində Çinə aid olduğunu başa düşmək çətin deyil. Bu ilin fevral ayında Yaponiyanın "Quarts" iqtisadiyyat jurnalı BVF-nin və Dünya Bankının (DB) Çinin inkişaf etmiş ölkələrə təsirinin artmasından narahat olduqlarını yazmışdı.

Co Bayden, arxiv şəkli
© REUTERS / Kevin Lamarque / File Photo

"BVF və DB Çinin təsir gücünün artmasından narahatdır. Çin böyük kreditor olmasa da, zəif iqtisadi parametrlərinə görə seçim imkanı məhdud olan Afrika ölkələrində son dərəcə təsirli kapital mənbəyinə çevrilib. Çin qitə daxilində çox ehtiyac duyulan infrastruktur layihələri üçün dövlət müəssisələri vasitəsi ilə əlverişli maliyyə paketi təqdim edir. Dünya Bankının Prezidenti Devid Malpassanın sözlərinə görə, bu zaman ortaya çıxan əsas problemlərdən biri şəffaflığın olmamasıdır: "Onlar (Çin – müəllifin qeydi.) kreditin həcmini artırıblar və bu yaxşı halıdır. Biz inkişaf etməkdə olan ölkələrə daha çox kredit verməyin tərəfdarıyıq. Ancaq çox vaxt onların müqaviləsində xüsusi maddə olur ki, bu da Dünya Bankına və ya özəl sektora kredit sazişinin şərtlərini görməyi qadağan edir".

Böyük ehtimalla BVF Çinin kimə nə qədər kredit verməsinə bu ölkənin özünün deyil, Qərb dövlətlərinin və fondun nümayəndələrinin iştirakı ilə keçirilən çoxtərəfli format çərçivəsində qərar verilməsini istəyir. Bu isə yeni bir qlobal maliyyə qardaşlığı qurmaq cəhdi kimi deyil, inkişaf etməkdə olan ölkələr üçün mövcud və əslində neomüstəmləkə kreditləşmə sxemini nəyin bahasına olursa olsun qorumaq istəyi kimi görünür ki, Pekin də buna mane olur.

BVF-nin parlaq qlobal gələcək qurmaq üçün əsaslandığı digər təməl prinsip də Rusiyanın iqtisadi təhlükəsizliyi və büdcəsi üçün birbaşa təhdiddir:

"Pandemiya artıq sağlamlıq tədbirlərinə laqeyd qalmayacağımızı göstərdiyi kimi, iqlim dəyişikliyini də görməzlikdən gələ bilmərik - bu bizim üçüncü imperativimizdir. Makro iqtisadi səviyyədə mühüm əhəmiyyət kəsb etdiyindən, inkişaf və rifah üçün böyük təhdidlər yaratdığından iqlim dəyişikliyinə də xüsusi diqqət yetiririk. Bu insanlar və planet üçün çox vacibdir. Araşdırmalarımız göstərir ki, aparılan düzgün maliyyə siyasəti və karbon qiymətlərinin bahalaşması nəticəsində 2050-ci ilədək atmosferə atılan tullantıları sıfıra endirmək və milyonlarla yeni iş yerinin açılmasına kömək etmək mümkündür. Yaşıl bir dünya qurmaq, eyni zamanda insanların rifah halını yaxşılaşdırmaq üçün tarixi fürsətimiz var – aşağı faiz dərəcələri ilə bu günün doğru investisiyaları sabah bizə dörd qat divident qazandıra bilər: gələcək itkilərin qarşısını almaq, iqtisadi qazancları stimullaşdırmaq, həyatları xilas etmək və hamı üçün sosial və ekoloji fayda əldə etmək".

Əslində bütün bunlar aşağıdakı mənaya gəlir: "150 ildir karbohidrogenlərin kütləvi istifadəsi ilə ən yüksək texniki tərəqqinin nəticələrindən zövq alan Qərb ölkələri yenə firavan həyat sürməyə davam edəcəklər, dünyanın qalan hissəsi isə "iqlim mühafizəsi" adı altında əbədi yoxsulluğun alçaldıcı məhrumiyyətlərinə məruz qalacaq.

Yaşıl enerjinin yaratdığı iş yerləri isə eko-aktivistlər, Avropa və Amerikada yaşıl enerji şirkətlərinin səhmdarları üçün iş yerlərindən başqa bir şey olmayacaq.

BVF direktorunun haqqında söz açdığı "karbon qiymətlərinin bahalaşması" Avropa Şurasının Rusiyaya qarşı tətbiq etmək istədiyi "karbon tarifləri"nin "müjdəçi"si sayıla bilər. Avropa Şurası davamlı şəkildə Rusiyanı ucuz neft və qaza görə bu tariflərlə təhdid edir.

Rusiyaya qarşı karbon tariflərinin tətbiqi vəziyyətində ixracatçılarımız (və sosial proqramlar ilə birlikdə Rusiya büdcəsi) ildə on milyard dollar itirəcək, əvəzində Qreta Tunberqin pərəstişkarları və yaşıl iqtisadiyyat tərəfdarları xoşbəxt olacaqlar. BVF-nin canlandırdığı parlaq gələcək Oruel qələminə layiq Ezop dili ilə yazılmış antiutopiyadan başqa bir şey deyil: ekologiya – yoxsulluq, şəffaflıq – Vaşinqtona və BVF-yə boyun əymək kimi başa düşülməlidir.

Doğrudan da biz tarixi anla qarşı-qarşıya qalmışıq. Ancaq bu, ikinci Bretton Vuds hadisəsinin yaşanması üçün deyil, 1944-cü ildə ABŞ-da ortaya çıxan qloballaşma bədheybətinin axırına çıxmaq üçün həlledici məqamdır.

31
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov, arxiv şəkli

Lavrov Qarabağ döyüşləri barədə: "Moskva görüşü ümidləri doğrultmadı"

631
(Yenilənib 15:59 19.10.2020)
Sergey Lavrov: "Rusiya rəsmi Bakı və Yerevanla aktiv olaraq Qarabağda atəşkəsə nəzarət üzrə mexanizm üzərində işləyir".

BAKI, 19 oktyabr — Sputnik. Qarşıdurma ritorikasını alovlandırmağı və hərbi əməliyyatları dayandırmaq lazımdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç – Buriçlə apardığı danışıqların yekunlarına dair keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan təmas xəttində gedən hərbi əməliyyatlarla bağlı deyib.

"Hərbi əməliyyatların dayandırılması, mülki obyektlərə zərbələrin vurulmasının dayandırılması önəmlidir. Bu tələb həm ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərləri kimi Rusiya, ABŞ və Fransa Prezidentlərinin bəyanatlarında, həm oktyabrın 10-u bizim vasitəçiliyimizlə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin razılaşdırdığı Moskva sənədində, həm də onların oktyabrın 18-i təsdiqlədiyi sənəddə yer alıb", - deyə Lavrov qeyd edib.

O, vurğulayıb ki, Azərbaycan və Ermənistan nümayəndələrinin Moskva görüşündən sonra ümidlər doğrulmadı: "Qarabağda döyüşlər davam edir, bu qəbuledilməzdir".

Lavrov, həmçinin vurğulayıb ki, Rusiya rəsmi Bakı və Yerevanla aktiv olaraq Qarabağda atəşkəsə nəzarət üzrə mexanizm üzərində işləyir: "Ümid edirik ki, tezliklə onu hazırlayacağıq".

Qızıl xaç, arxiv şəkli
© AFP 2020 / FABRICE COFFRINI

Sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.
Ermənistan silahlı birləşmələrinin hərbi fəallığının qarşısını almaq və dinc əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı qoşunların cəbhə boyu əks-hücum əməliyyatına başlayıb.

Azərbaycan ordusunun əks-hücum əməliyyatı zamanı Cəbrayıl rayonu, Füzuli şəhəri, Hadrut qəsəbəsi də daxil olmaqla bir sıra yaşayış məntəqələrimiz işğaldan azad olunub.
10 oktyabr saat 12:00-dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun meyarlarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslərin, həmçinin ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunub.
Bununla bağlı Rusiya tərəfinin təşəbbüsü əsasında 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin qəbul etdiyi bəyanatda deyilir.
Bəyanata əsasən, atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.

Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayacaqlar.
Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq ediblər.

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən yenidən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

631
Əlaqədar
Lavrov Qarabağ barədə: "Təbii ki, siyasi nizamlama mümkündür"
Lavrov: "Qarabağ üzrə tərəflər hərbi xətt üzrə görüşməlidirlər"
Lavrov azərbaycanlı və erməni həmkarlarına üç ölkənin bəyanatını xatırlatdı