Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bəlkə də onlar koronavirusun kökünü kəsəcək

CC BY 2.0 / Phil and Pam Gradwell / DripУкол пациенту в больнице. Архивное фото
Укол пациенту в больнице. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın koronavirusa qarşı doqquz peyvənd nümunəsini perspektivli layihələr siyahısına daxil edib

BAKI, 24 aprel — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Rusiyanın koronavirusa qarşı doqquz peyvənd nümunəsini perspektivli layihələr siyahısına daxil edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat stopkoronavirus.rf saytında yerləşdirilib.

"Onlar arasında "Vektor" Dövlət Virusologiya və Biotexnika Elmi Mərkəzində hazırlanan 6 preparat da var", - deyə məlumatda bildirilir.

Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan
ELM
Alimlərdən koronavirusun mutasiyası barədə ümidverici bəyanat

Novosibirskdə yerləşən mərkəzin hazırladığı preparatlar arasında Ebola virusuna qarşı vaksinin platformasında, həmçinin qızılca, A Qripi, vezikulyar stomatit, o cümlədən subvahid və matrisa RNT əsasında hazırlanan preparatlar da var.

Bundan əlavə, "Biokad" şirkəti də iki vaksin təqdim edib. Onlardan biri Eksperimental Tibb İnstitutu ilə birgə zəiflədilmiş virus qripi əsasında, digəri isə Sankt-Peterburq Vaksin və Zərdab Elmi-Araşdırma institutunda preparat rekombinant zülalı və nanohissəciklər əsasında yaradılıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2,7 milyonu keçib, 190 mindən çox adam isə virus səbəbi ilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Xəbər lenti
0