COVID-19 qarşı peyvənd, arxiv şəkli

Qonşumuz peyvəndlə bağlı uğur əldə edib! Qarşıda "istehsal vaxt başlayır" sualıdr

270
(Yenilənib 17:47 23.05.2020)
"Preklinik tədqiqatlar başa çatır, xırda heyvanlar üzərində işlər görülüb... indi primatlar, yəni meymunlar üzərində eksperimentlər başa çatır", - alim qeyd edib.

BAKI, 23 may — Sputnik. Koronavirus peyvəndinin preklinik tədqiqatları yaxşı nəticə verib və iyunun 15-dək onun insanlar üzərində sınaqları başlayacaq. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr Gintsburq RİA Novosti-nin əməkdaşı ilə söhbətində bildirib.

"Preklinik tədqiqatlar başa çatır, xırda heyvanlar üzərində işlər görülüb... indi primatlar, yəni meymunlar üzərində eksperimentlər başa çatır, orada da tanrıya şükür ki, həm immunogenlik, həm də təhlükəsizlik üzrə yaxşı nəticələr əldə edilir", – Gintsburq qeyd edib.

Onun sözlərinə görə, preklinik sınaqlar iyunun ilk ongünlüyündə başa çatdırıla bilər.

Gintsburg könüllü seçiminin aparıldığını və peyvəndin istehsalına yayın sonuna başlamağı istədiklərini qeyd edib.

"İnsanlarda test aparılması icazəsini almaq üçün sənədləri dərhal Səhiyyə Nazirliyinə təqdim etmək qalır. Ümid edirəm ki, pandemiya ilə əlaqədar olaraq ərizəmiz sürətlə nəzərdən keçiriləcək. Ümid edirəm, çünki iyunun 15-dək bu icazəni əldə etməyi və insan populyasiyası üzərində klinik araşdırmalara başlamağı planlaşdırırıq", - akademik əlavə edib.

270
RF-nin Baş naziri Mixail Mişustin, arxiv şəkli

Rusiya Baş nazirindən MDB ölkələrinə mesaj

23
(Yenilənib 20:12 29.05.2020)
"Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik"

BAKI, 29 may — Sputnik. MDB ölkələri enerji bazalarında konyunkturadan asılılığı azaltmalıdır. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin MDB hökumət başçılarının Şurasının iclasında bildirib.

"Əminəm ki, MDB-yə üzv bütün ölkələr qlobal enerji bazarlarında konyunkturadan asılılığı azaltmalıdır. Neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsi bizim iqtisadiyyatlarımızın əksər sahələrinə təsir edib", - deyə Mişustin vurğulayıb.

O qeyd edib ki, bu şəraitdə ölkələr arasında ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi olduqca önəmlidir:

"Bu hədəflər MDB-nin 2030-cu ilə qədər iqtisadi inkişaf strategiyaları layihəsində yer alıb. Bu layihə bizim ölkələrin iqtisadi mövqelərinin möhkəmləndirilməsinə, mal-məhsulların rəqabətədavamlılığının artırılmasına, sənaye sektorları və xidmət sektorlarının inkişafına, ən əsası isə birlik ölkələrinin sakinlərinin rifahının yaxşılaşmasına yönəlib".

Mişustin, həmçinin vurğulayıb ki, heç də asan olmayan iqtisadi şəraitdə strategiyaların qəbulu bütün ölkələrin ümumi maraqlarındadır: "Şübhəsiz ki, biz birlikdə koronavirusun neqativ nəticələrinin öhdəsindən daha sürətlə gələ bilərik".

23
Əlaqədar
Azərbaycanın koronavirusla bağlı yardım etdiyi ölkələrin adı açıqlandı
"Azərbaycan dünyada koronavirusla mübarizədə fəal rol oynayır" – Məmmədyarov
Prezident İlham Əliyev: "Müasir, qabaqlayıcı vasitələrə ehtiyacımız var"
Elmar Məmmədyarovla Sergey Lavrov telefonla danışdılar
Gürcüstanda Riçard Luqar adına laboratoriya, arxiv şəkli

Mərkəzi Asiya Qafqazdakı biolaboratoriyalar ABŞ-ın nəyinə lazımdır

10
(Yenilənib 20:07 29.05.2020)
Amerikalılar Qazaxıstan, Ermənistan və Tacikistanda bioloji laboratoriyalar şəbəkəsini yaradıblar. Rusiya isə çoxdandır qonşu ölkələrdə bioloji təhlükəsizlik ilə bağlı narahatdır

BAKI, 29 may — Sputnik, Qaliya İbrahimova. "Birləşmiş Ştatlar bütün dünyada, o cümlədən sərhədlərimiz ətrafında hərbi-bioloji fəaliyyətlə məşğuldur". Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşündə bildirib. Moskva çoxdandır qonşu ölkələrdə bioloji təhlükəsizlik ilə bağlı narahatdır. Amerikalılar Qazaxıstan, Ermənistan və Tacikistanda bioloji laboratoriyalar şəbəkəsini yaradıblar. Rusiyada xüsusilə Gürcüstandakı Luqar mərkəzi ilə bağlı suallar yaranıb. Bütün bunlar Vaşinqtonun nəyinə lazımdır? Ətraflı RİA Novosti-nin materialında.

Qəsdən sızdırılma

Qazaxıstanda koronavirusa ilk yoluxma faktı martın əvvəlində qeydə alınıb. Hökumət sərhədləri bağlayıb və fövqəladə vəziyyət elan edib. İnternetdə isə virusun 2016-cı ildə ölkənin cənub-şərqində amerikalılar tərəfindən tikilmiş biolaboratoriya ilə əlaqəli ola biləcəyi ilə bağlı şayiələr yayılıb.

Sözügedən Almatı Mərkəzi Referans Laboratoriyası (MRL) Qazaxıstan üçün xarakterik olan virus ştammlarının öyrənilməsi üzrə ixtisaslaşır. Laboratoriya Qazaxıstanın Karantin və Zoonoz İnfeksiyalar Elmi Mərkəzinin nəzdində fəaliyyət göstərir və Səhiyyə Nazirliyinə tabedir. O, Qazaxıstanın mülkiyyəti hesab olunur, lakin Pentaqonun pulları hesabına tikilib. ABŞ bu obyekt üçün 108 milyon dollar ayırıb.

Vaşinqton izah edirdi ki, ABŞ hərbçiləri regionda xidmət edirlər və araşdırmalar onları naməlum virus infeksiyalarından qorumağa kömək edəcək.

KTMT-nin, Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində Moskvanın təmsilçiləri dəfələrlə bildiriblər ki, amerikalılar bu laboratoriyalardan Rusiyanın maraqlarına qarşı istifadə edə bilərlər. Lakin Qazaxıstan hakimiyyəti yerli bioloqların işinə heç kimin müdaxilə etmədiyini bildirib.

"Xarici alimlərin iştirakı yalnız birgə tədqiqatlar aparıldıqda və qrantlar üzrə layihələr həyata keçirildikdə mümkündür", - laboratoriyada izah ediblər.

2018-ci ildə Qazaxıstanda meningit xəstələrinin sayı nəzərəçarpacaq dərəcədə artıb və Almatıda həmin laboratoriyadan meninqokok infeksiyasının sızması barədə söz-söhbət yayılıb. Jurnalistlər və blogerlər yazırdılar ki, amerikalılar qəsdən virusun yayılmasına yol veriblər. Bununla, onlar guya laboratoriyada hazırlanan bakterioloji silahların effektivliyini yoxlamaq istəyiblər.

Qazaxıstan Səhiyyə Nazirliyi isə əmin edib ki, heç bir epidemiya yoxdur: "Qazaxıstanda 58 meningit faktı olub, onlardan 32-si Almatıdadır. Əgər nisbi göstəriciləri hesablasaq, ÜST-ün standartlarına görə, onlar aşağı səviyyədədir".

Koronavirusla da bağlı oxşar hal baş verib. Hökumət konspirologiyanı təkzib edib və çaxnaşma salmamağa çağırıb.

Qapalı iş rejimi

Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət edirdilər.

Rusiya və İtaliya həkimlərinin Berqamo hospitalında birgə işi, arxiv şəkli
© Photo : Ministry of Defence of the Russian Federation

2000-ci illərdə amerikalılar ölkədə bir neçə biolaboratoriyanın açılmasına kömək etdilər. Qazaxıstanda olduğu kimi, pulu Pentaqon ayırırdı. Təkcə Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin modernləşdirilməsinə on milyon dollar xərclənib.

Yerevan, Gümrü, Vanadzor, Martuni və İcevanda inşa edilmiş elmi mərkəzlər Qafqaz regionu üçün xarakterik olan viruslar və ştammları öyrənir.

Laboratoriyalar Ermənistan səhiyyə sisteminə daxildir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.

Ermənistandakı biolaboratoriyaların qapalı qalması Moskvanın tənqidinə səbəb olub. Şübhələri aradan qaldırmaq üçün ötən ilin payızında Baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq verib. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.

Təhlükəli epidemiologiya

2010-cu illərdə amerikalı bioloqlar diqqəti daha bir KTMT üzvü olan Tacikistana yetirdilər. Onları yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcək əlverişsiz epidemioloji şərait narahat edib. Bir neçə Qərb fondu tədqiqat mərkəzlərinin yaradılması üçün pul ayırıb.

Belə ki, 2013-cü ildə Düşənbədəki Qastroenterologiya İnstitutunun bazasında Bioloji Təhlükəsizlik Laboratoriyası açılıb. Layihəni Çin, Myanma, Banqladeş və Afrika ölkələrində bu cür obyektləri tikmiş Fransanın Merye Xeyriyyə Fondu maliyyələşdirib.

Fransızlara, bir qayda olaraq, BMT və ABŞ-ın "USAID" Beynəlxalq İnkişaf Agentliyi kömək edib. İnvestisiyalar üç milyon dolları ötüb.

2019-cu ildə isə Respublika Vərəmlə Mübarizə Mərkəzinin nəzdində laboratoriya yaradılıb. "USAID" və Pentaqon sponsorluq ediblər. Yerli bioloqlar xarici həmkarlarının iştirakı ilə vərəm, malyariya, hepatit və xolera kimi Mərkəzi Asiyaya xarakterik olan xəstəlikləri öyrənirlər.

Keçən il Tacikistanın şimalındakı İsfara şəhərində daha bir obyekt istifadəyə verilib. Onun haqqında az məlumat var və onu da amerikalılar maliyyələşdiriblər.

"Mərkəzi Asiyada koronavirusa qədər epidemioloji vəziyyət asan olmayıb. Region üçün hepatit, xolera, vərəm epidemiyası xarakterikdir, buna görə də yeni biolaboratoriyalar lazımdır. Onlar üçün vəsait lazımdır. Xarici yardım olmadan isə bu mümkün deyil", - Düşənbə Siyasi Araşdırmalar Mərkəzinin Direktoru Abduqani Mamadazimov RİA Novosti-yə açıqlayıb.

Tacikistanlı ekspert amerikalıların fəaliyyətində şübhəli heç nə görmür. "Onlar həmişə birinci cavab veriblər. Koronavirusdan sonra Rusiya, Çin və ya Avropa İttifaqı viruslarla mübarizədə regiona daha fəal kömək etsələr, respublikaların hökumətləri də bunu dəstəkləyəcək", - ekspert bildirir.

Gürcü patogeni

Gürcüstan KTMT-yə daxil deyil, lakin Rusiya ilə həmsərhəddir və Qafqazda əsas rol oynayır. Moskvanın narahatlığına Riçard Luqar adına İctimai Səhiyyə Araşdırma Mərkəzi səbəb olur. Rusiya hökuməti hesab edir ki, Tbilisi yaxınlığındakı biolaboratoriya amerikalıların maraqlarına uyğun fəaliyyət göstərir.

Şübhələr boş yerdən yaranmayıb. 2018-ci ilin sentyabrında Gürcüstanın keçmiş dövlət təhlükəsizliyi naziri İqor Giorqadze laboratoriyada insanlar üzərində təcrübələr aparıldığı ehtimalını səsləndirib və Luqar mərkəzində müalicə olunan onlarla insanın öldüyünü sübut edən sənədləri təqdim edib. Özü də orada Amerikanın "CH2M Hill", "Battelle" və "Metabiota" özəl şirkətlərinin bioloqları işləyib və onlar Pentaqonun sifarişini yerinə yetiriblər.

Laboratoriyanın bakterioloji müdafiəsinin yüksək səviyyədə olması Giorqadzenin diqqətini çəkib. Bundan başqa, mərkəzdə "zərərli maddələrin püskürdülməsi üçün avadanlıq və bioloji aktiv materialı olan döyüş sursatları" var. "Məqsədi əhalini müdafiə etmək olan müəssisəyə belə şeylər niyə lazımdır?" - sabiq nazir sual verib.

Moskvada bunu eşidiblər. Rusiya Xarici İşlər Nazirliyinin silahların yayılmaması və onlara nəzarət departamentinin rəhbəri Vladimir Yermakov bildirib ki, Rusiya öz hüdudlarında Amerikanın bioloji eksperimentlərinə göz yummayacaq.

Pentaqonda Giorqadzenin ittihamlarını absurd adlandırıblar. Tbilisidə əmin ediblər ki, laboratoriya dinc tədqiqatlarla məşğuldur və insanlar üzərində heç bir təcrübədən söhbət getmir. Gürcüstan hakimiyyəti Rusiya mütəxəssislərinin Luqar mərkəzinə baş çəkməsinin əleyhinə olmayıb. Lakin bu planlar ötən il iki ölkə arasındakı münasibətlərdə yaşanan böhran üzündən pozulub.

"Gürcüstan heç vaxt fiziki-kimyəvi biologiyada aparılan tədqiqatlarla maraqlanmayıb. Və bu laboratoriyada işçi heyətinin bioloji müdafiəsinin yüksək səviyyədə olması barədə məlumatlar suallar doğurur. Belə ağır patogenlərlə məşğul olmaq nəyə lazımdır?"- biologiya elmlər doktoru, Sibir Federal Universitetinin professoru Nikolay Setkov RİA Novosti ilə söhbətində deyib.

"Vektor" virusologiya mərkəzinin elmi işlər üzrə baş direktor müavini Aleksandr Aqafonov qeyd edir ki, "Luqar adına mərkəzdə bioloji silahın və onun çatdırılma vasitələrinin hazırlanmasına dair birbaşa məlumatlar mövcud deyil".

"Lakin "CH2M Hill", "Battelle" və "Metabiota" özəl şirkətlərinin iştirakı, onların müqavilə öhdəlikləri haqqında məlumatlar — məsələn, Sibir xorası, tulyaremiya və Krım-Konqo hemorragik qızdırma virusu bakteriyalarının tədqiqi diqqətsiz qalmamalıdır", - mütəxəssis vurğulayır.

Rəyi soruşulan ekspertlər yekdilliklə belə bir fikirdədirlər ki, postsovet dövlətləri kənardan köməyə ümid bəsləyərək epidemioloji vəziyyətə nəzarəti əldən verə bilərlər. Bunun isə ciddi fəsadları ola bilər. Bundan başqa, pandemiya dövründə laboratoriyalara daha çox ehtiyatla yanaşmağa başlayıblar ki, bu da nəhayət, bu strukturların daha açıq olmasına ciddi əsas verir.

10
Əlaqədar
Çinli alim koronavirusun mənşəyini təkzib edir: "Heç bir sübut yoxdur"
Pentaqonla Dövlət Departamenti koronavirusun mənşəyi barədə fərqli fikirdədirlər
Bu da "virus süni deyil" deyən çinli alimə rus həmkarından cavab
Nobel mükafatı laureatı: “Koronavirus laboratoriyada yaradılıb”
"Çinin narahat olmaq vaxtı çatıb" - Ekspert Pompeonun COVID-19 barədə bəyanatını şərh edib
ABŞ-da polis əməkdaşı, arxiv şəkli

ABŞ ştatında iğtişaşa səbəb olan polis həbs edildi

0
(Yenilənib 23:01 29.05.2020)
Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir

BAKI, 29 may — Sputnik. Minneapolisdə həbs olunan zaman həlak olan Corc Floydun ölümündə ittiham olunan keçmiş polis işçisi həbs edilib.

Spiutnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bu barədə yerli Hennepin dairəsinin prokuroru Mayk Frimen deyib.

“Bildirmək istəyirəm ki, keçmiş polis zabiti Derek Çaven həbs olunub. Ona qarşı üçüncü dərəcəli qətl (ehtiyatsızlıqdan adamöldürmə - red.) və qərəzsiz qətl ittihamları irəli sürülüb” ,- prokuror qeyd edib.

O vurğulayıb ki, hadisə yerində olan digər üç polisin barəsində araşdırmalar isə davam edir.

​Prokuror əlavə edib ki, ittiham rekord qısa zaman kəsiyində irəli sürülüb, çünki adətən belə hallarda proses bir neçə ay çəkir.

Minnesota ştatının ən iri şəhəri olan Minneapolisdə iğtişaşlar 46 yaşlı qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayıb. O, mayın 25-də həbs olunarkən polis onu yerə yıxıb və dizi ilə boynundan basıb. O, nəfəs ala bilmədiyini desə də polis əməkdaşı buna əhəmiyyət verməyib. Floyd aparıldığı xəstəxanada keçinib. Sabahı gün yüzlərlə adam etiraza çıxıb.

​Onların əksəriyyəti "Nəfəs ala bilmirəm" yazılan maska taxıb. Dinc aksiya iğtişaşa çevrilib: sakinlər polis idarəsini yandırıblar, əvəzində polis gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

0
Əlaqədar
Tramp hədələdi: qaradərilinin öldürüldüyü şəhərə qoşun yeridə bilər
ABŞ-da polis üsyana səbəb oldu: yenə "günahkar" qaradərilidir