Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu rəqəmlər heyrət doğurur: koronavirusa görə də uşağa bu qədər pul verərlər?

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidБанкноты номиналом 1000 рублей во время счетно-сортировальных работ
Банкноты номиналом 1000 рублей во время счетно-сортировальных работ  - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 1-də həmçinin üç yaşından yeddi yaşınadək uşaqları olan aztəminatlı ailələrə ödənişlər başlanacaq.  Onlar ilin əvvəlindən keçən hər ay üçün yaşayış minimumunun yarısı miqdarında müavinət ala biləcəklər.

BAKI, 31 may — Sputnik. İyun ayının 1-dən etibarən Rusiyada uşaqlar üçün "koronavirus ödənişləri” adlandırılan vəsaitlərin ödənilməsinə başlanacaq.

Sputnik Azərbaycan Rusiya mediasına istinadla xəbər verir ki, söhbət 10 min rubl (242 manat) dəyərində birdəfəlik ödənişdən gedir. Bu vəsaiti 16 yaşadək uşağı olan bütün ailələr 2020-ci ilin iyul ayına qədər əldə edə biləcəklər.

"10 min rubl məbləğində birdəfəlik ödəniş Rusiya Federasiyasının ərazisində yaşayan, Rusiya vətəndaşlığı olan və burada doğulan (övladlığa götürülən) 3-16 yaşlı hər bir uşağa 1 iyun 2020-ci il tarixindən başlayaraq ödəniləcək”, - Nazirlər Kabinetinin saytında yayımlanan sənəddə bildirilir. 

Bu tədbirin həyata keçirilməsi mayın 11-də prezidentin müraciəti zamanı elan edilib. Rəsmiləşdirmə işləri sadələşdirilmiş qaydada aparılır. Bunun üçün ÇFM (Çoxfunksiyalı mərkəz) və ya Pensiya Fonduna birbaşa, yaxud dövlət xidmətlərinin saytı vasitəsilə uzaqdan müraciət etmək kifayətdir. Ərizə verərkən uşağın doğum haqqında şəhadətnaməsi, VÖEN və valideynlərdən birinin pasport məlumatları tələb olunur.

Ərizələrin qəbulu artıq başlayıb və vətəndaşlar 2020-ci ilin oktyabr ayına qədər müraciət edə bilərlər.

Ümumilikdə, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin hesablamalarına görə, yeni dəstək tədbirlərinə təxminən 22 milyon uşaq qoşula bilər.

İyunun 1-də eyni zamanda, üç yaşından yeddi yaşınadək uşaqları olan aztəminatlı ailələrə ödənişlər başlanacaq.  Onlar ilin əvvəlindən keçən hər ay üçün yaşayış minimumunun yarısı miqdarında müavinət ala biləcəklər. Bundan sonra isə hər ay ödənişlər davam etdiriləcək.

Xəbər lenti
0