Rus ordusu, arxiv şəkli

Tüstüsüz alovsuz: Rusiya elektromaqnit şüa topunu yaradır

47
(Yenilənib 20:37 07.07.2020)
Rusiyanın elektromaqnit şüa topu düşmənin texnikasını barıt və mərmi ilə yox, yüksək tezlikli radiasiya enerjisi ilə sıradan çıxarır.

BAKI, 7 iyul — Sputnik, Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya potensial düşmənin yüksək texnologiyalı döyüş sistemlərinin və robotlarının məhv edilməsi üçün süni intellektə malik pilotsuz zərbə təyyarələrini və zirehli texnikanı uğurla sınaqdan keçirir.

Rusiya Federasiyasının müdafiə-sənaye kompleksindəki qaynaqlar məlumat verirlər ki, Rusiyanın yaratdığı elektromaqnit şüa topunun hədəfi vurma məsafəsi 10 kilometrə çatıb. Bu o deməkdir ki, bu elektromaqnit şüa topu nəzarət və nişanlama aparatlarının komponentlərini elektromaqnit impulsu ilə yandıraraq düşmənin yüksək texnologiyalı hava və yerüstü silahlarını dərhal metal yığınına çevirə bilər. Səssiz atəş bir millisaniyə davam edir – tüstüsüz və alovsuz. Standart radiolokasiya və ya peyk kəşfiyyatı vasitələrilə elektromaqnit şüa topunun mövqeyini aşkar etmək mümkün deyil.

Patriot zenit-raket kompleksi, arxiv şəkli
© Andrew Caballero-Reynolds/Pool via AP

Əvvəllər bu topun fəaliyyət diapazonu üç kilometrə çatırdı. Silahın poliqonda sınaqları 2015-ci ildən davam edir və elektromaqnit şüa topları havada pilotsuz uçan aparatları və yerdə müxtəlif qurğuları uğurla "yandırır". Rusiyanın döyüş elektronikasını öz elektromaqnit şüa topunun təsirindən qorumaq da nəzərdə tutulub. Belə ki, "Roselektronika" holdinqinin mütəxəssisləri müasir zirehli texnikaların, zenit raket komplekslərinin və təyyarələrin elektron cihazlarını rəqibin radioelektron mübarizə vasitələrinin təsirindən qorumağa imkan verən ferrit lifini yaradıblar.

Yeni elektromaqnit şüa topunun silahlanmaya qəbul edilməsi müddəti açıqlanmır, amma Rusiya buna çox yaxınlaşıb və uğur göz qabağındadır. Bu gün bu silahın təcrübə nümunələri düşmənin pilotsuz uçan aparatlarını, helikopterləri və qanadlı raketləri əhəmiyyətli məsafədə vura bilir. Məhz bu yeni elektromaqnit şüa silahı hava hücumundan müdafiə vasitəsi kimi hava təlim hədəfini 10 kilometr məsafədə "yandırıb" və rekord qırıb. Onun təsir məsafəsini 20 kilometrə qədər artırmaq mümkün olsa hədəf kateqoriyasına müasir döyüş təyyarələri də düşəcək.

Güman edirəm ki, Rusiyanın bu sahədəki yeni nailiyyətləri özünü çox gözlətməyəcək. Yeni fiziki prinsiplərə əsaslanan elektromaqnit şüa silahları artıq Rusiya ordusu tərəfindən istismar olunur. Bu yaxınlarda Sputnik "Listva" adlı uzaqdan minalardan təmizləmə qurğusu haqqında da danışıb.

Elektromaqnit şüa topları ön cəbhədə

Elektromaqnit şüalanma texnologiyasına əsaslanan silahlar təsir prinsipinə görə radioelektron mübarizə sistemlərinə çox yaxındır. Barıt və metal əvəzinə Rusiyanın elektromaqnit şüa topu yüksək tezlikli radiasiya enerjisindən istifadə edir. Bu elektromaqnit şüalanması işıq sürəti ilə yayılır. Problem hələ ki, hər atəş üçün böyük enerji sərfiyyatı ilə bağlıdır, lakin texnologiya daim inkişaf edir. Perspektivdə elektromaqnit şüa topları 6-cı nəsil ağır qırıcılarında və ya pilotsuz təyyarələrdə, Quru Qoşunlarının texnikasında və dəniz donanmasının gəmilərində tətbiq oluna bilər. Əgər döyüş meydanında təyyarələr və helikopterlər, pilotsuz uçan aparatlar, qanadlı raketlər, tanklar və düşmənin digər zirehli texnikası görünməyən səbəbdən sıradan çıxırsa, deməli onlar yeni döyüş texnologiyaların hədəfindədir.

Elektromaqnit şüa topu qeyri-ölümcül silah sayılır – o, elektronikanı məhv edir, lakin canlı qüvvəyə rəhm edir. Lakin sərt elektromaqnit şüalanma insan sağlamlığı üçün təhlükəlidir, sinirlərə, immunitet sisteminə, bədənin digər sistemlərinə təsir edə bilər. Elektromaqnit impulsu pilotlu uçuş aparatının elektronikasını və mühərrikini yandırsa pilot katapultdan istifadə edə biləməyəcək.

Relsotron topu

Maqnit sahəsi klassik artilleriyada istifadə olunan barıta alternativ kimi mərmini sürətləndirmək üçün tətbiq edilə bilər. Relsotron topu adlanan bu cür elektromaqnit silahın ideyası Birinci Dünya Müharibəsi zamanı eyni vaxtda Rusiya və Fransada yaranıb. Onun əsasında elektromaqnetizm nəzəriyyəsinin müəllifi, almaniyalı tədqiqatçı Yohan Karl Fridrix Qaussun əsərləri durur. İdeya öz dövrünü geridə qoyurdu və hərbi texnikada praktiki tətbiqini tapmadı. Fransanın relsotron modeli 50 qramlıq mərmini yalnız 200 metr/saniyə sürətinə çatdırırdı və adi artilleriyaya uduzurdu. Rusiyanın "maqnit-fuqal" silahı layihəsi isə elə çertyojlarda qaldı.

Relsotronun intibahı 21 əsrin əvvəllərinə təsadüf edir. Artsimoviçin relsotronu 2011-ci ildə sınaqlardan uğurla keçib. Bu silah çox kiçik mərmilərdən atəş açır, lakin bu noxud boyda mərmilər polad lövhələri əridib plazmaya çevririb. Beş ildən sonra rusiyalı mütəxəssislər mərminin sürətini daha da atrıblar və bu günə qədər böyük yol keçiblər.

Tərəfdaşlar geridə qalır

ABŞ, İsrail, Türkiyə, Fransa və Çin relsotron toplarının layihələri ilə məşğul olurlar. Məsələn, ABŞ Hərbi Dəniz Qüvvələri ötən ilin yayında relsotron topunu sınaqdan keçirib və mərmini təxminən 2041 metr/saniyə sürətinə çatdırıb. Qeyd edək ki, bu sürət barıt artilleriyası mərmisinin maksimal sürətini, yəni 2500 metr/saniyəni keçmir. Gələcəyin müharibələri üçün bu sürət kifayət deyil.

Relsotron topu qida mənbəyindən, kommutasiya aparatlarından və uzunluğu bir metrdən beş metrə qədər olan iki elektrik keçirici relsdən ibarətdir. Atəş relslərə yüksək gərginlik verilməsi sayəsində baş verir. Amerikalılar 475 millimetrlik relsotron topunun ("General Atomics" və "BAE Systems" şirkətləri) testlərini 2000-ci illərin əvvəllərindən aparırlar, lakin müvəffəqiyyət əldə edilməyib. 23 kiloqramlıq mərmi təxminən 2200 metr/saniyə sürəti ilə lülədən çıxır.

ABŞ Hərbi Dəniz Qüvvələrinin relsotron topu acınacaqlı tale ilə üzləşib. Atəş sayının məhdud olmasına və böyük enerji sərfiyyatına görə onu Amerikanın qabaqcıl "Zumwalt" döyüş gəmisinə yerləşdirilmək ideyasından imtina ediblər. Gəmi öz silahlanın qurbanı ola bilməz. Relsotron topunun istifadəsi isə gəminin hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, demək olar ki, bütün elektronikasının söndürülməsini tələb edir. ABŞ Hərbi-Dəniz İnstitutunun mütəxəssisləri son nəticədə "Zumwalt" tipli gəmilərdən yalnız komanda gəmiləri kimi istifadə etməyi təklif ediblər.

Araşdırmalar davam edir. Yüksək texnologiyalı silahlar sahəsində aparıcı ölkələr Rusiyadan geri qalır.

47
Əlaqədar
Rusiya gəmiləri üçün unikal müdafiə: 500 milyon dollar azadlığın yanında heç nədir
Türkiyə ikinci S-400 alayını alacaq. "Patriot" və "Eurosam" sual altındadır
F-35-in yeni problemləri: ABŞ təyyarəsinin dərdi nədir
Rusiya Suriyada hərbi bazalarını genişləndirir. Məqsəd?
"KamAZ" təkəri üstündə yeriyən “müharibə tanrısı”
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin Paşinyanla görüşməkdən imtina etdi

11
(Yenilənib 18:09 30.11.2020)
Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşə dair razılığın əldə olunmaması olub.

BAKI, 30 noyabr — Sputnik. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri təxirə salınıb. Bu barədə Spuntik Azərbaycan "News.am"-a istinadən xəbər verir.

Məlumatda qeyd olunur ki, səfərin ləğv olunmasına səbəb baş nazirin Rusiya rəhbərliyi ilə yüksək səviyyədə görüşünə dair razılığın əldə olunmaması olub.

"Ermənistanın Paşinyan – Putin görüşünü təşkil etmək cəhdləri iflasa uğrayıb. Ermənistan baş nazirinin protokol rəhbəri geri – Yerevana çağırılıb", - deyə məlumatda bildirilir.

 

11
Teqlər:
imtina, görüş, Nikol Paşinyan, Vladimir Putin, Ermənistan, Rusiya
NATO-nun simvolu

NATO ölkələrinin rəsmiləri toplanırlar Gündəmdə Qarabağ da var

17
(Yenilənib 17:20 30.11.2020)
Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük

BAKI, 30 noyabr — Sputnik. NATO-ya üzv ölkələrin xarici işlər nazirləri 1-2 dekabr tarixlərində Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının iclasında Rusiyanın hərbi mövqelərinin güclənməsini müzakirə edəcəklər. Sputnik Azərbaycan xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq qeyd edib.

"Nazirlər Rusiyanın hərbi aktivliyinin genişlənməsinə cavab olaraq bizim nə edə biləcəyimizi müzakirə edəcəkər. Rusiya öz nüvə arsenalını modernləşdirir və yeni raketlər yerləşdirir, Uzaq Şimaldan Liviya və Suriyaya yeni qüvvələr yerləşdirir. Biz Dağlıq Qarabağ və Belarusdakı böhranlar nəticəsində Rusiya hərbi mövcudluğunun artdığını da görürük", - deyə Stoltenberq qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Müqaviləsi Təşkilatının Şurasının xarici işlər nazirləri səviyyəsində görüşü videokonfrans formatında keçiriləcək.

17
Teqlər:
iclas, Liviya, Suriya, Belarus, Rusiya, Azərbaycan, Qarabağ, açıqlama, Yens Stoltenberq, NATO
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

0
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

0
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza