Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Əl əli yuyar: Rusiya köməyinin qarşısında ciddi partnyor qazana bilər

© Photo : Ministry of Defence of the Russian Federation / Mediabanka keçidСовместная работа российских и итальянских врачей в полевом госпитале Бергамо
Совместная работа российских и итальянских врачей в полевом госпитале Бергамо - Sputnik Azərbaycan
Abunə olmaq
Ola bilər ki, iki ölkənin hərbi-tibbi əməkdaşlığı pandemiyadan kənarda da konstruktiv şəkildə davam etsin. Axı kim bilir, bizi hansı yeni viruslar gözləyir?

BAKI, 15 may — Sputnik, Aleksandr Xrolenko, hərbi icmalçı. Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə (RKBM) mütəxəssislərindən və hərbi həkimlərdən ibarət dəstəsi Avropanın COVID-19 episentrindəki missiyasını ləyaqətlə başa vurub və dünya miqyaslı problemlərin həllində peşəkarlıq, operativlik və effektivlik nümunəsi göstərib. Rusiyaya qayıtdıqdan sonra koronavirus infeksiyası ilə mübarizədə “İtaliya təcrübəsi”ndən, yəqin ki, istifadə ediləcək.

Dünən Moskva ətrafındakı Çkalov aerodromuna içərisində rusiyalı “tibbi xüsusi təyinatlılar” – heyət və texnika olan “İl-76” hərbi-nəqliyyat təyyarələri enib. Bu “xüsusi təyinatlılar” İtaliyaya COVID-19-la mübarizəyə kömək ediblər, qarşıya qoyulmuş vəzifələri yerinə yetiriblər.

İtaliya xalqına kömək üçün Rusiya səkkiz mobil briqadanı (təxminən 100 nəfər aparıcı hərbi mütəxəssis, virusoloq və həkim), diaqnostika aparatlarını, nəqliyyatın və ərazinin aerozol dezinfeksiyası üçün avtomobil komplekslərini, RKBM qoşunlarının 15 laboratoriyasından birini və digər tibbi avadanlığı bu ölkəyə göndərib. Rusiya Müdafiə Nazirliyinin təyyarələri operativ şəkildə Romadan 30 km məsafədə yerləşən “Pratica di Mare” aviabazasına hərbçiləri və iş üçün lazım olan hər şeyi çatdırıblar.

Россия окажет помощь Италии в борьбе с COVID-19 - Sputnik Azərbaycan
RUSİYA
Avropanın vecinə olmayan sinyorlar və Rusiyadan gələn təyyarələr

Rusiyalı mütəxəssislər İtaliyaya martın 23-nə keçən gecə çatıblar və mayın 7-dək bir sıra mürəkkəb və məsuliyyətli əməliyyatları həyata keçiriblər – Lombardiya vilayətində və Breşiya əyalətində 100 yaşayış məntəqəsində yaşlı adamlar üçün bir neçə pansionatı və digər epidemioloji cəhətdən mürəkkəb obyektləri tam olaraq dezinfeksiya ediblər. Ümumilikdə ezamiyyət dövründə 120 bina və qurğu, 1 milyon 200 min kvadrat metr daxili məkan, 500 min kvadrat metrdən artıq yol dezinfeksiya olunub.

Bundan əlavə, Berqamo şəhərində səhra hospitalının aprelin 6-dan işə başlaması ilə rusiyalı hərbi həkimlər koronavirusa yoluxmuş şəxsləri müalicəyə götürüblər və qısa müddətdə onlardan 76-sı sağalıb. Hospitalda Rusiya Müdafiə Nazirliyinin səkkiz həkim-tibb bacısı briqadası, 32-dən artıq tibbi mütəxəssisi gün ərzində, üç növbədə intensiv terapiya və orta-ağır dərəcəli xəstələrin müalicəsi şöbələrində xəstələrin qəbulunu və müalicəsini həyata keçiriblər. Rusiyaya qayıtdıqdan sonra “tibbi xüsusi təyinatlılar” dəstəsi sanitar-epidemioloji tədbirlərdən keçəcəklər. Sonra isə yenidən döyüşə qayıtmalıdırlar, çünki pandemiya hələ məğlub edilməyib.

Yeddi həftəlik döyüş

Bu, İtaliya və bütün Avropa üçün koronavirus pandemiyasına qarşı mübarizədə beynəlxalq qarşılıqlı fəaliyyətin nümunəvi, məzmunlu və çox faydalı bir təcrübəsi olub. Rusiya Prezidenti Vladimir Putin martın 21-də İtaliyanın Baş Naziri Cüzeppe Konte ilə telefon danışığında Rusiyanın koronavirusa qarşı mübarizədə kömək göstərməyə hazır olduğunu təsdiqləyib. Bundan dərhal sonra Rusiya öz təhlükəsizliyinə xələl gətirmədən iki sutka ərzində İtaliyaya ən müasir texnika ilə təchiz edilmiş yüksək peşəkarlığa malik, son dərəcə effektiv tibbi kollektivi "İl-76" təyyarəsi ilə İtaliyaya göndərib. Bioloji xarakterli fövqəladə hallarda patogen bioloji materialların təhlili üçün yaradılmış "Xarabaçıl" modul kompleksi nəyə desən, dəyər. Təsadüfi deyil ki, Rusiyadan gələn xilaskar "desantı" İtaliyanın Xarici İşlər naziri Luici di Mayo və İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Enzo Viçerelli şəxsən qarşılayıblar. Bu vaxt həyəcanlanmış Di Mayo rusiyalı mütəxəssislər qrupuna İtaliyanın Müdafiə Nazirliyinin onların tam sərəncamında olduğunu bildirib.

Уборка пшеницы в Краснодарском крае, фото из архива - Sputnik Azərbaycan
TƏHLİL
Qərb "Rusiyaya görə" aclıq çəkəcək

Yüksək texnologiyaların köməyi ilə koronavirus infeksiyasının məhvinin və ən ağır xəstələrin müalicəsinin başlamasından lap əvvəl də Moskva xilas olma ümidini bəxş edirdi. Rusiyalı hərbçilər isə bir çox avropalıların şüurunda çevriliş etdilər. Bu, "ruslar müharibə istəyirmi?" sualına çox yaxşı cavab verdi və Rusiyanın real prinsiplərindən, imkanlarından, vasitələrindən və məqsədlərindən xəbər verdi (təbii ki, onun məqsədləri Qərb mediasının yazdığı kimi, NATO və Avropa İttifaqını parçalamaq deyil).

Xatırladım ki, İtaliyada koronavirusdan 31 mindən çox insan həlak olub. Martın ortalarına qədər Berqamo şəhəri "koronavirus cəhənnəmi"nə çevrilmişdi, yerli krematoriyalar yükün öhdəsindən gələ bilmirdilər. Respublikada 4800-dən çox səhiyyə işçisi (Çində olduğundan iki dəfə çox) yoluxmuşdu. Belə bir şəraitdə Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri Roma yaxınlığından Berqamoya 600 kilometrlik yürüş etdilər və dərhal işə başladılar. Bu yardımın əsl dəyərini şişirtmək çətindir.

Mayın 14-nə İtaliyada COVID-19-dan 115288 nəfər müalicə olunub, xəstəliyin aktiv fazasında 74194 nəfər qalır (bu çoxdur, lakin bir neçə dəfə çox ola bilərdi). Epidemiyanın bu ümidverici mənzərəsində Rusiya Müdafiə Nazirliyinin də layiqli töhfəsi var. Rusiyalı mütəxəssislərin COVID-19-la yeddigünlük fədakar mübarizəsi İtaliya xalqının minnətdarlığı və Müdafiə naziri Lorenso Querininin (mayın 7-də rusiyalı həmkarı Sergey Şoyqu ilə telefon danışığında) səmimi təşəkkürü və İtaliyanın cavab tədbirlərinə hazır olduğuna dair mühüm bəyanatı ilə nəticələnib. Ola bilər ki, iki ölkənin hərbi-tibbi əməkdaşlığı pandemiyadan kənarda da konstruktiv şəkildə davam etsin.

Rusiyada vəziyyət

Bəli, İtaliyada “döyüş şəraitində kəşfiyyat” baş tutdu. Rusiyanın RKBM qoşunları Apennin yarımadasına 15 laboratoriyasından yalnız birini, 2065 ədəd xüsusi avtomobilindən 20-ni və yüzdən az hərbi qulluqçusunu göndərdi. İndi isə RKBM qoşunlarının hərbi həkimləri və mütəxəssisləri görünməz rəqiblə necə mübarizə aparmağı, profilaktik tədbirləri və xəstələrin müalicəsini necə təşkil etməyi yaxşı bilirlər.

Шприц в руке, фото из архива - Sputnik Azərbaycan
"Hərbi yolla". Alim koronavirusa qarşı peyvəndləmə ssenarisindən danışdı

Rusiyada epidemioloji vəziyyət mürəkkəb olaraq qalır. Bu gün 10 mindən çox yeni COVID-19 xəstəsi aşkar edilib. Ümumi xəstə sayı isə (262 mindən çox) Rusiya Federasiyasını ABŞ və İspaniyadan sonra dünyada üçüncü yerə qaldırıb. Qarşıda görüləsi işlər çoxdur.

Hərbi-tibbi strukturlardan başqa, Rusiya Federasiyasının ərazisindəki hər bir hərbi dairədə ayrıca RKBM briqadası yerləşdirilib, ümumqoşun ordunun tərkibində isə RKBM alayı var. Bu əsasda aprel ayından etibarən sənaye müəssisələrinin, tibbi və digər həyati əhəmiyyətli obyektlərin zəruri hallarda təmizlənməsini operativ şəkildə həyata keçirmək üçün mobil dəstələr formalaşdırılır. RKBM mütəxəssisləri ölkənin səfərbərlik mexanizmlərini saxlamaqla yaz çağırışı kampaniyasının da təhlükəsizliyini təmin edirlər. Hər bir bölgədə və çağırışın bütün mərhələlərində profilaktik tədbirlər həyata keçirilir.

Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin mütəxəssisləri mayın 15-nə kimi səkkiz əlavə çoxfunksiyalı tibb mərkəzinin istismara veriləcəyini bildiriblər. Bununla da qurum ölkənin 15 regionunda 16 çoxfunksiyalı tibb mərkəzlərinin tikintisi üzrə dövlət tapşırığını yerinə yetirəcək. Ola bilər ki, bu qədər çoxfunksiyalı tibb mərkəzinə heç ehtiyac da olmasın və onlar ehtiyatda saxlanılsın, amma bu operativ iş təcrübəsi pandemiyaya qarşı mübarizədə çox vacibdir. Axı kim bilir, bizi hansı yeni viruslar gözləyir?

Xəbər lenti
0