Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Pandemiyadan sonra – Yeni dünya düzəninə kim istiqamət verəcək?

© Sputnik / Maksim Blinov / Mediabanka keçidФонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива
Фонари на Охотном ряду и Спасская башня Московского Кремля с вечерней подсветкой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik “böyük üçlük” Stalin, Ruzvelt və Çörçillə assosiasiya olunur. Amma tezliklə o, başqa ad ala bilər, daha doğrusu, Tramp noyabrda yenidən ABŞ prezidenti seçilərsə. O zaman 2021-ci ildə biz yeni dünyanın doğulmasının birinci aktının şahidi olacağıq.

BAKI, 16 aprel — Sputnik. Koronavirusdan sonrakı dünya düzənini daha çox Çin, ABŞ və Rusiyanın formalaşdıracağı barədə fikirlər artıq bir çox müşahidəçilərdə (məsələn, South China Morning Post) nahaq yerdən yaranmır, hələ pandemiyadan əvvəl deyilirdi ki, hadisələrin inkişafı “Böyük üçlüyün” yaranmasını qaçılmaz edəcək.

ABŞ-ın yanına Avropa İttifaqını da qoşmaq olar, amma bütöv Qərb üzrə adət etdiyimiz kiçik partnyor kimi yox, potensial tam müstəqil qüvvə kimi. Bu qüvvənin problemi odur ki, hazırda özünütəsdiq böhranı yaşayır – anlayır ki, gələcəyi Amerika ilə birləşmək, yaxud ona tabe olmaqda deyil, ancaq özünün sərbəst oyun aparmağa nə iradəsi, nə də bacarığı çatır. Avropanın özünün gələcəkdəki yeri və rolunu müəyyən etmək üçün dərindən düşünmək qabiliyyəti çatmır, Emmanual Makron da daim elə bunu deyir, amma koronavirusun yaratdığı böhran onun subyektliyini özünə bu tezliklə qaytarmayacaq, əksinə, bir müddət birlik hissini zəiflədəcək.

Антониу Гутерриш, фото из архива - Sputnik Azərbaycan
"Resursları azaltmağın vaxtı deyil" - BMT baş katibi Trampı tənqid etdi

Bu səbəbdən də qısamüddətli perspektivdə, yaxın iki-üç ildə, məhz üç aktiv ağırçəkili oyunçu dünya düzəninin yenidən qurulmasına həlledici təsir göstərəcək.

Çin və ABŞ-la müqayisədə iqtisadi zəifliyi Rusiyanı “Böyük üçlük” üzvü statusundan məhrum etmir, çünki bütün cəbhələrdə aktiv geosiyasi oyunları, tarixi təcrübəsi və nüfuzu ilə kompensasiya olunur. 2014-cü ilin yazında Rusiya dünya tarixində yeni səhifə açdı: Krım məsələsi ABŞ-ı Rusiyanı bütün dünyadan təcrid etməyə, boykota təhrik etdi. Uğursuz cəhd idi – hər kəs gördü ki, bütün amerikan dünyası Atlantika, daha doğrusu, NATO çərçivəsinədək daraldı. Rusiya nəinki üzünü Şərqə və Cənuba tutdu, eləcə də bütün dünyanın gözündə Atlantika dünya düzəninə qarşı vuruşan bayraqdara çevrildi. Belə nüfuzu heç bir pula almaq mümkün deyil və bu nüfuz Kremlin usta geosiyasi oyunlarıyla birlikdə Rusiyanın Çin və ABŞ fonundakı zəif iqtisadi çəkisini kompensasiya edir. 

Bəs bu “Böyük üçlük” yeni dünya düzəninə necə təsir edəcək? ABŞ – dağılmaq üzrə olan, Çin isə güc yığmağa davam edən superdövlətdir, bəs Rusiyanın təyinatı nədir? Rusiya onları tərəzinin bir gözündən o birinə əyən sadə çəki daşı deyil, daha çox oyun aparan, qaydaları diktə edən, yeni qaydaların formalaşdırılması üçün kifayət qədər nüfuzu olan oyunçudur. Çinlə birlikdə Rusiya postamerikan dünyasından yeni qlobal düzənin konturlarını cızan, bir neçə  güc mərkəzinə malik, çoxölçülü dünyaya keçidin yumşaq formasının, balansın və rəqabətin tərəfdarı kimi çıxış edir. Əlbəttə, o, əbədi olmayacaq, amma indi dağılmaqda olan düzəndən daha dayanıqlı olacaq. Bu mənada Rusiya Çinin əsl tətərfdaşıdır. 

Birləşmiş Ştatlar üçün Rusiya-ABŞ-Çin üçbucağının daxilindəki münasibətlər son yarım əsrdə Kissincerin məsləhətləri üzrə nəzərdən keçirilirdi: həmişə cəhd edilirdi ki, Vaşinqtonun ayrılıqda Moskva və Pekinlə münasibətləri Rusiya ilə Çinin münasibətlərindən daha yaxşı olmalıdır. Bu düstur çoxdan qüvvəsini itirmişdi, Si Cinpin hakimiyyətə gələndən, yəni 2012-ci ildən isə tamamilə mümkünsüz oldu. Buna rəğmən, ABŞ böyük gələcəyə inanırdı, hətta o qədər inanırdı ki, 2014-cü ildə Kissincer “Rusiya təcrid olunarsa,  Çinlə yaxınlaşacaq” deyəndə ona qulaq asmadı. Əslində Rusiya ilə Çin Krım hadisəsindən də əvvəl yaxınlaşmışdılar və bu strateji kurs Krımsız da davam edəcəkdi, sadəcə Qərblə münaqişə bu prosesi sürətləndirdi. Amma Vaşinqton hələ də özünə illüziyalarla təskinlik verirdi: heç nə olmaz, Rusiya ilə Çin arasında o qədər dərin, həlli mümkün olmayan ziddiyətlər var ki, onların alyansı dayanıqlı ola bilməz, istənilən halda münaqişə və soyuqluqla bitəcək, odur ki, ABŞ-ın qlobal liderliyinə bu istiqamətdə heç bir təhlükə yoxdur.

В здании фондовой биржи в Сиднее, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Böyük neft barışığı: bundan sonra nə olacaq?

Bu minvalla Ştatlar 2016-cı ilə qədəm qoydular, həmin il isə atlantikaçıların heç gözləmədiyi halda Donald Tramp hakimiyyətə gəldi. O isə Çinlə ticarət müharibəsi başladaraq Rusiya ilə yaxınlaşmağa çalışdı – yəni əslində guya ki, Kissincerin sxeminə dəqiq əməl etməyə çalışdı. Ancaq reallıqda Tramp bundan öncə “Böyük üçlük” daxilində oynayan ABŞ-ı tərənnüm etmirdi – bu, yeni, antiqlobalist Amerikaydı, məramı nəyin bahasına olur-olsun (hətta öz ölkəsinin deqradasiyasını gözə alaraq) fövqəlmilli atlantik elitanın dünyəvi hegemoniyasını dəstəkləmək deyil,  milli dövlət kimi möhkəmlənmək idi. Yəni başqa sözlə, üçbucağın içində mövcud dünya düzəninin üç düşməni toplandı – unikal situasiyadır.

Əlbəttə, öz aralarında razılığa gəlmək Tramp, Putin və Si üçün istənilən halda asan deyil – heç kim dövlətlər arasındakı geosiyasi, ticari-iqtisadi və digər ziddiyyətləri hələ ləğv etməyib. Ancaq bu ziddiyyətlər məhz milli dövlətlər (imperiyalar, sivilizasiya-dövlətlər) arasındadır, yəni bu dövlətlər  qlobalist unifikasiya layihəsi və (ABŞ ağırlıqlı) dünya hegemoniyası  ilə öz sivilizasiya modelinin varlığı hüququnu tələb edən və digərlərinin də belə hüququnu tanıyan dövlətlər arasında deyil,  bir koordinat sistemində yerləşir. 

Tramp-Putin-Si üçlüyünün koronavirusadək yaranmama səbəbi tam anlaşılandır və heç də Çinlə ticarət müharibəsi üzündən deyil. Bu, məhz Trampın təcridetmə siyasəti ruhunda idi və onun aktiv fazası, demək olar ki, qlobal pandemiya ərəfəsində qismən razılaşma ilə nəticələndi. Əlbəttə, Trampın müntəzəm olaraq əl atdığı və qlobalist ətrafının da xüsusi aktivliklə prezidenti təhrik etdiyi Çinə çoxtərəfli təzyiq siyasəti Çinlə ABŞ arasında böyük strateji danışığı mümkünsüz edirdi, amma bundan başqa, Trampı Putinlə də hər-hansı kontakt yaratmaq imkanından məhrum etmişdilər. Buna rəğmən, bu ilin payızında yenidən seçildiyi təqdirdə Trampın əl-qolu azad ola, “Böyük üçlük” çərçivəsində daha rahat hərəkət edə bilər. 

Mübariz Əhmədoğlu, politoloq - Sputnik Azərbaycan
ABŞ prezidenti olmaq üçün kim daha şanslıdır – politoloq şərh edir

Bu azadlığın yaradılmasında ilk addım Vladimir Putinin bu ilin yanvarında Yerusəlimdə BMT TŞ-nin daimi üzvləri olan nüvə ölkələrinin sammitinin keçirilməsi təşəbbüsü oldu. “Böyük beşlik” mahiyyətcə sadəcə Emmanuel Makronun simasinda Avropa ilə tamamlanan “Böyük üçlük” ola bilər,  çünki Brexit fonunda ABŞ və Britaniyanın anqlosaks (üstəlik də geosiyasi) birliyi daha qabarıq özünü büruzə verdi. Putinin ideyası ilə hamı razılaşdı və sammitin ilkin olaraq Nyu-Yorkda sentyabrda, BMT Baş Assambleyasının sessiyası zamanı keçirilməsi planlaşdırıldı.

Koronavirus bütün dünyanı karantinə bağladı. Amma payızadək pandemiya səngiyəcək və Putinlə Si Cinpin, eləcə də Makronla Conson Nyu-Yorka gələ biləcəklər. Təbii ki, əgər Ştatlar antiçin isteriyasına tutulmasalar. Çünki bu isteriyanı həm bilməyərəkdən dayaz düşüncəli, həm də bilərəkdən atlantika tərəfdarı olan siyasətçilər körükləyirlər. Məsələn, biri senator Lindsi Qrem. O bəyan etdi ki, Çin amerikalıların koronavirus infeksiyasından ölmələrinə, eləcə də çoxlarının işsiz qalmasına görə günahkardır, buna görə də ABŞ Çini sərt cəzalandırmalı və “davranışını dəyişməyə məcbur etməlidir”: “Və mən bizim Çinə olan borcumuzun bir hissəsini silmək istəyirəm, çünki onlar bizə pul verməlidirlər, biz onlara yox!”

Aydındır ki, bu, yaxud buna bənzər sözləri Tramp desəydi, sentyabrda hansısa sammitdən danışmaq yersiz olardı - Si Cinpin sadəcə onunla görüşməkdən imtina edərdi. Ancaq Tramp bu tonda danışmayacaq, çünki zirvə görüşü Çindən daha çox, Amerika üçün vacibdir, koronavirusun törətdiyi qlobal böhran isə “Amerika hegemoniyası” (ABŞ sayəsində) siyasətini qoruyub saxlayan qlobalistlərlə mübarizəsində  Trampın mövqelərini gücləndirib. Görüş Rusiyaya da lazımdır – postkoronavirus dünya düzəni haqda danışıqlar nə qədər tez başlasa, bu üç ölkə üçün daha yaxşı olacaq.

Xəbər lenti
0