Yanğın

Rusiyada xəstəxanada güclü yanğın: Ölənlər var

12
Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir

BAKI, 23 may — Sputnik. Rusiyanın Tatarıstan Respublikasında xəstəxanada insan ölümü ilə nəticələnın güclü yanğın baş verib.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğın Zelenodolsk şəhərində xəstəxanada meydana gəlib.

Hadisə zamanı 3 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb. Yaralılardan ikisi xəsarətləri yanıq, digərlərinin isə zəhərlənmə ilə bağlıdır. Ölənlər və xəsarət alanlar xəstələrdir.

Əraziyə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb edilib. İkimərtəbəli binada olan 88 nəfər təxliyə edilib. Yanğın binanın birinci mərtəbəsindəki palataların birindən qısa qapanma nəticəsində başlayıb.

 

12
Rusiyada tibb işçiləri, arxiv şəkli

Rusiyada koronavirusa yoluxanların sayı 450 minə yaxınlaşır

5
(Yenilənib 13:29 05.06.2020)
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 5 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8726 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 449834-ə çatıb. Rusiyada pandemiya yayılandan 5528 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8666 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 212680-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,6 milyonu keçib, 391 mindən çox adam isə virus səbəbilə ölüb.

5
Fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko və musiqi prodüseri Yana Rudkovskaya

Olimpiya çempionunu azərbaycanlının mahnısı cuşa gətirdi VİDEO

3
(Yenilənib 00:51 05.06.2020)
Babək Məmmədrzayevin mahnısı rusiyalı cütlüyün o qədər xoşuna gəlib ki, onlar videoçarx çəkmək qərarına gəliblər

BAKI, 5 iyun — Sputnik, Kəmalə Əliyeva. Məşhur cütlük – musiqi prodüseri Yana Rudkovskaya və fiqurlu konkisürmə üzrə Olimpiya çempionu Yevgeni Plyuşşenko Azərbaycan əsilli rusiyalı müğənni Babək Məmmədrzayevin "Потанцуй со мной" (Mənimlə rəqs elə) mahnısının sədaları altında rəqs ediblər.

Rudkovskaya rəqs etdikləri zaman çəkdirdikləri videonu Instagram-dakı səhifəsində paylaşıb.

“Mən ağac kimi olsam da, bu cür oğlana necə yox deyə bilərəm? Yana, mənimlə rəqs elə. Problem deyil, Jenya. Mən burada ikinci planda sənin gözəlliyini vurğulayaram”, - Rudkovskaya videoya şərh yazıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Yana Rudkovskaya (@rudkovskayaofficial)

Yana Rudkovskaya ilə Yevgeni Plyuşşenko 2009-cu ildə evləniblər. Onların Aleksandr (Qnom Qnomıç) adlı oğulları var.

Babək Məmmədrzayev Qazaxıstanın Şımkent şəhərində doğulub. Qazaxıstan Milli İncəsənət Akademiyasını bitirib. Akademiyanı bitirəndən sonra Qazaxıstanda məşhur "The Magic Of Nomads" musiqi kollektivinə qoşulub. Orada vokalçı kimi çıxış edirək MDB ölkələrinə qastrol səfərlərinə çıxmağa başlayıb.

2016-cı ildə Babək Məmmədrzayev Qazaxıstanın aparıcı səsyazma şirkəti olan "Elvin Grey Music"lə müqavilə imzalayaraq sözügedən studiyanın komandası ilə birlikdə bir ildə 150-dən çox şəhərə qastrol səfərinə gedib. Hazırda Rusiyada ən çox tələb olunan ifaçılardan biridir.

3
Əlaqədar
Norilskdə doğulan azərbaycanlı qıza məşhurlaşmaqda "Instagram" kömək edib
Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar
Azərbaycanın "Avroviziya"lı ulduzları Yana Çurikovanın qonağı olacaq
Yevgeni Plyuşenko: Azərbaycanlı fiqurist hər kəslə mübarizə aparmağa qadirdir
Maykl Ceksonun bacısından azərbaycanlı ulduza dəstək
Bakıda çimərlik, arxiv şəkli

Çimərliklərdən istifadə ilə bağlı xəbərdarlıq edildi

0
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Fövqəladə Hallar Nazirliyinin (FHN) çimərliklərdən istifadə ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

BAKI, 5 iyun — Sputnik. "Məlum olduğu kimi, "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 iyun 2020-ci il tarixli 191 nömrəli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək tərk etməsi qadağan edilib".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər Fövqəladə Hallar Nazirliyinin (FHN) çimərliklərdən istifadə ilə bağlı yaydığı xəbərdarlıqda bildirilib.

"Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan olunmamış çimərliklərə üz tutmasını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan vətəndaşların göstərilən tarixlərdə evdə qalmaları bildirilir və çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan olunur. Vətəndaşları bir daha ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırırıq", - FHN-nin yaydığı məlumatda qeyd olunub.

0