Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada koronavirusa yoluxanların sayı 400 mini keçdi

© Sputnik / Aleksey Suhorukov / Mediabanka keçidРабота скорой помощи "Домашний доктор" в России
Работа скорой помощи Домашний доктор в России - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda dünyada virusa yoluxanların sayı 6 milyonu keçib, 369 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 31 may — Sputnik. Bir sutka ərzində Rusiyada 9268 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 138 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 405843-ə çatıb. Rusiyada pandemiya yayılandan 4693 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 2123 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 171883-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6 milyonu keçib, 369 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbər lenti
0