Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya ilə Türkiyə yenə bir mübarizədə: ancaq bu dəfə qan tökməyəcəklər

© AFP 2023 / FABRICE COFFRINIФлаги Турции и России, фото из архива
Флаги Турции и России, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya Baş nazirinin köməkçisi Dmitri Çernışevski deyib ki, bütün tibb müəssisələri effektiv peyvənd alanadək mövcud risklərlə yaşamağı öyrənmək lazımdır

BAKI, 3 iyun — Sputnik. Rusiya və Türkiyə koronavirus vaksini üzərində birgə iş aparacaqlar. Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca rusiyalı həmkarı Mixail Muraşko ilə danışıqlardan sonra özünün Twitter səhifəsində yazıb.

Nazirin sözlərinə görə, rusiyalı həkimlər Türkiyədə tətbiq olunan COVID-19 müalicəsinin effektiv olduğunu qeyd edirlər. Ona görə də Rusiya və Türkiyə səhiyyə nazirlikləri ilə əməkdaşlıq edən müəssisələr preparatı birlikdə hazırlayacaqlar.

​Rusiyalıları kütləvi surətdə payızın əvvəlində koronavirusa görə peyvənd edə bilərlər. Baş nazirin köməkçisi Dmitri Çernışevski deyib ki, bütün tibb müəssisələri effektiv peyvənd alanadək mövcud risklərlə yaşamağı öyrənmək lazımdır.

Qeyd edək ki, son məlumatlara görə, Türkiyədə koronavirusa yoluxanların sayı 165555, ölənlərin sayı 4585 olub. Bu günədək 129921 nəfər sağalıb.

Rusiyada isə koronavirus aşkarlananların sayı 423 mini, ölənlərin sayı isə 5000-i keçib. Təxminən 187 min insan COVID-19-dan sağala bilib.

Xəbər lenti
0