Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada COVID-19 vaksininin sınaqlarının iştirakçılarından xəbər var

© REUTERS / MUHAMMAD HAMEDМедицинские работники исследуют вакцину против нового коронавируса
Медицинские работники исследуют вакцину против нового коронавируса - Sputnik Azərbaycan
Abunə olmaq
Testlər iki həftə əvvəl Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi ilə birlikdə başlayıb

BAKI, 3 iyul — Sputnik. Rusiya Müdafiə Nazirliyi ilə birlikdə yaradılmış koronavirus peyvəndinin sınaqlarında iştirak edən könüllülər özlərini yaxşı hiss edirlər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sınaqlarda iştirak edən birinci qrupdan heç kim səhhətindən şikayət etməyib, ciddi arzuolunmaz hadisələr qeydə alınmayıb. Onlara vaksinin iki komponentindən biri iyunun 18-də verilib.

İkinci qrup da (vaksinin birinci komponenti iyunun 23-də verilib) özünü normal hiss edir, ağırlaşma və ya mənfi reaksiya olmayıb.

Testlər iki həftə əvvəl Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzi ilə birlikdə başlayıb. Araşdırmaların iyulun sonuna qədər tamamlanması planlaşdırılır.

Xəbər lenti
0