Rusiya və ABŞ bayraqları, arxiv şəkli

Moskvanın ciddi iddiaları var: müqaviləni əslində kim pozub?

29
(Yenilənib 20:13 22.05.2020)
Açıq səma üzrə müqavilə 1992-ci ildə imzalanıb və soyuq müharibədən sonra Avropada etibarın möhkəmləndirilməsi tədbirlərindən biri olub

BAKI, 22 may — Sputnik. Rusiya Birləşmiş Ştatların "Açıq səma üzrə Müqavilə"dən çıxmasına hansısa texniki problemlərin olması ilə haqq qazandırmaq cəhdlərini rədd edir. Bu barədə RİA Novosti-yə Rusiya XİN başçısının müavini Aleksandr Qruşko bildirib.

Ötən gün məlum olub ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın ona sadiq qalmadığını iddia edərək müqavilədən çıxdıqlarını bəyan edib. O, "yeni saziş"ə nail olmaq üçün "çox yaxşı şans" olduğunu deyib.

"Biz bu fundamental razılaşmadan hansısa texniki problemlərin mövcudluğuna görə çıxmağa haqq qazandırmağa istənilən cəhdləri rədd edirik. Xatırladım ki, hərbi təhlükəsizlik sahəsində hər hansı bir müqavilə, bir qayda olaraq, çox mürəkkəb məsələdir. Siyasi iradə olduqda (onları isə siyasi iradə mövcud olduğu halda imzalayırlar) bütün problemlər müvafiq rejimlərin həyat qabiliyyətinin saxlanılması zərurəti nəzərə alınmaqla, maraqların balansı və əməkdaşlıq əsasında həll edilir", - Aleksandr Qruşko deyib.

Diplomat qeyd edib ki, texniki məsələlərin müzakirəsini davam etdirmək üçün maneələr yoxdur və bunun üçün tərəflərə müqavilədən çıxmaq lazım deyil.

"Amma əgər müqavilədən çıxsan, onda heç bir texniki məsələlərin həlli olmayacaq, artıq 20 ildən çoxdur ki, Avropada sülh və təhlükəsizliyin saxlanılması maraqlarına xidmət edən və bütün elementlərin qarşılıqlı əlaqəli olduğu hərbi təhlükəsizlik sisteminin tərkib hissəsi olan alətin özü olmayacaq", – nazir müavini əlavə edib.

Aleksandr Qruşko həmçinin bəyan edib ki, Rusiya tərəfi müqaviləni pozmayıb. O qeyd edib ki, Moskvanın "ABŞ tərəfindən Müqavilə müddəalarının yerinə yetirilməsinə dair ciddi iddiaları var".

Onun sözlərinə görə, bu məqamlar xüsusi olaraq yaradılmış orqanın - komissiyanın çərçivəsində həll olunmalı olan kifayət qədər mürəkkəb texniki məsələlərdir. Komissiya Müqavilənin işləməsini qiymətləndirir, onun implementasiyası mexanizmi üzərində işləyir, həmçinin müşahidə uçuşlarının gedişində tərəflərdə yarana biləcək bütün məsələləri nəzərdən keçirir.

Açıq səma üzrə müqavilə 1992-ci ildə imzalanıb və soyuq müharibədən sonra Avropada etibarın möhkəmləndirilməsi tədbirlərindən biri olub. O 2002-ci ildən qüvvədədir və iştirakçı ölkələrə bir-birilərinin silahlı qüvvələri və tədbirləri barədə açıq məlumat toplamağa imkan verir. 34 ölkə müqavilənin iştirakçısıdır.

Bir müddət əvvəl hərbi ekspert Aleksandr Jilin Sputnik radiosunun efirində Vaşinqtonun niyə qəsdən beynəlxalq təhlükəsizlik sferasında balans pozulmasına getməsi barədə danışıb.

29
Reanimasiyada COVİD-19 xəstəsi, arxiv şəkli

Rusiyada COVİD-19-un ağır formasının müalicəsi üçün dərman qeydiyyatdan keçirildi

21
(Yenilənib 19:54 06.06.2020)
Preparat xəstəliyin sitokin fırtınası adlandırılan, orqanizmin virusa həddindən artıq iltihabi reaksiyası inkişaf edərkən ağır dövrünü keçirən pasiyentlər üçün nəzərdə tutulub.

BAKI, 6 iyun – Sputnik. Rusiyanın Səhiyyə Nazirliyi COVİD-19-un müalicəsi üçün başqa bir dərman preparatını qeydiyyatdan keçirib.

Qurumun mətbuat xidmətinin məlumatına görə, qeydiyyat vəsiqəsini "Levilimab" (ticarət adı “İlsira”) preparatı alıb.

"Preparat xəstəliyin sitokin fırtınası adlandırılan, orqanizmin virusa həddindən artıq iltihabi reaksiyası inkişaf edərkən ağır dövrünü keçirən pasiyentlər üçün nəzərdə tutulub. Sitokin fırtınası orqan və toxumaların, xüsusilə də ağciyər toxumasının zədələnməsinə, infeksiyanın orqanizmə  ölümə gətirib çıxaracaq qədər nüfuz etməsinə səbəb olur", - deyə məlumatda bildirilir.

Levilimab, Biocad biotexnoloji şirkəti tərəfindən istehsal olunur. Bu Rusiya istehsalı olan interleykin-6-nın orijinal inhibitorudur. Koronavirus infeksiyasının qarşısının alınması, diaqnozu və müalicəsi ilə bağlı Səhiyyə Nazirliyinin müvəqqəti metodik tövsiyələrindən göründüyü kimi, COVID-19-dan ölüm interleykin-6-nın səviyyəsinin artması ilə əlaqələndirilir. Əvvəlcə dərman revmatoid artritin müalicəsi üçün hazırlanıb.

COVID-19 koronavirus infeksiyası pandemiyası, demək olar ki, bütün dünyada yayılıb. ÜST-ünn son məlumatına görə, altı milyon yarımdan çox adam bu virusa yoluxub, onlardan 387 mini ölüb.

Rusiyada koronavirus infeksiyası hallarının sayı 458 mini keçib, 5,7 mindən çox insan ölüb, 220 mindən çox adam müalicə edilib.

21
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Virusa yoluxub sağalmısınızsa, çox sevinməyin - Hər şey daha kəskin şəkildə qayıda bilər
Peyvənddən imtina edənləri cərimələyəcəklər
Ən böyük vaksin istehsalçısından ümidverici xəbər
Rusiya ilə Türkiyə yenə bir mübarizədə: ancaq bu dəfə qan tökməyəcəklər
Əlli hərbçi dünyanı xilas etməyə razılıq verdi: Rusiya təhlükəli sınağa başlayır
Kommunarkada karantin mərkəzi

Orada sutka ərzində minlərlə adam yoluxur

19
(Yenilənib 16:28 06.06.2020)
Rusiyada pandemiya yayılandan 5725 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8708 nəfər olub

BAKI, 6 iyun — Sputnik. Bir sutka ərzində Rusiyada 8855 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 197 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 458689-a çatıb. Rusiyada pandemiya yayılandan 5725 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 8708 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 221388-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 6,7 milyonu keçib, 395 mindən çox adam isə virus səbəbilə ölüb.

19
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
Bəlanın başladığı yerdə sonuncu pasiyentlər də xəstəxanadan buraxıldı
Rospotrebnadzor-un rəhbəri: "Yeni pandemiya qaçılmazdır"
Britaniyanın keçmiş kəşfiyyat rəhbəri: koronavirus Çin laboratoriyasında yaranıb
Bakıda koronavirusa yoluxma ən çox bu rayondadır
Koronavirusa yoluxanların sayı durmadan artır
ABŞ-da etirazlar

Benksi etirazını bildirdi: “Kimsə qapını sındırmalı olacaq”

0
(Yenilənib 23:43 06.06.2020)
Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir

BAKI, 6 iyun — Sputnik. Britaniyalı məşhur küçə rəssamı Benksi Minneapolisdə afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra ABŞ-da başlanan etirazlara həsr etdiyi işini göstərib.

Sputnik Azərbaycan bildirir ki, o, şəkli özünün Instagram səhifəsində yerləşdirib.

Şəkildə rəssam qara insanın matəm portretini və onun üst tərəfindən asılmış, bir qırağı şamdan od alan Amerika bayrağını təsvir edib.

“Rəngli (qara) insanlar sistemə görə uğursuzluğa düçar olublar. Ağ sistemə görə”, - Benksi paylaşımında yazıb.

Onun sözlərinə görə, Floydun başına gələn hadisələr aşağı mərtəbədə yaşayan insanların başına su axıdan boruya bənzəyir.

Посмотреть эту публикацию в Instagram

Публикация от Banksy (@banksy)

“Bu düzgün olmayan sistem onların həyatını məşəqqətə çevirir, ancaq (boruları) təmir etmək – onların vəzifəsi deyil. Heç kim onları yuxarıdakı mənzilinə buraxmayacaq”, - yazan rəssam əlavə edib ki, bu, “ağ adamların problemidir” və buna görə istənilən halda kimsə “yuxarı qalxıb qapını sındırmalı olacaq”.

Mayın 25-də Minneapolisdə polis əməkdaşları afroamerikalı Corc Floydu həbs ediblər. Bu zaman onu yerə yıxıblar, polis zabitlərindən biri dizi ilə onun boynunu sıxıb. Floyd dəfələrlə nəfəs ala bilmədiyini desə də, buna əhəmiyyət verməyiblər. Nəticədə Floyd reanimasiyada dünyasını dəyişib. Bundan sonra ABŞ-da kütləvi etiraz və iğtişaşlar başlayıb.

0
Əlaqədar
İrqçilər yaddan çıxdı. Amerikadakı etirazlar necə soyğunlara çevrildi
Mən Corc Floydam: ABŞ-da başlayan etirazlar bütün dünyanı bürüyüb
Biz şokdayıq: azərbaycanlılar ABŞ-dakı iğtişaşlardan danışdılar
Amerika tənəzzülünün xronikası: uşaqlara polisə nifrət etmək öyrədilir
Yaşlı kişini ölümcül hala salan polislərə həmkarlarından dəstək - VİDEO