Rusiyada epdimioloji vəziyyət

Rusiya yeni məlumatları açıqladı: Koronavirusa yoluxanların sayı...

8
(Yenilənib 14:58 23.05.2020)
Gün ərzində ölənlərin sayı 139 nəfər olub. Ümumi olaraq Rusiyada 3388 nəfər koronavirus infeksiyasından ölüb.

BAKI, 23 may — Sputnik. Rusiyada 107 min şəxs koronavirusan sağalıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, son sutka ərzində Rusiyanın 84 regionunda 9434 COVİD-19 koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Onlardan 3966 (42 faiz) fakt əlamətsiz müşahidə edilib. Bu günə qədər ölkənin 85 regionunda 335882 yoluxma faktı qeydə alınıb.

Artıq 8-ci gündür ki, yoluxanların sayı 10 mindən yüksək olmur.

Xəstəlikdən sağalanların sayı 107936-yüksəlib və gün ərzində 8111 nəfər xəstəxanadan buraxılıb. Eyni zamanda gün ərzində ölənlərin sayı 139 nəfər olub. Ümumi olaraq Rusiyada 3388 nəfər koronavirus infeksiyasından ölüb.

8
Rusiyada tibb işçiləri, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların sayı 450 minə yaxınlaşır

7
(Yenilənib 13:29 05.06.2020)
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 5 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8726 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 449834-ə çatıb. Rusiyada pandemiya yayılandan 5528 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 212680-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

7
Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko və musiqi prodüseri Yana Rudkovskaya

Olimpiya çempionunu azərbaycanlının mahnısı cuşa gətirdi VİDEO

3
(Yenilənib 00:51 05.06.2020)
Babək Məmmədrzayevin mahnısı rusiyalı cütlüyün o qədər xoşuna gəlib ki, onlar videoçarx çəkmək qərarına gəliblər

BAKI, 5 iyun — Sputnik, Kəmalə Əliyeva. Məşhur cütlük – musiqi prodüseri Yana Rudkovskaya və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko Azərbaycan əsilli rusiyalı müğənni Babək Məmmədrzayevin "Потанцуй со мной" (Mənimlə rəqs elə) mahnısının sədaları altında rəqs ediblər.

Rudkovskaya rəqs etdikləri zaman çəkdirdikləri videonu Instagram-dakı səhifəsində paylaşıb.

“Mən ağac kimi olsam da, bu cür oğlana necə yox deyə bilərəm? Yana, mənimlə rəqs elə. Problem deyil, Jenya. Mən burada ikinci planda sənin gözəlliyini vurğulayaram”, - Rudkovskaya videoya şərh yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yana Rudkovskaya (@rudkovskayaofficial)

Yana Rudkovskaya ilə Yevgeni Plyuşşenko 2009-cu ildə evləniblər. Onların Aleksandr (Qnom Qnomıç) adlı oğulları var.

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində doğulub. Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib. Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.

3
Əlaqədar
Norilskdə doğulan azərbaycanlı qıza məşhurlaşmaqda "Instagram" kömək edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Azərbaycanın "Avroviziya"lı ulduzları Yana Çurikovanın qonağı olacaq
Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
Femidanın heykəli, arxiv şəkli

Məhkəmələrin fəaliyyətinin monitorinq sistemi təkmilləşdirilir

0
Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

BAKI, 5 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Sputnik Azərbaycan xəbər verir ki, qanuna dəyişiklik ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması sahəsində görülən tədbirlər çərçivəsində məhkəmələrin fəaliyyətinin monitorinq sisteminin təkmilləşdirilməsi məqsədi daşıyır.

Qüvvədə olan qanuna görə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilir. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam verilir. Bu sıraya məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanların da daxil edilməsi təklif edilir.

Başqa sözlə, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək. Təkrar qiymətləndirmə zamanı hakimin fəaliyyətində yenidən peşəkar çatışmazlıqlar aşkar edildikdə, onun səlahiyyətlərinə "Məhkəmələr və hakimlər haqqında" qanun ilə müəyyən edilmiş qaydada vaxtından əvvəl xitam veriləcək.

Dəyişiklik səsə qoyularaq ilk oxunuşda qəbul edilib.

0