Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Hərbi-Dəniz Donanması necə dəyişəcək - "Borey-A" və "Yasen-M" gəlir

© Sputnik / Mediabanka keçidПодводный крейсер "Князь Владимир" возобновил заводские ходовые испытания
Подводный крейсер Князь Владимир возобновил заводские ходовые испытания - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya ölkənin milli maraqlarını planetin istənilən nöqtəsində etibarlı şəkildə qoruya biləcək Hərbi-Dəniz Donanmasını möhkəmləndirməyə davam edir.

Aleksandr Xrolenko, hərbi şərhçi

BAKI, 16 may — Sputnik. Sevmaş (Şimal maşınqayırma) müəssisəsində bu il dənizdə sınaqlardan keçəcək gəmilər üçün təhvil-təslim komandaları formalaşdırılıb. Bu o deməkdir ki, koronavirus pandemiyası və iqtisadi çətinliklərə baxmayaraq, Rusiya Hərbi Dəniz Donanmasının (HDD) marağında olan atom sualtı qayıqlarının iki qrupu uğurla tikilir.

Совместная работа российских и итальянских врачей в полевом госпитале Бергамо - Sputnik Azərbaycan
RUSİYA
Əl əli yuyar: Rusiya köməyinin qarşısında ciddi partnyor qazana bilər

"Yasen-M" və "Borey-A" sualtı qayıq layihələri müxtəlif hazırlıq dərəcələrindədir: "Knyaz Vladimir" Hərbi Dəniz Donanmasına köçürülməyə hazırlaşır, "Kazan" sınaqdan keçirilir, "Belqorod" və "Novosibirsk" keçən il ellinqdən çıxarılıb. Rusiya dünya okeanının istənilən nöqtəsində ölkənin maraqlarını müdafiə edə biləcək yeni sualtı donanma yaradır və Şimali Atlantika Alyansının birtərəfli hərbi dominantlığına yol verməməfdə israrlıdır. Rusiya HDD öz tərkibinə 80-dək, o cümlədən, təxminən 10 yeni sualtı qayığı alacaq. O cümlədən, "Borey-A" layihəsinin iki strateji kreyserini, iki çoxməqsədli "Yasen-M" və bir "Varşavyanka" sualtı qayığını əldə edəcək. Qeyd edim ki, sualtı gəmilər bəşəriyyətin ən mürəkkəb və mükəmməl silahıdır.

Rusiya Federasiyasının strateji sualtı qüvvələrinin yenilənməsi nüvənin qarşısının alınmasının və milli təhlükəsizliyin təmin edilməsinin əsasıdır. Rusiyanın artan müdafiə potensialını "Knyaz Vladimir" strateji strateji təyinatlı raket sualtı kreyseri nümayiş etdirir. Bu kreyser mayın 12-də Ağ dənizdə Severodvinskə dövlət sınaqlarına çıxıb. Bir neçə gün ərzində bütün qovşaqların, sistemlərin və imkanların suüstü və sualtı vəziyyətdə kompleks yoxlamadan keçməsindən sonra gəminin Şimal donanmasının tərkibinə daxil olma tarixi müəyyənləşdiriləcək. "Borey-A" layihəsinin əsas gəmisi "Knyaz Vladimir"də raket atışları da daxil olmaqla, sınaqların əsas hissəsi, 2019-cu ilin sonunda keçirilib.

Многоцелевой истребитель Су-35, фото тз архива - Sputnik Azərbaycan
TƏHLİL
100 milyon dollarlıq paradoks və ya F-35-in quyruğu niyə qopur

Dördüncü nəsil

Rusiya HDD-nın tərkibində artıq üç strateji "Borey" var: "Yuri Dolqoruki", "Aleksandr Nevski" və "Vladimir Monomax". Bu seriyada əsas raketdaşıyan "Yuri Dolqoruki"dir (Şimal donanmasının tərkibinə 2013-cü ildə daxil olub). İlk üç gəminin şaxtalarında 16 “Bulava” qitələrarası ballsitik raket (QBR) var, daha sonrakılarda bundan çox ola bilər (fərqləndirici xüsusiyyətlər açıqlanmır). Xatırladım ki, RF Müdafiə Nazirliyi HDD-yə əlavə olaraq 2 ədəd 955A “Borey-A” raketdaşıyanını tədarük etməyi planlaşdırır, beləliklə, seriya 8-dən 10 gəmiyədək artırılacaq.

On ədəd dördüncü nəsil strateji sualtı qayıq (üç "Borey" və yeddi "Borey-А") yaxın onilliklərdə Rusiyanın nüvə üçlüyünün dəniz əsasını təşkil edəcək, birlikdə ən azı 160 “Bulava” raketi daşıyacaqlar, bu isə hər biri 100-150 kiloton olan 1600 bölünən döyüş başlıqlarıdır. Raketin maksimal təsir radiusu 8000 km-dir. "Bulava" düşmənin RƏM-ini keçmək üçün müasir sistemə, yüksək sürətə və manevr qabiliyyətinə, güclü bərk yanacaqlı mühərrikə, kiçik ölçülərə və digər üstün keyfiyyətlərə malikdir.

Ölkənin Dünya okeanında maraqlarının qorunması və güc balansı üçün potensial düşmənin sualtı raketdaşıyanlarını “tuta biləcək” çoxməqsədli “ovçular” da vacibdir (onların vəzifəsi ABŞ və NATO-nun digər nüvə ölkələrinin sualtı qayıqlarının döyüş növbəsi çəkdikləri zonada müşayiətdir). Modernləşdirilmiş “Yasen-M” layihəsindən olan ilk seriya “Novosibirsk” çoxməqsədli sualtı qayığını 2019-cu ilin sonunda suya buraxıblar. Tezliklə “Novosibirsk” HDD-nin tərkibinə daxil olacaq. Rusiya donanması bu seriyadan olan 7 gəmi alacaq.

Bumeranq zirehli transportyoru - Sputnik Azərbaycan
TƏHLİL
“Bumeranq”ın ixrac potensialı – $ 1 mlrd: Rusiya platforması nə ilə unikaldır

“Yasen-M” layihəsinin sualtı qayıqları minalar, 533 mm-lik torpedolar, “Kalibr” və “Oniks” qanadlı raketləri, həmçinin hipersəsli “Sirkon”larla silahlanıblar. Qayıqda mükəmməl radioelektron silah kompleksləri var. 13800 ton su tutumlu bu növdən olan az nəzərə çarpan sualtı qayıqları 520 metr dərinliyə enə bilirlər. Avtonomluq 100 sutkadır, su altında sürət isə 31 dəniz mili. Heyət 64 nəfər. “Yasen” layihəsinin yüksək xüsusiyyətləri barədə faktlara nəzər salaq: Atlantik okeanında Rusiyanın “Severodvinsk” sualtı qayığını ABŞ hərbi dənizçiləri bir neçə həftə ərzində aşkar edə bilməyiblər. Xidmətin xüsusiyyəti belədir.

Təyin olunmuş vaxtda sualtı qayıq dənizə çıxır və dalma nöqtəsində iz qoymur. Heyətin səhv etməyə ixtiyarı yoxdur və böyük dərinlikdə gərgin növbələr keçirir, gün işığını görmür, hava dəyişikliyini hiss etmir. Regenerasiya sistemi nəfəs almaq üçün hava verir. Qarşıya qoyulmuş vəzifə yerinə yetirildikdən sonra sualtı qayıq bəzən aylardan sonra həmin nöqtədə suyun üzünə qalxır. Bu strateji və çoxfunksiyalı sualtı qayıqların üstünlüyünə görə mütləq ödənişdir: gizlilik, havadan asılı olmamaq, Arktika buzlarının altından raket zərbələri də daxil olmaqla Dünya okeanının istənilən rayonunda döyş əməliyyatları aparmaq.

Bu gün Rusiya beşinci nəsil atom sualtı donanmasının əsasını qoyur. Bunun üçün silahların spektri yenilənir, qabaqcıl hədəfgöstərmə, rabitə və idarəetmə, həmçinin avtomatlaşdırılmış kəşfiyyat vasitələri tətbiq olunur. Beşinci nəsil atom sualtı qayıqlarının layihələşdirilməsi HDD-nin əsas tələblərinə uyğun aparılır – gizlilik xeyli artırılmalı və silah sistemləri təkmilləşdirilməlidir. Düşmən ritorikasının güclənməsinə və Qərbin geridəqalmış depressiv “YDM-Rusiya” obrazını formalaşdırmaq istəyinə baxmayaraq RF-in bir çox texnoloji nailiyyətləri digər ölkələr üçün əlçatmazdır.

Самолет Су-35С , фото из архива - Sputnik Azərbaycan
Azərbaycan Hərbi Hava Qüvvələri Rusiya qırıcılarını seçir: Su-35, yoxsa MiQ-35?

Qərbin qəzəbi

Amerikalı mütəxəssislər məcburən etiraf edirlər ki, Rusiya "göyərtəsində qitələrarası ballistik raketlər olan 955A “Borey” layihəsinə aid müstəsna imkanlara malik nüvə sualtı qayıqları düzəldir”. The Drive nəşri “Knyaz Vladimir”in elan olunmuş xüsusiyyətləri, küyü xeyli azaldan və sualtı qayığın effektivliyini artıran konstruktor həlləri barədə narahatlığını dilə gətirir. KİV-in məlumatına əsasən, “Borey” layihəsinə aid kreyserin tikintisi 400 milyon dollardır. Müqayisə üçün, ABŞ-ım çoxfunksiyalı Virginia sualtı qayığı Pentaqona 2,5 milyard dollara başa gəlir. Həm də dördüncü nəsil Virgina o qədər küylü və qeyri-təkmil olub ki, çətin ki, döyüş şəratində tapşırıqları uğurla yerinə yetirsin (sualtı qayıqlar üçün gizliliyin itirilməsi məhv deməkdir).

Rusiya HHD-da yeni satrateji “Knyaz Vladimir” raketdaşıyanının peyda olması çağırış kimi qəbul edilir və amerikalılarla müttəfiqləri bu çağırışa hələlik heç nə ilə cavab verə bilmirlər. Dünya okeanı üçün yeni hidroakustik sistemlərin (SOund SUrveillance System tipli) hazırlamasına maliyyə ayrılması zərurəti ortaya çıxır (bu çox bahalıdır və düşməni 100% aşkar etmək zəmanəti yoxdur). Həm də döyüş tapşırığının yerinə yetirilməsi üçün "Borey"ə okeanda uzaq məsafələrə getmək lazım deyil "Bulava"lar doğma limandan da start götürə bilərlər.

Танки Т-14 Армата, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya yeni silahını sınaqdan keçirdi: insana çox az ehtiyacı var

ABŞ-da “Yasen” layihəsi barədə də geniş məlumatlıdırlar və xəyal qurmurlar. Nüfuzlu The National Interest nəşri xəbər verir ki, “Severodvinsk” atom sualtı qayığı 32 nüvə və adi başlıqlı “Kalibr” qanadlı raketi ilə silahlanıb, onların vurma radiusları isə 2500 km-dən çoxdur. “Yasen” sinfindən olan sualtı qayıqlar böyük sürətə malikdirlər, onlar çox səssizdirlər, çox həssas ötürücülərə malikdirlər, ona görə də "ABŞ-ın əsas ərazisi üçün təhlükədirlər". Nəşr qeyd edir ki, "Severodvinsk" və "Kazan" Amerikanın şərq sahilinə 1000 km-dək yaxınlaşa və “Böyük göllər, Çikaqo və Sent-Luis” rayonundakı hədəfləri vura bilərlər”. Rusiyanın çoxfunksiyalı sualtı qayıqlarınən nəyə görə ABŞ-da quru hədəflərini vurmaq istəməsi isə izah olunmur. “Yasen” layihəsinin “ovçuları” əsasən düşmənin aviadaşıyan zərbə qruplarının və “Ohayo” (göyərtəsində hər birində 475 kilotonluq 12 ədəd W88 nüvə başlığı olan 24 UGM-133 “Trident” II D5 ballistik raketi var) tipli strateji sualtı qayıqlarının məhv edilməsi üçündür.

Müasir strateji təyinatlı Rusiya sualtı kreyserləri və çoxfunksiyalı sualtı qayıqları düşmənim məhv edilməsi üçün yaradılıb və ölkəni özlərinin Dünya okeanında mövcudluqları faktı ilə qoruyurlar. Rusiya ölkənin milli maraqlarını planetin istənilən nöqtəsində etibarlı şəkildə qoruya biləcək Hərbi-Dəniz Donanmasını möhkəmləndirməyə davam edir. Aydındır ki, Rusiyanın artan müdafiə potensialı Şimali Atlantika alyansından olan "tərəfdaşların" qanını qaraldır, lakin onlar mümkün xərcləri hesablaya bilirlər və bu, bizim çoxqütblü dünyamızın nisbi sabitiyinə zəmanət verir.

Xəbər lenti
0