Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şimal qonşumuzda bir gündə yüzdən çox şəxs koronavirusdan öldü

© Sputnik / Anastasiya Makaryicheva / Mediabanka keçidФельдшер бригады экстренного реагирования
Фельдшер бригады экстренного реагирования - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyada pandemiya yayılandan 5037 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 11108 nəfər olub

BAKI, 2 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8863 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 182 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 423741-ə çatıb. Rusiyada pandemiya yayılandan 5037 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 11108 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 186985-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,2 milyonu keçib, 375 mindən çox adam isə virus səbəbilə ölüb.

Xəbər lenti
0