Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva kimə üstünlük verdiyini açıqladı

© Sputnik / Alexey Druzhinin / Mediabanka keçidПрезидент РФ Владимир Путин наблюдает за пролетом военной авиации во время воздушного парада, посвященного 75-летию Победы в Великой Отечественной войне
Президент РФ Владимир Путин наблюдает за пролетом военной авиации во время воздушного парада, посвященного 75-летию Победы в Великой Отечественной войне - Sputnik Azərbaycan
Abunə olmaq
Qeyd edək ki, may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin paradın iyunun 24-də keçiriləcəyini bildirib.

BAKI, 4 iyun — Sputnik. Moskvada keçiriləcək hərbi parada dəvət olunanlar siyahısında üstünlük əvvəlki kimi MDB ölkə başçılarına verilir. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Mən yenə də sizə xatırladıram ki, Moskvada keçiriləcək hərbi parada dəvət olunanlar siyahısında üstünlük əvvəlki kimi MDB ölkə başçılarına verilir", - deyə Peskov jurnalistərin Moskvadakı Qələbə paradına BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə dəvətin göndərilməsi və onlara cavabın alınıb-alınmaması barədə sualı cavablandırarkən bildirib.

Qeyd edək ki, may ayının sonunda Rusiya Prezidenti Vladimir Putin paradın iyunun 24-də keçiriləcəyini bildirib.

Xəbər lenti
0