RF-nin Baş naziri Mixail Mişustin, arxiv şəkli

Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj

82
(Yenilənib 20:12 29.05.2020)
"Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik"

BAKI, 29 may — Sputnik. MDB ölkələri enerji bazalarında konyunkturadan asılılığı azaltmalıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB hökumət başçılarının Şurasının iclasında bildirib.

"Əminəm ki, MDB-yə üzv bütün ölkələr qlobal enerji bazarlarında konyunkturadan asılılığı azaltmalıdır. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatlarımızın əksər sahələrinə təsir edib", - deyə Mişustin vurğulayıb.

O qeyd edib ki, bu şəraitdə ölkələr arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olduqca önəmlidir:

"Bu hədəflər MDB-nin 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyaları layihəsində yer alıb. Bu layihə bizim ölkələrin iqtisadi mövqelərinin möhkəmləndirilməsinə, mal-məhsulların rəqabətədavamlılığının artırılmasına, sənaye sektorları və xidmət sektorlarının inkişafına, ən əsası isə birlik ölkələrinin sakinlərinin rifahının yaxşılaşmasına yönəlib".

Mişustin, həmçinin vurğulayıb ki, heç də asan olmayan iqtisadi şəraitdə strategiyaların qəbulu bütün ölkələrin ümumi maraqlarındadır: "Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik".

82
Əlaqədar
Azərbaycanın koronavirusla bağlı yardım etdiyi ölkələrin adı açıqlandı
"Azərbaycan dünyada koronavirusla mübarizədə fəal rol oynayır" – Məmmədyarov
Prezident İlham Əliyev: "Müasir, qabaqlayıcı vasitələrə ehtiyacımız var"
Elmar Məmmədyarovla Sergey Lavrov telefonla danışdılar
Sputnik V peyvəndi, arxiv şəkli

"Rusiya pul dalınca qaçmır": Avropada "Sputnik-V" peyvəndinin müdafiəsinə qalxdılar

13
(Yenilənib 17:59 18.01.2021)
Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

BAKI, 18 yanvar — Radio Sputnik. Rusiya koronavirus pandemiyasının qarşısını almağa qadir dərman hazırlayıb; "Monde diplomatique" fransız qəzetinin ispan nəşrinin yazdığına görə, Qərbdə rus elmi ilə bağlı cəhalət hökm sürür.

"Qərbin "Sputnik-V" peyvəndinin yaradılmasına laqeyd və şübhəli yanaşması Rusiyanın elmi ənənələri haqqında məlumatsızlıqdan irəli gəlir. "Dil, mədəni və siyasi fərqliliklərdən qaynaqlanan bu cəhalət Rusiyadakı təşəbbüslərə şübhə ilə yanaşır", – deyə jurnalist vurğulayır.

O qeyd edib ki, preparatın işlənib-hazırlanması Rusiyadakı elmi axtarışların bütöv bir tarixi elmi inkişaf zəncirinin nəticəsidir. Jurnalistin sözlərinə görə, Qərb "hekayəçiləri" illərdir Rusiyanın elm sahəsindəki inkişafını inkar etdiklərindən, indi bu ölkənin peyvənd yaratdığını eşidəndə təəccüblənirlər.

"ABŞ və Avropa Şurası kimi əczaçılıq laboratoriyalarının öz dərmanlarına astronomik qiymətlər qoyduğu ölkələrdən fərqli olaraq, Rusiya pul dalınca qaçmır", – deyə Federiko Kusko qeyd edir.

Onun sözlərinə görə, hazırda müxtəlif ölkələrdə "Sputnik-V" ilə bağlı geniş yayılmış bu cür şübhələr 50 ildən sonra heç kimin yadına düşməyəcək.

13
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır

16
(Yenilənib 16:29 18.01.2021)
"Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk".

BAKI, 18 yanvar — Sputnik. "Ermənistan rəsmilərinin Qarabağda siyasiləşmiş bəyanatları gərginlik yaradır. Məncə, bundan qaçmaq daha yaxşı olardı". Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov 2020-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

"Biz artıq 44 günlük müharibədən öncə Qarabağdan və ya Qarabağla bağlı verilən emosional bəyanatlara şahid olmuşuq: "Yeni müharibə - yeni ərazilər". Bilirsiniz necə? Söz material gücə çevrilir. Bu halda müxtəlif tərəflərdən sözlər neqativ material gücə çevrildilər. Ona görə də biz indi Azərbaycan və Ermənistan rəhbərliyi arasında əlaqənin yaranmasına, inam atmosferinin yaranmasına xüsusi önəm veririk. Mən ümid edirəm ki, emosiyalar ikinci plana keçiriləcək", - deyə Lavov qeyd edib.

16
Bakı məktəblərin birində, arxiv şəkli

Orta məktəbi vaxtından əvvəl bitirmək istəyənlər üçün imkan

0
(Yenilənib 17:57 18.01.2021)
İstedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

BAKI, 18 yanvar — Sputnik. Ümumi təhsilin hər hansı səviyyəsini vaxtından əvvəl bitirmək istəyən istedadlı şagirdlər üçün eksternat qaydasında imtahan keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) əmrinə əsasən, eksternat imtahanı yanvarın 19-da təşkil olunacaq.

Qeydiyyatdan keçmiş məktəblilərin biliyi test imtahanı vasitəsilə yoxlanılacaq. İmtahan hər fəndən 10 sual olmaqla, fənn proqramlarına uyğun hazırlanacaq və nəticələr müvafiq komissiya tərəfindən 100 ballıq şkala üzrə qiymətləndiriləcək. Test imtahanından uğurla keçən istedadlı şagirdlər müsahibəyə cəlb olunacaqlar.

Qeyd edək ki, istedadlı şagirdlər üçün təşkil olunan eksternat imtahanı Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi Qaydaları" əsasında keçirilir.

0