Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada yağan yağış əhalini qorxutdu – VİDEO

© Sputnik / Alexei Kudenko / Mediabanka keçidЖенщина с зонтом. Архивное фото
Женщина с зонтом. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Videogörüntülərdə avtomobillərin və evlərin pəncərələrində yağışdan sonra qara çöküntünün qaldığı görünür

BAKI, 30 aprel — Sputnik. Rusiya Federasiyasının Çuvaşiya Respublikasında qara rəngli (çirkli) yağış yağıb. Sputnik Azərbaycan xəbər verir ki, yağışın görüntüləri "Vkontakte" sosial şəbəkəsində paylaşılıb.

Videogörüntülərdə avtomobillərin və evlərin pəncərələrində yağışdan sonra qara çöküntünün qaldığı görünür.

Sinoptiklər isə şəhər əhalisini qorxudan bu yağışla bağlı açıqlama yaymalı olublar. Onlar çirkli yağışı Rusiyanın Mərkəzi hissəsində güclü küləklərin əsməsi ilə izah ediblər. Küləklərə görə toz dumanları qalxıb və bu toz buludlara qədər yüksələrək Çuvaşiya üzərində yağışa qarışıb.

Bu cür təbiət hadisəsi Mordoviya və digər vilayətlərdə də görülüb.

 

Xəbər lenti
0