Azərbaycanlı idmançı Samirə Mustafayeva, arxiv şəkli

Samirə Mustafayeva: “Azərbaycanlı olmaq geniş ürəkli olmaq deməkdir”

210
(Yenilənib 15:33 27.06.2020)
MDB ölkələrindən və Gürcüstandan olan gənclər Sputnik-ə Rusiyada aldıqları təhsilin onlara öz işlərini, münasibətləri qurmağa, dəhşətli diaqnozları aşmağa və kimisə COVID-19-un əlindən xilas etməyə necə kömək etdiyindən danışıblar

BAKI, 27 iyun — Sputnik, Danara Kutmanova. Artıq otuz ilə yaxındır ki, iyunun 27-si Rusiyada Gənclər Günü kimi qeyd olunur. Ancaq Rusiyanın gəncləri tək rusiyalılar deyil. RF Elm və Ali Təhsil Nazirliyinin məlumatına görə, hazırda bu ölkədə 297 min əcnəbi vətəndaş təhsil alır.

Samirə Mustafayeva: “Azərbaycanlı olmaq – geniş ürəkli olmaq deməkdir”

Azərbaycanın və Rusiyanın məşhur gimnastı Samirə Mustafayeva xatırlayır ki, elə də intizamlı uşaq olmayıb.

© Photo : Personal archiv
Samirə Mustafayeva

“Faydalı qida əvəzinə mən şirniyyat seçir, məşqçiləri dinləmirdim, - Samirə deyir. Amma illər uzunu məşq öz sözünü deyib. Samirə dünya çempionatlarının bir neçə dəfə qalibi olub. P.F.Lesqaft adına Fiziki Tərbiyə Universitetinin məzunu olan Samirə fitnes studiya şəbəkəsi qurub.

Bir çox şirkətlərdən fərqli olaraq məhz Samirənin şəbəkəsi pandemiyanın səbəb olduğu böhrana tab gətirə bilib. Qız əmindir ki, biznesini saxlamaqda ona məhz Rusiya və Azərbaycandakı idmançı keçmişi kömək olub.

“Böyük idmandan dərhal böyük biznesə keçdim, - Samirə deyir. – Mən istənilən şəraitə uyğunlaşmağa öyrənmişəm, ona görə də özünütəcrid zamanı dərhal onlayn fəaliyyətə keçdik. İdmanda, hətta sən fərdi yarışda iştirak etsən belə, sənin arxanda komanda dayanır. Sənin qələbələrin – onların da qələbəsidir, ona görə də əməkdaşlarımın karantini yaxşı  keçirməsi üçün kömək etmək çox vacib idi”.

Zayniddin Əbdülqasımov: “Rusiyada tibbə olan marağım daha da gücləndi”

Zayniddin Əbdülqasımov Rusiyaya Qırğızıstandan gəlib. O hazırda Başqırdıstan Dövlət Tibb Universitetinin ən yaxşı məzunlarından biri sayılır. Zayniddin deyir ki, gəlmə uşaqların yeni ölkədə uyğunlaşmasının, hələ üstəlik, tibb fakültəsində oxumasının çətin olduğunu gözəl anlayır. Ona görə də o, tələbələrə kömək etməyə qərar verib və onlar üçün “İnsan anatomiyası” dərnəyi təşkil edib. 

© Photo : Personal archiv
Zayniddin Əbdülqasımov

“Tibbdə məlumatın həcmi hər zaman böyükdür, - o deyir. – Bəzi tələbələrə anlamaq çətin olduğundan, biz də nəzəriyyəyə əlavə izah verir, mulyajların üstündə təcrübi biliklərini möhkəmlədirik”. 

Rusiyada COVID-19 pandemiyasının ən qızğın vaxtında Zayniddin Ufa koronavirus hospitalında həkimlərə kömək etməyə gedib. Deyir ki, bu işdə heç bir qəhrəmanlıq görmür, o, sadəcə, gələcəyin həkimidir. 

“Əlbəttə, bir qədər qorxulu idi, - Zayniddin danışır. – Başa düşürsən ki, səhhətinlə risk edirsən. Ancaq 6 saat dalbadal xüsusi kombinezonda işləmək çox ağırdır”.

© Photo : Personal archiv
Zayniddin Əbdülqasımov

Eyni zamanda o qeyd edir ki, bütün xoşagəlməz anları mehriban kollektiv və sağalmaq üzrə olan xəstələr kompensasiya ediblər.

Zayniddin deyir ki, onu ən çox 70 yaşlı bir xəstə təəccübləndirib: “Vəziyyəti ağır idi, reanimasiyaya düşdü... amma zarafat edirdi. Doğrudan da, hər şey əhvaldan asılıdır, kəfəni yırtdı, onu terapiya şöbəsinə köçürdülər”.

Gələcək peşəsinə maraq, Zayniddinin fikrincə, universitetdən çox asılıdır: “İstəyirəm ki, bunu yazasınız, - o deyir. – Mən müəllimlərimə minnətdaram. Mənim tibbə olan sevgim daha da artsın deyə onlar əllərindən gələni etdilər”.

Viktoriya Qvetadze: “Əsl gürcü kimi, şərab haqda dissertasiya da yazıram”

Viktoriya Qvetadze hələ məktəb illərindən Rusiyanın Xalqlar Dostluğu Universitetində təhsil almağı arzulayıb. Bu məqsədi naminə əlindən gələni edib – dövlət hesabına qəbul olub, fransız dilini də öyrənib. Çünki o, xüsusi proqram seçmişdi – təhsilinin yarım ilini Fransada keçirib.

© Photo : Personal archiv
Viktoriya Qvetadze

“Çox dolğun tələbə həyatım oldu, - Viktoriya deyir. – Konfranslar, “Rossotrudniçestvo”nun tədbirləri, Qorçakov fondunun dostlar klubu, üstəlik mən sinifkom və gürcü icmasının prezidentiydim”.

İcmaya başçılıq edərkən Viktoriya qərara gəlib ki, ölkəsini tək universitetdə deyil, onun hüdudları xaricində də təmsil etsin. O, Universitetdə gürcü musiqisi konsertləri, VDNX-da gürcü mədəniyyəti sərgiləri və Moskva Millətlər evində “Gürcüstanı tanıyaq” intellektual oyununu təşkil edib.

“Gürcüstanın sehri ondadır ki, onu sevməmək olmur, - Viktoriya deyir. – Ona görə bizim tədbirlərimizdə həmişə digər millətlərin nümayəndələri olurdu. Bir dəfə biz hospisdə çıxış zamanı rəqs edirdik. Bir gözəl məqam oldu: bir nənə mənə yaxınlaşıb, qucaqladı, dedi ki: “Çox sağ olun! Sevincdən gücüm-qüvvətim artdı”. İndi nə vaxtsa xeyriyyə fondu yaratmaq barədə düşünürəm”.

Hazırda Viktoriya Rusiya-Gürcüstan münasibətlərinin bərpası fondunda işləyir və namizədlik dissertasiyası yazır. Gülür – əsl gürcü kimi, namizədlik dissertasiyası da şəraba həsr olunub.

“Mən iqtisadçıyam, dünya bazarında şərabın struktur dəyişikliyini izləyirəm, əlbəttə ki, Gürcüstan da mənim tədqiqatımda yer alır, - qız deyir. – Ümumiyyətlə, indiyədək öyrənirəm. Yeri gəlmişkən, təhsil alarkən gələcək ərimlə tanış olmuşam, bu gürcü diasporunun tədbirində baş verdi. Odur ki, hər şey alındı. Oraya qəbul olunduğuma görə peşman deyiləm”.

Adil Yermek: “Ən çətin məsələləri həll edə bilirəm, çünki Rusiyada aldığım təhsil məni möhkəmlədib”

Qazaxıstanlı Adil Yermek Milli Nüvə Tədqiqatları Universitetinin Moskva Fizika-Mühəndis İnstitutuna (MİFİ) asanlıqla qəbul oluna bilərdi, çünki müxtəlif olimpiada və müsabiqələrdə dəfələrlə qələbə qazanmışdı. Ancaq o, çətin yolu seçib – hamı kimi imtahan verməyi üstün tutub.

“İş bundadır ki, mən proqramlaşdırma fakültəsinə qəbul oluna bilıərdim, - Adil deyir. – Amma fizika fakültəsini istəyirdim. Uşaqlıqdan mühəndis olmaq istəmişəm”.

© Photo : Personal archiv
Adil Yermek

Fizikanı isə o, uşaqlığından məhz Moskvada öyrənmək istəyib.

“Rusiyada təhsil karyera üçün güclü baza verir, - Adil deyir. – MİFİ-də təhsil çətindir. Burada davam gətirmək də asan deyil. Ancaq bu ali məktəb mənə ən mürəkkəb məsələləri həll etmək bacarığı aşıladı. Bilirəm ki, həmişə məqsədlərimə çatacam, çünki universitet məni ruhən möhkəmlətdi”. 

Adil hələ birinci kursda fizika üzrə Ümumrusiya Olimpiadasında birinci yerə çıxıb. İndi isə özü bu fənni uğurla tədris edir. Bir neçə il əvvəl o özünün maarifləndirici portalını yaradıb və orada onlayn rejimdə uşaqlara fizika və riyaziyyatı öyrədir. Onun “şagirdləri”nin coğrafiyası genişdir: Rusiya, Qazaxıstan, ABŞ və Fransa. 

Sardor Sodikov: “Rusiyada oxuyub Özbəkistanda elmi inkişaf etdirirəm”

Özbəkistanlı Sardor Sodikov Ali İqtisad Məktəbinin fəxridir, demək olar ki, onun qazanmadığı qrand və təqaüd qalmayıb.

“Mən elmi fəaliyyətə görə artırılmış stipendiya, Jaguar Land Rover-də «Game Changer» təqaüdü, Oksford stipendiyası və prezident təqaüdü almışam”, - Sardor sadalayır.

© Photo : Personal archiv
Sardor Sodikov

Amma səmimi etiraf edir ki, bu qələbələrdə nəsə qeyri-adi bir şey görmür. 

“Mən axı buraya oxumağa gəlmişəm, - Sardor deyir. – Bunları ötürmək axmaqlıq olardı. Üstəlik, ali məktəbdə ispan dilini də öyrənmək imlkanım oldu. Əlbəttə ki, ondan da yararlandım”.

Hazırda Sardor aspiranturada oxuyur. Bir müddət o, elmi fəaliyyətini işlə uyğunlaşdırmağa müvəffəq olub (Sardor ingilis dilində makroiqtisadiyyatı tədris edirdi),  amma sonra ona dəhşətli diaqnoz qoyublar – limfoma.

“Stress, depressiya yox idi, - Sərdar deyir. – Düzdür, hər insanın öz psixologiyası var, amma mən nə iləsə başımı qatmalı idim. Araşdırma layihəsi yazmağa başladım, bu isə mənə enerji verirdi”.

Sardorun strategiyası bəhrəsini verdi – o sağaldı və hazırda Özbəkistanda Çimərlik Futbolu Assosiasiyasının yaradılması layihəsi üzərində işləyir. Onun ideyası ilə artıq Rusiya Voleybol Federasiyası da maraqlanır. Bundan başqa, Sardor Sodikov  Mərkəzi Asiyanın iqtisadi proseslərini də öyrənir və hesab edir ki, onun təhsilinin əsas qayəsi də məhz bundadır – doğma ölkəsinə kömək etmək üçün təcrübə toplamaq.

Qurdofarid Sangin: “Tacikistan haqda stereotipləri dağıdıram”

Qurdofarid nəql eləyir ki, doqquzuncu sinifdə Sankt-Peterburqa gəldiyi gün şəhərə aşiq olub və özünə söz verib ki, mütləq burada təhsil alacaq.

“Beləliklə, özümə bir məqsəd qoydum, -  qız deyir. – Bir çox olimpiadalarda iştirak elədim, hətta Xocənd merinin təqaüdünü də qazandım, nəhayətdə “Rossotrudniçestvo” proqramı vasitəsilə Meçnikov adına Dövlət Şimal-Qərb Tibb Universitetinə qəbul olundum”.

Qurdofarid cəmi bir ildir, oxuyur, amma artıq Tacikistan haqda bir çox stereotipləri qırmağa müvəffəq olub. Onun qüsursuz rus şivəsi və elmi fəaliyyəti çoxlarını təəccübləndirir.

© Photo : Personal archiv
Qurdofarid Sangin

İş bundadır ki, Qurdafarid Sırdərya çayının təmizlənməsi üçün layihə hazırlayıb və onun sahilində tapılan tuillantıların təkrar emalı üçün aksiya təşkil edib. Hazırda Qurdofarid – Tacikistan Kiçik Elmlər Akademiyasının üzvüdür.

“Bir dəfə mənə dedilər ki, “Sən daim oxuyursan və rusca belə gözəl danışırsan. Biz elə bilirdik ki, taciklər ancaq tikintidə işləyirlər””, - o danışır. – Ancaq mən incimədim. Mənim davranış xəttim başqadır, mən insanları tacik yeməklərinə qonaq edirəm. Universitetimizdə isə hətta ənənəmiz peyda oldu – qrupumuz çoxmillətlidir, birlikdə bayramları qeyd edirik, bir-birimizə milli rəqslərimizi öyrədirik, təbii ki, mən də tacik rəqslərini öyrədirəm. Şablonları da belə qırırıq”.

210
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev: "Azərbaycan öz xalqını, öz insanlarını, öz torpağını müdafiə edir" VİDEO

100
ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb

BAKI, 29 sentyabr - Sputnik. “Böhranın hazırkı kəskinləşməsi zamanı Azərbaycanda dinc sakinlər, o cümlədən uşaqlar həlak olublar, hərbçilər arasında itkilər var. Ona görə də ölkə öz xalqını, öz insanlarını və öz torpaqlarını müdafiə etmək üçün təcavüzkara adekvat cavab verməli idi”.

Sputnik Azərbaycan bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün “Rossiya-1” telekanalında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hadisələrə həsr olunmuş verilişdə çıxış edərkən deyib.

Veriliş zamanı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

Dövlətimizin başçısı qeyd edib ki, cəbhədə vəziyyət gərgindir. Buna baxmayaraq iki ölkə arasında danışıqlar Ermənistanın qəbuledilməz tələblərinə görə hazırda mümkün deyil.

ATƏT-in Minsk qrupunun prinsiplərinin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır, dövlət başçısı vurğulayıb.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

© Official website of President of Azerbaijan Republic

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var. Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir. Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.

Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov isə açıqlamasında qeyd edib ki, Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz azad edilib. A.Eyvazov bildirib ki, hazırkı məlumata görə, Füzuli–Cəbrayıl istiqamətində Qaraxanbəyli, Şərvənj, Kənd Horadiz, Nüzgar, Yuxarı Abdurrəhmanlı, Aşağı Abdurrəhmanlı, Böyük Mərcanlı kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər nəzarətə götürülüb.

100
Teqlər:
Prezident İlham Əliyev, ölənlər və yaralılar, cəbhə, erməni təxribatı, Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Artilleriya bölmələrimiz Ermənistan ordusuna sarsıdıcı zərbələr endirir - VİDEO
Füzuli istiqamətində Ermənistan SQ-nin əks-hücum cəhdi dəf edilib
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı

Növbəti erməni təxribatını əngəlləmək üçün Kamran Əliyev rusiyalı həmkarına müraciət etdi

71
(Yenilənib 21:50 29.09.2020)
Ara Abramyan Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanat yayıb

BAKI, 29 sentyabr - Sputnik. Bir sıra Rusiya kütləvi informasiya vasitələrində və sosial media səhifələrində Rusiya erməniləri İttifaqının rəhbəri Ara Abramyanın Rusiyada yaşayan 20 minə yaxın erməni soydaşlarını könüllü qismində Dağlıq Qarabağ ərazisinə Rusiyadakı erməni diasporasının koməkliyi ilə göndəriləcəyinə dair bəyanatı yayılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baş Prokurorluğun açıqlamasında qeyd olunub.

Bildirilir ki, bundan başqa, Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi üzrə Mərkəzin sədri Semyen Baqdasarovun “Vzqlyad” qazetində Azərbaycanın mülki dinc əhalisinin yaşadığı Gəncə şəhəri və Daşkəsən rayonu ərazilərinin, o cümlədən beynəlxalq strateji əhəmiyyət kəsb edən Bakı-Ceyhan qaz kəmərinin atəşə tutulması barədə çıxışı da yer alıb.

Qeyd edilənlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnova və İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinə rəsmi müraciət edərək bildirib ki, sentyabrın 27-dən başlayaraq təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla, o cümlədən Cenevrə Konvensiyası və BMT-nin Təhlükəsizlik Şurasının qərarları ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyərək dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri ağır artilleriyadan atəşə tutmuş, nəticədə mülki əhali arasında ölən və yaralananlar var.

Müraciətdə, həmçinin göstərilib ki, hədəf kimi əhalinin kompakt olduğu məntəqələr - rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektlər - xəstəxanalar, tibb məntəqələri, məktəb binaları, uşaq bağçaları seçilir.

Hazırki vəziyyəti və yuxarıda qeyd edilənləri nəzərə alaraq, Baş Prokuror Azərbaycan Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş təcavüzkar siyasəti yürüdən, o cümlədən bəyanatlarında Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 208.1 (federal qanunla nəzərdə tutulmayan silahlı birləşmənin yaradılması, habelə belə bir qurumun rəhbərliyi və ya onun maliyyələşdirilməsi), 205.2.2 (KİV istifadə edilməklə terror fəaliyyətlərinə, terrorizmin ictimai əsaslandırılmasına və ya terrorizmin təbliğinə açıq çağırışlar), 280.2 (KİV istifadə edilməklə ekstremist fəaliyyətə açıq çağırışlar), 282.2 “b” bəndi (nifrət və ya düşmənçiliyin qızışdırılması, habelə insan ləyaqətinin alçaldılması), 359.3 (muzdluluq) və digər maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsinə açıq çağırışlara yol verən şəxslər və təşkilatlar barəsində qanuni tədbirlərin görülməsini xahiş etməklə, məsələni şəxsi nəzarətlərinə götürülməsinə ümidvar olduğunu bildirib.

71
Teqlər:
Kamran Əliyev, erməni təxribatı, Erməni diasporu, Rusiya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Hikmət Hacıyev: "Ermənistan radarlara baxsın"
Hüsənli kəndində Ermənistan ordusunun mərmisi yaşayış evini dağıdıb – VİDEO
MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”
Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Cocuq Mərcanlıda 14 yaşlı uşaq yaralandı
Rus İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı
Türkiyə və Azərbaycan bayrağı, arxiv şəkli

"Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" - Türk məşhurlardan dəstək

0
(Yenilənib 23:46 29.09.2020)
Azərbaycan-Ermənistan təmas xəttində bir neçə gündür gedən döyüşlərə Türkiyənin məşhur ulduzları da laqeyd qalmayıblar

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan silahlı qüvvələri sentyabrın 27-də təxribata əl atdıqdan sonra Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmağa davam edir. Atəş nəticəsində dinc sakinlər əziyyət çəkirlər, infrastruktur məhv edilir. Bir neçə gündür ki, davam edən müharibəyə qardaş Türkiyənin məşhur sənət adamları da dəstək veriblər. Sputnik Azərbaycan xəbər verir ki, onlar şəhidlərimizə rəhmət diləyib, Azərbaycana dəstək olduqlarını vurğulayıblar.

View this post on Instagram

A post shared by SERENSERENGİLTV (@serenserengil) on

Aktyor Oktay Kaynarca paylaşımında "Türkiyə daim Azərbaycanın yanındadır" sözlərini yazıb.

Aktrisa Tuvana Türkay isə paylaşımını "Şəhidlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm" sözləri ilə tamamlayıb.

View this post on Instagram

A post shared by 🇹🇷 Mustafa Ceceli (@mustafaceceli) on

Müğənni Ebru Yaşar "Biz bir millət, iki dövlətik. Azərbaycana edilən hücumları qınayıram. Qardaşlarımızın yanındayıq" sözlərini qeyd edib.

Müğənni Mustafa Ceceli isə "Vaxtı gəldi, Allah zəfər nəsib etsin" sözləri ilə dəstək olub.

View this post on Instagram

A post shared by Serdar Ortaç (@serdarsortac) on

Aparıcı Seren Serengil "Dostunuz dostumuz, düşməniniz düşmənimizdir. Kədəriniz kədərimiz, sevinciniz sevincimizdir. Xarakterli dost belə olur. İki dövlət, tək millətik. Bizimlə kimsə dava etməsin, etməyə də cəhd etməsin", - deyə o yazıb.

View this post on Instagram

A post shared by Alişan (@alisanofficial) on

Seda Sayan Mustafa Kamal Atatürkün məşhur "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir" kəlamını paylaşıb.

Müğənni Alişan "Hər şey Vətən, Qarabağ, cəbhə, qələbə üçün" deyə vurğulayıb. Bundan başqa, müğənni bu gün öz səhifəsində azərbaycanlı müğənni Azərinin "Çırpınırdı Qara dəniz" mahnısını paylaşıb.

0
Teqlər:
Bir millət, iki dövlət, dəstək, məşhurlar, Türkiyә, Azərbaycan, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Sami Yusuf Azərbaycan Ordusuna dəstək verib
Bakı bayrağımızın rənglərinə boyandı - FOTO
Xarici ölkələrdə yaşayan məşhurlardan Azərbaycana və ordumuza dəstək gəldi
Hacı Zeynalabdin Tağıyevin nəvəsindən Azərbaycana dəstək
Diaspor Komitəsi xaricdə yaşayan azərbaycanlılara müraciət edib