Sərnişin təyyarəsi, arxiv şəkli

Rusiya texnoloji yeniliyə imza atır

24
80 at gücündə elektrik təyyarə mühərriki yaradılıb. Mühərrikin bu il uçuşda sınaqdan keçirilməsi planlaşdırılır.

BAKI, 20 aprel — Sputnik. Rusiyada elektrik aviasiya mühərrikinin prototipi yaradılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə P. İ. Baranov adına Mərkəzi Aviasiya Mühərrikqayırma İnstitutunun (MAMİ) baş direktoru Mixail Qordin RİA Novosti-yə müsahibəsində bildirib.

O, mühərrikin bu il uçuşda sınaqdan keçiriləcəyini deyib.

"Ötən il biz 60 kVt-lıq (80 at gücündə) elektrik mühərrikini yaratdıq. Uçuş eksperimenti üçün "Siqma-4" təyyarəsindən istifadə olunur. Bu təyyarəni hələ keçən il havaya qaldırmaq planlaşdırılırdı, lakin mühərrik idarəetmə sisteminin yaradılmasında müəyyən çətinliklərlə üzləşdik və uçuş baş tutmadı", — Qordin deyib.

O, qeyd edib ki, uğursuz təcrübə nəzərə alınıb və sistem yenidən qurulur.

"Bu il təyyarə akkumulyatorla uçacaq, bir il sonra isə bunu yanacaq elementi ilə etməyə çalışacağıq. Bu mühərrik elektrik aviasiya mühərrikinin prototipi kimi çıxış edir", - Qordin izah edib.

24
Veteran medalı, arxiv şəkli

Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı

10
(Yenilənib 23:53 11.07.2020)
Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib.

BAKI, 11 iyul — Sputnik. Rusiyanın Yekaterinburq şəhərindəki 40 saylı xəstəxananın həkimləri koronavirusa yoluxmuş 93 yaşlı Böyük Vətən müharibəsi veteranını sağaldıblar.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, klinikada təqaüdçüyə ağciyərlərinin 50 faizinin zədələnməsi ilə ikitərəfli virus sətəlcəmi diaqnozu qoyulub.

Terapiya təxminən üç həftə davam edib. Yaşlı infeksiyanı ağır keçirib, vəziyyəti onun ürək problemləri mürəkkəbləşdirib. Bundan əlavə o, ahıl yaşlarına görə stasionarda qalmaqdan böyük stress keçiririb.

Lakin həkimlər onu həm COVID-19-dan, həm də sətəlcəmdən tamamilə müalicə edə biliblər.

Veteranın 1927-ci ildə anadan olduğu, müharibə zamanı dəmir yolu qoşunlarında xidmət etdiyi bildirilir. Sonradan karyerasını orduda davam etdirib.

İyulun 6-da Yakutiya xəstəxanasından 97 yaşlı veteranın buraxıldığı barədə məlumat verilib. O da həmçinin koronavirusa yoluxub və ağciyərlərinin 50 faizi zədələnib.

10
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Rusiyada koronavirus xəstələrinin sayı 720 mini keçdi

3
(Yenilənib 12:12 11.07.2020)
Son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib. Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb

BAKI, 11 iyul – Sputnik. Rusiyada son sutka ərzində koronavirusa 6 611 yeni yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib.

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 720 547 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 188 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 11 205 nəfərə yüksəlib.

Ümumilikdə 497 446 pasiyent koronavirusdan sağalıb

3
Şokolad

Gündə 25 qramı sizi xoşbəxt edə bilər

0
(Yenilənib 00:04 12.07.2020)
Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir.

BAKI, 12 iyul — Sputnik. Moskva sağlamlıq departamentinin dietoloqu Antonina Starodubova gün ərzində 15-25 qram şokolad yeməyi məsləhət görüb. 

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun fikrincə, bu miqdarda şirniyyat təhlükəsiz və faydalıdır.

Starodubova qeyd edib ki, 25 qram şokolad bir plitka şokoladın təxminən 4/1-nə bərabərdir. Səhərlər acı və tünd şokolad yemək sağlamlıq üçün faydalıdır.

Onun sözlərinə görə, bu məsləhət sağlam insanlar üçündür. Xroniki xəstəliyi olan şəxslər həkimlə məsləhətləşməlidir.

"Tərkibində yüksək miqdarda kakao paxlası (70 faizdən az olmayan) və nisbətən aşağı şəkər (25 faizdən çox olmayan) şokolad növləri faydalı hesab olunur ki, bu da acı sortlara və bəzi tünd şokolad növlərinə uyğundur. Müxtəlif dolğuları olan şokoladlar isə desert növlərinə aiddir" – deyə dietoloq vurğulayıb.

Desert şokoladın kalori miqdarı əlavələr səbəbindən artır, ancaq qoz-fındıq qarışığı olan tünd şokolad istisnadır. Belə şokoladlar bitki zülalı, lif, vitaminlər, minerallar və doymamış yağ turşuları mənbəyi hesab edilir.

Bir çox elm adamlarının fikrincə, tünd şokolad ürək xəstəlikləri riskini azaldır. Eyni zamanda bu şirniyyat təkcə əhval ruhiyyəni yaxşılaşdırmır, həmdə beynin funksiyasını da gücləndirir. Şokolad yaddaşı yaxşılaşdırır, konsentrasiyanı və mürəkkəb problemləri həll etmək qabiliyyətini artırır.

0