Ukraynda etirazlar, arxiv şəkli

Patruşev: Qərb MDB ölkələrində rəngli inqilablar təşkil edir

12
(Yenilənib 14:54 10.06.2020)
Daha əvvəl SSRİ-nin tərkibində olan bəzi ölkələrdə çevrilişlərin hazırlanması zamanı Qərb Sovet İttifaqının dağılmasından sonra şüurlu yaşa daxil olanlara üstlünük verir.

BAKI, 10 iyun — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının Baş katibi Nikolay Patruşev bəyan edib ki, Qərbin əsas strateji hədəflərindən biri Rusiyada "rəngli inqilabdır". Sputnik Azərbaycan bu barədə "Arqumenti i faktı" nəşrinə istinadən xəbər verir.

Patruşev iddia edir ki, Qərb Rusiyada ictimai-siyasi vəziyyəti pozmaq və son nəticədə "rəngli çevrilişi" həyata keçirmək üçün Sovet İttifaqının tərkibində olmuş ölkələrə "inqilabların ixracı" ilə məşğul olur.

Onun sözlərinə görə, daha əvvəl SSRİ-nin tərkibində olan bəzi ölkələrdə çevrilişlərin hazırlanması zamanı Qərb Sovet İttifaqının dağılmasından sonra şüurlu yaşa daxil olanlara üstlünük verir.

Patruşev izah edib ki, bu cür insanların SSRİ haqqında öz təsəvvürləri və real bilgiləri yoxdur: "Gürcüstan və Rusiya nümunələri göstərir ki, Rusiya ətrafında ona düşmən təbəqələrin dövlət tərzinin formalaşdırılması prosesi süni yolla daha da sürətləndirilə bilər".

12
Троицкая башня Московского Кремля

Kreml: Rusiyalı hərbçilər Qarabağdakı vəziyyəti diqqətlə izləyirlər

67
(Yenilənib 15:08 30.09.2020)
Peskov: "Bizim hərbçilər hərbi əməliyyatların getdiyi təmas xəttində (Dağlıq Qarabağda) vəziyyətin inkişafını diqqətlə izləyir. Bütün məlumatlar diqqətlə analiz edilir".

BAKI, 30 sentyabr — Sputnik. Rusiyalı hərbçilər Dağlıq Qarabağda təmas xəttində vəziyyəti diqqətlə izləyirlər. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim hərbçilər hərbi əməliyyatların getdiyi təmas xəttində (Dağlıq Qarabağda) vəziyyətin inkişafını diqqətlə izləyirlər. Bütün məlumatlar diqqətlə analiz edilir. Həmçinin dünyanın müxtəlif ölkələrində yüksək və ali səviyyədə səsləndirilən, müxtəlif beynəlxalq liderlərin dilə gətirdikləri bəyanatları da səliqə ilə qeyd edirik", - deyə Peskov qeyd edib.

Bu arada Kreml bəyan yayaraq Azərbaycanla Ermənistanı atəşkəsə çağırıb.

67
Teqlər:
Kreml, Dağlıq Qarabağ, Dmitri Peskov, Vladimir Putinin köməkçisi Dmitri Peskov
Кинолента, фото из архива

Avetisyanın filmi Moskva Beynəlxalq Kino Festivalının proqramından çıxarılıb

110
(Yenilənib 13:38 30.09.2020)
Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib

BAKI, 30 sentyabr — Sputnik. Erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") filmi 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramından çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunun üçün Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən müvafiq addım atılıb.

Festivalın rəhbərliyi tərəfindən nazirliyə daxil olan rəsmi müraciətdə filmin müsabiqədənkənar proqramdan çıxarıldığı, eləcə də festivalın rəsmi saytından silindiyi bildirilib.

Eyni zamanda, Azərbaycan rejissoru İsmayıl Səfərlinin "Balıqçı qızı" bədii filmi bu il 42-ci Moskva Beynəlxalq Kino Festivalının əsas proqramına salınıb və festivalda Azərbaycanı təmsil edəcək.

Qeyd edək ki, oktyabrın 1-dən 8-dək keçiriləcək 42-ci Moskva Beynəlxalq Kino Festivalının "Dünyadan filmlər" adlı müsabiqədənkənar proqramına erməni rejissor Civan Avetisyanın "Cənnətin qapısı" ("Gate to heaven") adlı bədii filmi də daxil edilmişdi.

ABŞ, Fransa, İtaliya, Çexiya, Bolqarıstan, Almaniya və Litvadan da kinematoqrafçıların cəlb olunduğu bildirilən filmdə erməni rejissor, öz ənənəvi xislətlərinə sadiq qalaraq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi saxtakarlıq və yalan üzərində qurulan bir kinosüjeti tamaşaçılara təqdim edir. Hadisələri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində cərəyan edən filmin yaradıcıları bununla bir daha kinematoqrafdan məqsədli şəkildə təbliğat müharibəsində alət kimi yararlandıqlarını göstərirlər. Erməni tərəfi əvvəllər də bu qəbildən filmlər çəkərək, xaricdəki lobbisinin dəstəyi ilə müxtəlif ölkələrdə nümayiş etdirib.

110
Teqlər:
Mədəniyyət Nazirliyi, Moskva, kinofestival, film, erməni təxribatı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
Əlaqədar
Azərbaycanda "Diriliş Ərtoğrul"un yayımına başlanılır
Azərbaycanlı rejissorun filmi məşhur festivalın ilk turunu uğurla keçib
Azərbaycanlı rejissorun filmi "Qızıl Mükafat" alıb
Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmiş həmyerlimiz haqqında film çəkilib
Filmimiz MDB ölkələrinin kinoprokatına çıxacaq
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

0
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

0